Macarıstanda fövqəladə vəziyyət: məcburi tədbir, yoxsa manipulyasiya?
26.05.2022 [10:18]
Məlik MƏMMƏDOV
Mayın 24-də Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı müharibə ilə əlaqədar mayın 25-dən ölkədə fövqəladə vəziyyət elan edib. Onun sözlərinə görə, Ukraynadakı müharibə Macarıstan və onun xalqının “fiziki təhlükəsizliyini, o cümlədən enerji təchizatını və iqtisadiyyatın maliyyə təhlükəsizliyini təhlükə altına qoyur”.
“Biz görürük ki, Brüsseldəki müharibə və sanksiyalar böyük iqtisadi sarsıntılara və qiymətlərin kəskin artmasına səbəb olub. Dünya iqtisadi böhran astanasındadır. Macarıstan bu müharibədən kənarda qalmalı və ailələrinin maliyyə təhlükəsizliyini qorumalıdır”, - deyə Baş nazir özünün Facebook səhifəsində videomüraciətində bildirib.
Macarıstan hüquq müdafiəçiləri Viktor Orbanı tənqid edirlər, çünki onların fikrincə, o, “daimi əsasda fövqəladə vəziyyət” tətbiq etmək niyyətindədir. TASZ hüquq müdafiə təşkilatı hesab edir ki, bu halda Orban vətəndaşların əsas hüquqlarını “məhdudlaşdıra və ya sadəcə olaraq dayandıra” biləcək. Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Macarıstanın “Ukraynadakı müharibəyə görə” fövqəladə vəziyyət tətbiq etməsini Orban hökumətinin PR mövqeyi adlandırıb. Onun fikrincə, Macarıstan hökuməti qəsdən diqqəti müharibədən onun dünya üçün nəticələrinə yönəltməyə çalışır.
Qeyd edək ki, Avropa ölkələri arasında Ukraynadakı müharibə səbəbindən Moldova və Litvada fövqəladə vəziyyət tətbiq edilib. Aprelin 25-dən Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadılıb. Eyni zamanda, Moldovanın baş naziri Nataliya Qavrilitsa ölkədə fövqəladə vəziyyətin Ukraynada müharibə bitənə qədər saxlanılacağını bəyan edib. Litvada aprelin 22-dən etibarən fövqəladə vəziyyət üçüncü dəfə iyunun 29-dək uzadılıb.
Moldovada belə tədbirlər üçün kifayət qədər əsaslar var. Moldova sərhədi yaxınlığında hərbi əməliyyatlar gedir, müharibənin ilk günlərindən Moldova böyük qaçqın axını ilə üzləşib, ölkədə həll olunmamış Dnestryanı münaqişə, həm də Rusiya hərbi kontingenti var. Son zamanlar Rusiya ilə Moldova arasında münasibətlər xeyli pisləşdi, Rusiyanın ölkəyə mümkün təcavüzü barədə getdikcə daha çox məlumatlar yayılmağa başladı. Aprelin sonundan bəri isə Dnestryanıda vaxtaşırı silahlı təxribatlar həyata keçirilir. Mayın 23-də isə artıq Moldovanın şimal hissəsində, əvvəllər hərbi hava bazası olan Markuleştı hava limanının yaxınlığında snayper tüfəngindən öldürülmüş adamın cəsədi tapılıb. Eyni sözləri Rusiya ilə münasibətləri gərgin olan Litva haqqında da demək olar. Litva Avropada Rusiyadan səfirini geri çağıran, ərazisində fəaliyyət göstərən Rusiya konsulluğunu bağlayan ilk ölkə oldu və bu günlərdə Rusiyadan elektrik enerjisi idxalından imtina etdi.
Bu baxımdan, digər Baltikyanı ölkələrdə də tezliklə fövqəladə vəziyyətin tətbiqini gözləmək məntiqli olardı. Xüsusən də, ölkədəki sovetyönlü azlıq ilə indiki hakimiyyət arasında qarşıdurmanın yaşandığı Latviyada: artıq neçə gündür ki, orada rusiyalı fəallar etiraz aksiyaları keçirir. Yaxud Rusiya ilə çox gərgin münasibətləri olan Polşada. Bundan əlavə, ölkədə artıq Ukraynadan qaçqınların rekord sayda olması səbəbindən aclıq riskləri barədə danışmağa başlayıblar. Belarusla sərhəddə də miqrasiya problemi qalmaqdadır.
Macarıstanda fövqəladə vəziyyətin tətbiqi üçün oxşar ilkin şərtlər yoxdur və çox güman ki, başqa səbəblərlə şərtləndirilir. Qeyd edək ki, Macarıstanda 2 ildən artıqdır ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ilin birinci yarısında tətbiq edilən fövqəladə vəziyyət rejimi tətbiq olunur. Sonuncu dəfə bu fövqəladə vəziyyət Macarıstanda 2021-ci ilin dekabrında uzadılıb və 2022-ci il 31 may tarixinə qədər qüvvədə olmalı idi (baxmayaraq ki, faktiki olaraq bütün karantin məhdudiyyətləri bu il martın əvvəlindən götürülüb). Mütəxəssislərin fikrincə, fövqəladə vəziyyətin saxlanması hakim orqanlarına sərf edir, çünki bu, hökumətə müəyyən məhdudiyyətlər tətbiq etmək və qanunlara düzəlişlər etmək imkanı verir.
Bununla belə, koronavirus zəminində fövqəladə vəziyyətin daha da uzadılması qəribə olardı və buna görə də yeni fövqəladə vəziyyətin tətbiqi üçün əsas qoyuldu. Belə ki, hələ aprelin ikinci yarısında, seçkilərdən 2 həftə sonra, Orban administrasiyasının rəhbəri Gergey Gulyaş Konstitusiyaya düzəliş (№ 10) elan etdi. Düzəlişə əsasən, fövqəladə vəziyyətin qonşu ölkədə müharibə, hərbi münaqişə və ya humanitar fəlakət səbəbindən tətbiq oluna biləcəyi təklif edilib. Buna qədər isə Macarıstan qanunvericiliyində belə əsaslar nəzərdə tutulmamışdı. Orbanın partiyasının son seçkilərdən sonra parlamentdə səs çoxluğunu (səslərin üçdə ikisi) saxladığını nəzərə alaraq, Macarıstan parlamenti mayın 24-də bu konstitusiya dəyişikliyinin lehinə səs verib və daha bir fövqəladə vəziyyət üçün əsas yaradıb.
Sual yaranır: niyə fövqəladə vəziyyət əvvəlki fövqəladə vəziyyətin başa çatmalı olduğu mayın 31-də və ya iyunun 1-də deyil, məhz mayın 25-də tətbiq edilir? Burada müəyyən bir simvolizmin olduğunu güman etmək olar. Mayın 24-də Macarıstanda yeni hökumət təsdiqlənib. Yeni parlament seçkilərində Orbanın komandası Macarıstanı Ukrayna müharibəsindən xilas etməyi öz missiyasına çevirdi. Və məhz “Macarıstanın Ukraynadakı müharibəyə cəlb olunmasının qarşısını almaq”, “Ukraynadakı müharibənin bədəlini Macarıstanın ödəməsinə imkan verməmək” şüarları ilə aprelin 3-də gözlənilməz ardıcıl 4-cü qələbəsini qazana bildi.
Viktor Orban 12 ildir ki, Macarıstanda hakimiyyətdədir. Qərb tərəfdaş ölkələri dəfələrlə onu səlahiyyətlərindən sui-istifadə etməkdə, demokratiya və fundamental azadlıqlar prinsiplərindən kənara çıxmaqda ittiham ediblər. Orban və onun partiyası Ukraynada müharibə başlayandan sonra Rusiya prezidenti Vladimir Putinlə əməkdaşlığını davam etdirməkdə də ittiham olunur. Orban uzun müddətdir ki, neft embarqosun? veto qoyur və bununla da Aİ-nin Rusiyaya qarşı sanksiyaların altıncı paketini qəbul etməsinə mane olur. Hələ fevral ayında, seçki kampaniyasının əvvəlində Orban Budapeştin Aİ-dən çıxma ehtimalına eyham vuraraq, “Avropa İttifaqı qanunun aliliyi şüarı altında müqəddəs müharibə aparır” demişdi. O, yenidən baş nazir seçildikdən sonra Aİ-ni hakimiyyətdən sui-istifadə etməkdə və Macarıstana yad ideologiyanı aşılamaqda ittiham edib. Bu faktları, Macarıstan hakimiyyəti ilə Rusiya arasında mümkün sıx əməkdaşlığı nəzərə alsaq, ehtimal etmək olar ki, ölkədə fövqəladə vəziyyətin tətbiqi Ukrayna və ya Avropanın Ukraynayönlü birliyinə xələl yetirmək məqsədi da daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

