Qaradağ rayonunda "Zəfər günün mübarək, Azərbaycan!” adlı tədbir keçirilib
07.11.2025 [11:12]
Noyabrın 6-da Qaradağ rayonu Lökbatan qəsəbəsində YAP Qaradağ rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçıığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə "Zəfər Günün mübarək, Azərbaycan!” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, “Qarabağ Qaziləri” İctimai Birliyi Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, partiya fəalları, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında yerləşən abidəsi önünə gül dəsətələri düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Mərkəzin foyesində Cabbar Qaryağdıoğlu adına 9 saylı Uşaq Musiqi Məktəbinin muğam ifaçıları, nağaraçalanları və aşıqlar qrupunun üzvlərinin vətənpərvərlik ruhunda ifa etdiyi nömrələr, şeirlər böyük maraqla qarşılanıb.
Sonra tədbir iştirakçıları Qaradağ rayon 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin Zəfər Gününə həsr olunan əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Zəfər Günün mübarək, Azərbaycan!” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev 30 ilə yaxın bir dövrdə Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağın separatçıları tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi ilə başa çatan Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. YAP Qaradağ Rayon Təşkilatının sədri bildirib ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan hazırda öz tarixinin çox şərəfli, qüdrətli və yüksəliş dövrünü yaşayır. Zəfər Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını xüsusi vurğulayan Qafar Əliyev bildirib ki, məhz Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycana qələbələr bəxş edib. Bu kursun ən layiqli davamçısı olan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində xalqımız Qalib xalq, ordumuz Qalib ordu, Prezident İlham Əliyev isə Müzəffər Ali Baş Komandan statusu qazanıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hazırda yeni qələbələrə doğru qətiyyətlə addımlayır. YAP rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlar qatıldığı nüfuzlu təşkilatların yüksəksəviyyəli sammitlərində, beynəlxalq təşkilatlar və böyük dövlətlər tərəfindən keçirilən görüşlərdə ölkəmizə və onun rəhbərinə göstərilən xüsusi hörmət və etimadın şahidi olduq. Bu tədbirlərə dəvət 30 ilə yaxın bir dövrdə əraziləri işğal edilmiş dövlətimizin artıq qalib dövlətə, xalqımızın isə qürurlu və qalib bir xalqa çevrildiyinin birbaşa təsdiqidir.
Tədbirdə digər çıxış edənlər: Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, şəhid anası Fəridə İsmayılova, “Qarabağ Qaziləri” İctimai Birliyi Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, şəhid anası Gülnarə Eyvazova, “Sədərək” Ticarət Mərkəzi ƏPT-nin sədr müavini Sabir Ələkbərov və Cabbar Qaryağdıoğlu adına 9 saylı Uşaq Musiqi Məktəbinin direktoru Əfrasiyab Dadaşov və başqaları qeyd ediblər ki, 2003-cü ildə dövlətimizin başçısı seçilən İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşən xalqımız məhz bu həmrəylik nəticəsində 8 Noyabr 2020-ci ildə Böyük Zəfərə nail olub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib.
Dəyirmi masanın sonunda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə və gənclərə Fəxri Fərmanlar, YAP-a qəbul edilən yeni üzvlərə partiya vəsiqələri təqdim olunub, xatirə fotoları çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

