Azalan evlilik, artan boşanma...
24.08.2023 [11:42]
Ailə institutunu necə qorumalı?
Y.BAYRAMOVA
Ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından biri kimi inkişaf meyarı sayılıb. Bəşəriyyət ailəni tarixən hər bir cəmiyyətin əsasını təşkil edən, insanların ən ali, ülvi və saf duyğularını özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirib. Qədim zamanlardan bəri ailə anlayışı Azərbaycan cəmiyyəti üçün də xüsusi dəyər kəsb edib. Ölkəmizdə ailə dövlət tərəfindən qorunur və himayə edilir - “Ailə Məcəlləsi”nə görə, ər və arvad öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Ailə möhkəmliyini saxlayan dəyərlər unudulubmu?
Ümumiyyətlə, ailə qurulduğu gündən hər bir insan öz kiçik “dövlətini” qorumağa çalışmalıdır. Bəs, ailə quran şəxslərin hamısı bu kiçik “dövləti” daim qoruya bilirmi? Təəssüf ki, bu, heç də belə deyil. Ailənin möhkəm olub-olmamasının göstəricilərindən biri də boşanmalardır. Son illər bir çox dünya ölkələrində boşanmalar artmaqdadır. Eyni zamanda, Azərbaycanda boşanmaların sayı rekord həddə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilib.
10 631 boşanma...
DSK-dan verilən məlumata görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb. Boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Ekspertlərə görə, bu statistika artıq həyəcan təbili çalmaq üçün zəmin yaradıb.
Boşanmaların böyük əksəriyyətinin səbəblərini dərindən araşdırsaq görərik ki, gənclər bir qayda olaraq ailə qurmadan öncə bir-birlərini yetərincə tanıya bilmirlər. Maddi problemlər, tərəflərin psixoloji durumu da boşanmalara yol açan səbəblər sırasındadır.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq Sahib Altayın sözlərinə görə, iki nəfərin birlikdə yaşaması məcburiyyət şəklində olmamalıdır. Ancaq bir cəmiyyətdə boşanmanın kütləviləşməsi, adi hal alması və cüzi səbəblərdən ailələrin dağılması artıq bir siqnaldır.
Boşanmalar niyə artır?
Sosioloq qeyd edib ki, insan müsbət və ya mənfi olmasından asılı olmayaraq, eyni düşüncədən və davranışdan bezir: “Eyni halların təkrarlanması insan psixologiyasında monotonluq yaradır. Proseslər heç vaxt təktərəfli və bir səbəblə baş vermir. Komplekt şəklində baş verir. Məsələn, əvvəlki dövrdə mental mühafizəkarlığa əsaslanan düşüncə tərzi, iqtisadi vəziyyət və mənəviyyat amiliylə, indiki vəziyyət eyni deyil. Hər şey düşüncə tərzinə, düşüncəyə bağlıdır. Düşüncə inkişaf etdikcə, tələblər artır, quruluşlar dəyişir, həyat tərzi yenilənir.
Bu gün hər bir cəmiyyətdə sərhədsiz informasiya mənbəyinə çevrilən internet var. İnsanlar buradan oxuduqları əsasında yeni məlumatlar toplayır, yeni həyat tərzi arzu edirlər. Gender məsələsi bugünkü dünya gündəminin əsas mövzularından biridir. Azərbaycanlı ailəsinin maddi dayağı kişi, mənəvi dayağı qadındır”.
Efir effekti
Sosioloq qeyd edib ki, boşanmaların başqa bir səbəbi efir effektidir. Yəni insanların özlərini görüntüləməsi “lazımlı hal”a çevrilib: “İnkişaf komplekt prosesdir. Hazırda bazardakı zənginlik, istehsal sənayesinin yenilikləri və dövrün inkişafına uyğun yaradılmış tələblər, insanları bu tələbatları yerli-yerində ödəməyə sövq edir. Digər tərəfdən hər hansısa insanın və ya ölkənin yaşayış tərzini öyrənmək üçün artıq o insanın evinə və ya o ölkəyə qonaq getməyə ehtiyac yoxdur. Hər kəs bir sosial şəbəkədə öz adıyla profil açıb, həyat tərzini, geyimini, gəzintisini, yeməyini, paltarını paylaşır, ictimailəşdirir. Hər kəs həyata bir dəfə gəldiyini və yaxşı yaşamaq arzusunda olduğunu dilə gətirir. İstər-istəməz sosial şəbəkədə yayımlanan həyat tərzi - yaxşı geyim, paltar, gəzinti, telefon, ev, maşın əksəriyyətin öncə arzusuna, daha sonra tələbinə çevrilir. Maddi gəlirlərlə tələbatlar uzlaşmayanda ortaya ayrılıq çıxır.
İnkişaf insana təkcə yüksək düşüncə və rahat həyat tərzi qazandırmır, həm də yeni şərtlər gətirir. İnsanların düşüncələri dəyişəndə, onları bədbəxt və ya xoşbəxt edən səbəblər də dəyişir”.
Qısqanclıq faktoru...
S.Altay xəyanətin boşanmaya səbəb olan amillərdən biri olduğunu vurğulayıb: “Xəyanət problemdir. Bu da həm bioloji instinktlərimizə, həm də sosial quruluşa zidd davranış olduğu üçün ona problem adı vermişik. İnsanın xarakterində mövcud olan davranışdır. Bəzən el arasında belə danışılır: “Ailələri internet dağıdır”. Xeyr, internetin ailə dağıtmaq kimi bir məqsədi, mahiyyəti yoxdur. İnternet insanları xəyanət etməyə də sövq etmir. Sadəcə, xəyanət etmək potensialı olan adamların potensialını üzə çıxarır. Onlara şans verir. Xəyanət aktını asanlaşdırır. Əvvəlki dövrlərdə internet olmadığı üçün bu və bu tipli davranışları reallaşdırmağa ya çox şans olmurdu, ya da mövcud olsa belə, gizli edilirdi, çox adam tərəfindən bilinmirdi. İndi isə adı xəyanət olsa da, insanlar eyni mənfi davranışı bir neçə dəfə təkrarlamaqla, özlərini tez ələ verirlər. Bir tərəfə xəyanət etmək şansı tanıyan internet, digər tərəfə bu xəyanətin yaxalanması üçün də şans tanıyır”.
Valideyn təzyiqi
Sosioloqun sözlərinə görə, adətən boşanmaya səbəb olan valideyn təzyiqi kimi səbəbləri qeyd edəndə Bakının mərkəzində oturub, ölkədə hər şeyin əla olduğunu düşünən adamlar qəbul etmək istəmir ki, hələ də ölkədə bu cür hadisələr baş verir: “Azərbaycanlı ailəsində övladların valideyndən, qadının kişidən sosial asılılığı mövcuddur. Valideynlər bəzən erkən nikaha cəlb etməklə, primitiv məişət təfəkkürü və özlərinin nəvə oynatmaq istəyindən dolayı övladlarını ailəyə hazır olmadan evləndirirlər. Bunun nəticəsində uyğunsuz ailə münasibətləri formalaşır. Və bu cür ailələr də ya məcburi mental basqının timsalında yaşayır, ya da boşanmayla nəticələnir”.
Nəsillərin mübahisəsi...
Gənc nəsillə, yaşlı nəsil arasında tarixin bütün dövrlərində bütün toplumlarda qarşıdurmaların mövcud olduğunu vurğulayan ekspert bu qarşıdurmaların zamanla öz həllini tapdığını qeyd edib: “Azərbaycanda da eyni tərz qarşıdurma mövcuddur. Ancaq indiki dövrdə bu mübahisənin çərçivəsi daha genişdir. Səbəb isə məlumdur. Biz hazırda keçid dövrünü yaşayırıq. Və indiyə kimi bizdə mövcud dövrə uyğun düşüncə, təhsil və ailələrin maddi bazası mövcud olmayıb. Özləri illərlə qayınana, qayınata qayğısında durmuş qadınların gəlinləri qayınana-qayınata ilə eyni evdə yaşamaq istəmir”.
Sosioloqun qənaətincə, insan çətin əldə etdiyi hər şeyin qayğısına qalır, onu əlində saxlamaq istəyir. Əvvəlki dövrlərdə münasibət qurmaq çox çətin idi: “Hətta mental basqının nəticəsində ortaya çıxan düşüncə tərzi nəinki fərdlərin asan şəkildə münasibət qurmasına rəvac verirdi, hətta əksər münasibətlər kimlərinsə vasitəçiliyi ilə qurulurdu. İndiki dövrdə isə münasibət qurmaq həm asanlaşıb, həm də adiləşib. Bu səbəbdən də münasibət qurub, o münasibəti sona çatdırmaq, qısa müddət sonra yeni bir münasibətə başlamaq adiləşib. Münasibətlər adiləşdiyi üçün insanlar üzərindəki öhdəliyi daşımaqdan imtina edir, asan şəkildə bir-birini itirə bilirlər.
Boşanmanın adiləşməsi
Münasibətlər kimi, boşanmanın da adi hala çevrildiyini qeyd edən S.Altayın sözlərinə görə, əvvəllər gənclərə təlqin edilirdi ki, ailə qurmusunzsa, sizin ailədən ayrı yaşamağınız mümkün deyil: “Çünki mentalitetdə ailə müqəddəsdir. Boşanmaq o müqəddəsliyə xəyanət etməkdir. Bu da həm mentalitetin qadına qoyduğu qadağalara ziddir, həm də inanc baxımından günahdır. Boşanmalar artdıqca, ailənin müqəddəsliyi ortadan qalxır. Boşanmanın adiləşməsi onun sayını da artırır.
Nə etməliyik?
Sosioloq bildirib ki, ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziya kanallarının üzərinə böyük məsuliyyət düşür: “Təəssüf ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətdəki neqativ hallar nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Bu gün bir çox qlobal problemlər öz həllini gözləyir. Onlardan biri də sosial-mənəvi mühitin qorunmasıdır. Bu baxımdan ailə həm şəxsiyyət, həm də cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərdir. İnsan hüquqları bəyannaməsində də bununla bağlı ayrıca maddə var. Ailədaxili münasibətlər cəmiyyətdəki münasibətlərin güzgüsüdür. Bu güzgünün aydın, gözəl və dayanıqlı inikas etməsi üçün hər birimiz üzərimizə düşən vəzifəmizi layiqincə yerinə yetirməliyik. Çünki hər bir ailədə böyüyən və tərbiyə alan insan bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də ailələri qorumalıyıq”.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

