Silahlanma güclənir, müharibə ehtimalı artır...
25.01.2022 [10:47]
Pərviz Sadayoğlu
Rusiya ilə ABŞ arasındakı Ukrayna gərginliyi artıq pik həddə çatmaqdadır. Bir müddət öncəyə qədər hərbi qarşıdurma məsələsini yalnız ritorikada əks etdirən tərəflər artıq aktiv silahlandırma fazasına keçiblər. Belə ki, ABŞ hərbi yardımın ikinci partiyasını Ukraynanın “Borispol” hava limanına çatdırıb. Silahlar əsasən “M141 Bunker Defeat Munition” və “SMAW-D” birdəfəlik əl qumbaraatanlarından, habelə “Javelin” tank əleyhinə sistemlərindən ibarətdir. Xatırladaq ki, ABŞ-ın Ukraynaya ilk hərbi yardımı yanvarın 22-də çatdırılıb. İlk partiyada 90 ton silah-sursat olduğu qeyd edilir. Bu isə rəsmi Vaşinqtonun mövqeyini bir daha açıq şəkildə ortaya qoyur. Bir müddət öncə Ağ Evin mətbuat katibi Cen Psaki də bildirmişdi ki, ABŞ Rusiyanın hər an Ukraynaya hücum edə biləcəyinə inanır. ABŞ-ın BMT-dəki rəsmi nümayəndəsi Linda Tomas-Qrinfild də bildirib ki, ölkəsi Ukraynaya müdaxilə halında hərbi cavabı istisna etmir. O deyib ki, Vaşinqton məsələnin diplomatik yolla həllinə ümid edir, lakin istənilən digər varianta da hazırdır: “Biz 2014-cü ildən ukraynalılarla işləyirik. Biz onların silahlı qüvvələrinə dəstək üçün 2.7 milyard dollarlıq yardım etmişik. Dövlət katibinin Ukraynaya səfəri zamanı isə əlavə hərbi yardım barədə məlumat verildi”.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə münaqişə regionunda intensiv silahlandırmanın yaxşı nəticələr vəd etmədiyini diqqətə çatdırıb. İ.Vəlizadə deyib ki, bu, hərbi-siyasi gərginlikləri daha da artırmaqdadır. Silahlandırma kiçik insidentləri qaçılmaz edir: “Xırda insidentlər isə daha böyük hərbi qarşıdurmalara yol aça bilər. Hazırda əsas təhlükə bundan ibarətdir. Gərginliyin azalması üçün tərəflər silahlandırmanı dayandırmalı, hərbi birləşmələrini sərhəddən çəkməlidir və dialoq intensivləşdirilməlidir. Düzdür, ABŞ ilə Rusiya müəyyən dialoq təşəbbüsü ilə çıxış etsələr də, səmərəsiz qalıb. Çünki dialoqla yanaşı, sürətlə silahlandırma da aparılır. Qarşıdurmada olan dövlətlər öz hərbi arsenalının ən müasir silahlarını - orta və yaxın mənzilli raketlərini, raket əleyhinə sistemlərini, hətta hipersəs raketlərini belə regiona gətirirlər. Bu isə təhlükənin nə qədər real olduğunu göstərir”.
İ.Vəlizadə bildirib ki, potensial münaqişə ehtimalı yerləşdiyimiz Cənubi Qafqaz regionundan da fəsadsız yan keçməyəcək. Azərbaycanla Rusiyanın həmsərhəd olduğunu xatırladan politoloq, eyni zamanda, qonşu dövlətlərin bu və ya digər şəkildə münaqişəyə daxilolma ehtimalını da vurğulayıb. “Məsələn, Gürcüstan bu qarşıdurmaya cəlb oluna bilər. Çünki Qara dəniz hövzəsində NATO tərəfindən aparılan əməliyyatlarda Gürcüstanın yer alacağı real görünür. Bu baxımdan, prosesin danışıqlar yolu ilə tənzimlənməsi üçün regional iştirakçılar da səy göstərməkdədir. Azərbaycan Prezidentinin Ukraynaya son səfəri və daha sonra Rusiya Prezidenti ilə telefon danışığı buna misaldır. Türkiyə Prezidenti Ərdoğan öz ölkəsində Ukrayna-Rusiya liderlərinin görüşü təklifi ilə çıxış edir. Bütün bunlar göstərir ki, region ölkələri hərbi qarşıdurmanın reallaşmasını istəmirlər”, - deyən İ.Vəlizadə əlavə edib ki, hələlik Rusiya və ABŞ da tam müharibə tərəfdarı kimi çıxış etmirlər. Silahlandırma isə, sadəcə bir təhdid rolunu oynaya bilər. Çünki həm Rusiya, həm də ABŞ anlayır ki, müharibə ssenarsi ən son variantdır.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43

