/ / Ölkə Prezidenti cənab İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın dövlətçilik tarixinə mühüm bir mərhələ kimi düşdü
Ölkə Prezidenti cənab İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın dövlətçilik tarixinə mühüm bir mərhələ kimi düşdü
02.10.2025 [14:19]
Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı növbəti dəfə həm iştirakçıların, həm də beynəlxalq medianın diqqətini çəkdi. Çünki çıxışlarında beynəlxalq aləmi narahat edən qlobal təhdidlərdən, Cənubi Qafqazda yaranan hərbi –siyai sabitlikdən danışdı. Xüsusilə Ali Baş Komandanımızın Nyu-Yorkda keçirdiyi görüşlər səmərəliliyi və işgüzarlığı ilə fərqləndi. Bu görüşlər Azərbaycanın artan geosiyasi əhəmiyyətini və Prezident İlham Əliyevin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasını bir daha nümayiş etdirdi. Hətta qlobal maliyyə institutlarının rəhbərlərinin görüş tələbi ölkəmizə olan güclü investisiya marağının, Azərbaycanın sabit iqtisadi mühitinin və strateji mövqeyinin göstəricisidir. Eyni zamanda səfər zamanı Azərbaycanın artan nüfuzu və ölkəmizin qlobal siyasi-iqtisadi sistemdə strateji aktora çevrildiyi adın şəkildə görünürdü. Bəli, bu gün Azərbaycan etibarlı tərəfdaş, risklərin minimum olduğu, gələcəyin təhlükəsiz və dayanıqlı ölkəsi kimi dəyərləndirilir. Bütün bunlar Azərbaycan dövlətinə göstərilən etimadın və hörmətin real təsdiqidir.
Ümumilikdə, Prezident İlham Əliyevin Nyu-York gündəliyi çox zəngin oldu. Xüsusilə ölkə rəhbərlərinin onunla görüşə can atmaları o deməkdir ki, O, artıq beynəlxalq səviyyədə qəbul olunan və etmiad göstərilən liderdi. Bir sözlə, sözügedən səfərin həm ölkəmizin iqtisadi maraqlarına xidmət etdiyini, həm də beynəlxalq müstəvidə Azərbaycanın lider dövlət statusunu təsdiqlədi. Ümumiyyətlə, Prezidentin Nyu-York səfəri Azərbaycanın dövlətçilik tarixinə mühüm bir mərhələ kimi düşdü.
Məlumdur ki, bu gün dünyada gedən müharibələr və hərbi-siyai münaqişələr bəşəriyyəti hələ də təhlükə altında saxlayır. Bundan çıxış yolu isə müharibələrin dayandırılması və dinc danışıqların bərpasıdır. Bəli, məhz belə bir narahatedici kontekstdə Azərbaycanın təcrübəsi xüsusilə qiymətlidir. Belə ki, uzun müddət erməni işğalına məruz qalan, etnik təmizləmə siyasətinin qurbanı olan, tarixi əraziləri, qədim dini-mədən-mənəvi abidələri dağıdılan, ekoloji və humanitar fəlakətlərə düçar olan bir ölkənin rəhbəri bu gün dünyaya sülhə necə nail olmaq olar, ədaləti necə bərpa etmək olar, region dövlətlərlə dinc, yanaşı necə yaşamaq olar, beynəlxalq səviyyədə etibarlı tərəfdaşa necə çevrilmək olar- təcrübəsini dilə gətirdi: «Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam». Ali Baş Komandanımızın bu fikirləri səmimi olduğu qədər də əsaslandırılmış idi.
Biz Azərbaycan xalqı olaraq Ermənistanın 30 illik işğalı zamanı çox əzablar yaşasaq da amma sınmadıq. Təxminən otuz il ərzində Azərbaycanın suveren ərazisinin 20 faizi Ermənistanın hərbi işğalı altında qalmış, bir milyona yaxın azərbaycanlı öz ev-eşiyini tərk etmək məcburiyyətində qalmış, kütləvi qovulmağa və etnik təmizləməyə məruz qalmışdır. Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsi icra olunmamış, nizamlanmanı asanlaşdırmaq üçün yaradılmış ATƏT-in Minsk qrupu isə sadəcə olaraq status-kvonu və dondurulmuş münaqişəni qoruyub saxlamışdır.
Məhz Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarını işğaldan azad edərək BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququndan istifadə etdi və 44 günlük Vətən Müharibəsi zamanı beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və işğalın sona çatması ilə tarixə düşdü. Lakin döyüş meydanındakı qələbə tarixin sonu olmadı. Əksinə, ölkə başçımızın qeyd etdiyi kimi, müharibədən dərhal sonra Azərbaycan Ermənistanla münasibətlərdə ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasına əsaslanan yeni səhifənin açılmasını təklif etdi. Beş əsas prinsip irəli sürüldü, sülh müqaviləsi danışıqları prosesinə başlandı və sazişi pozmaq üçün çoxsaylı cəhdlərə baxmayaraq, xarici təzyiqlərdən məhrum olan ikitərəfli format irəliləyişə imkan verdi. Kulminasiya nöqtəsi 2025-ci ilin avqustunda Vaşinqton sammitində, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ağ Evdə sülh sazişini paraflamaları və prezident Əliyev və baş nazir Paşinyan tərəfindən qarant qismində imzalanmış ABŞ Prezidenti Donald Trampın birbaşa iştirakı ilə birgə bəyannamə imzalanması ilə çatdı. Simvolik davamı Bakı və İrəvanın köhnəlmiş və faydasız mexanizm kimi ATƏT-in Minsk prosesinin bağlanması ilə bağlı birgə müraciəti oldu və sentyabrın 1-də Minsk Qrupu təşkilatın özü tərəfindən rəsmən ləğv olundu. Vaşinqton sammiti təkcə Ermənistan-Azərbaycan sülh prosesində dönüş nöqtəsi olmadı, həm də Azərbaycan ilə ABŞ arasında münasibətlərdə yeni səhifənin başlanğıcı oldu.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin BMT-nin 80 sessiyasındakı iştirakı çox işgüzar və məhsuldar oldu. Onun Prezilent Donald Trpampla, BMT-nin Baş katibi Antonio Quttereşlə və digər dövlətlərin başçıları ilə görüşləri qarşılıqlı etimad şəraitində keçdi.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

