Göydələnlərə etibar etmək olar?
21.02.2023 [11:00]
8 ballıq zəlzələyə davamlı olduqlarını deyirlər...
Türkiyədə baş verən güclü zəlzələ, çox sayda binaların dağılması Azərbaycandakı tikililərin vəziyyətini gündəmə gətirib. Hətta bəzi insanlar arasında qorxu yaranıb ki, ölkəmizdə zəlzələ olsa, binalar tab gətirməyəcək. Məlumdur ki, son dövrlər paytaxtda tikilən hündürmərtəbəli binaların sayı günü-gündən artır. Amma əsas məsələ hündürmərtəbəli binaların çoxluğu yox, keyfiyyətli və təhlükəsiz olmasıdır.
Binaların zəlzələyə davamlılığı necə müəyyənləşdirilir?
Azərbaycanda binaların təhlükəsizliyi və zəlzələyə davamlı olub-olmaması ilə bağlı rəy verən qurum Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir. Bakıda bina tikintisinə başlayan hər bir şirkət tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparmalıdır. Yəni, o, bina tikmək istədiyi ərazinin süxurlarından nümunələr götürüb yoxlatmalıdır. Bakıda geoloji axtarış işlərini həm özəl şirkətlər, həm də dövlət qurumları aparır. Lakin yekun rəyi FHN-nin Baş Ekspertiza İdarəsi verir. Qurumun cavabından sonra isə ərazinin seysmik həssaslığına uyğun bala görə bina tikilməsinə icazə verilir.
FHN-dən “Yeni Azərbaycan”a bildirilib ki, paytaxtda onların rəyi ilə tikilən bütün binalar Bakının seysmik quruluşuna uyğun təyin olunur. Yəni, 8-9 ballıq zəlzələyə davamlı ərazilərdə tikilir.
Hər mərtəbə yoxlanılır
Memar Cahid Həsənov isə açıqlamasında söyləyib ki, əhali arasında yeni tikililərlə bağlı ən böyük narahatlıq Bakıda inşa olunan göydələnlərə görədir. Amma son 10-15 ildir ki, tikintiyə dair tələblər sərtləşdirilib: “Tikintiyə yaxşı mənada sərt tələblər qoyulub ki, bu da zəlzələ zamanı baş verəcək arzuolunmaz halların qarşısını almağa yönəlib. Türkiyədə baş verən zəlzələdən sonra əhali arasında çoxmərtəbəli binalarla bağlı narahatlıq anlaşılandır. Ölkəmizdə möhkəmlik baxımından binaların hər mərtəbəsinə nəzarət edilir. Binaların tikilməsində istifadə edilən tikinti materiallarının keyfiyyəti yoxlanılır. Tikilən mərtəbənin keyfiyyəti yoxlanılmamış növbəti mərtəbənin tikintisinə icazə verilmir”.
Bu binalarla bağlı təhlükə var
Memar qeyd edib ki, sovetlər dövründə inşa olunmuş iki-üç mərtəbəli binalara əlavə eyvanların, damların artırılması həmin tikililərdə zəlzələyə davamlılığı aşağı salır: “Bəzən binalar bir-birinə yaxın inşa olunur. Bununla bağlı nəzarət gücləndirilməlidir. Hündürmərtəbəli binaların çox yaxın tikilməsi təkcə zəlzələ yox, yanğın təhlükəsizliyi baxımından da təhlükəlidir”.
Bakıda binalar zəlzələyə davamlıdır
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin açıqlamasına görə, vətəndaşların təşvişə düşməsinə ehtiyac yoxdur. O, qeyd edib ki, Türkiyədə müşahidə etdiyimiz zəlzələnin nəticəsində təxminən 6400-ə yaxın bina sökülüb və həmin binaların hamısında tikinti normaları kobud qaydada pozulub: “Ölkəmizdə isə elə binalar demək olar ki, mövcud deyil. Türkiyədəki zəlzələdən sonra videogörüntülərdən açıq-aydın gördük ki, Azərbaycanda ümumiyyətlə o tipli binalar inşa edilmir. İnşaat normaları pozularkən burada əsas olan 2 məqamı qeyd etmək yerinə düşər. İlk növbədə tikintidə istifadə olunan armaturlara fikir vermək lazımdı. Türkiyədə zəlzələdə dağılan binalarda ümumiyyətlə bünövrə yoxdur. Bu, videolarda da aydın görünürdü, bünövrəsi olan binalarda isə elə armaturlardan istifadə edilib ki, onlar yalnız fərdi yaşayış evləri üçün nəzərdə tutulub. Bir sözlə, binanın ana sütunlarına 12-lik armaturların bərkidilmiş olduğunu gördük. Bizdə isə binaların bünövrəsində 12-lik yox, 16-18-lik armaturlar istifadə olunur. Türkiyədəki binaların inşasında daha çox dəniz qumundan istifadə edilib. Azərbaycanda dəniz qumundan yalnız hörgü işlərində istifadə edilir. Birmənalı demək olar ki, bizim binaların tikintisi zamanı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təhlükəsizliyə ciddi riayət edilir. Binanın tikintisi başladığı gündən bitənə qədər nümunələr götürülür. Həmin nümunələr əsasında yoxlamalar aparılır. Bu baxımdan vətəndaşların narahatlığına səbəb yoxdur.
Düzdür, bizdə də müəyyən problemlər mövcuddur. Məsələn, elə binalar var ki, bir-birinə olduqca yaxın tikilib, ancaq ölkəmizdəki binaların zəlzələyə dayanıqlığı ilə bağlı tikinti normalarına ciddi riayət edilir”.
Bu binalar sökülməlidir
R.Qasımzadənin sözlərinə görə, bəzən köhnə binaların zəlzələyə nisbətən dözümlü olduğu söylənsə də, bu, belə deyil: “Həmin binaların bir çoxunun istismar müddəti başa çatıb. “Xruşşovka” adlı ötən əsrin ortalarında tikilən binaların sökülmə zərurəti var. Lakin “Leninqrad” və “Kiyev” layihəli binaların istismar müddətinə hələ var. Həmin binalar 7-9 ballıq şkalaya davam gətirə bilən səviyyədə inşa olunub. Hərdən o binalarda vətəndaşlar tərəfindən arakəsmələr edilməsi, ana sütunların yerinin dəyişdirilməsi və götürülməsi kimi hallara yol verilir. Bununla bağlı yoxlamaların aparılması zəruridir. Ümumilikdə isə ölkəmizdəki binaların zəlzələyə davamlı olduğunu deyə bilərik”.
30 min manatadək cərimə, yaxud həbs...
Hüquqşünas Kənan Tağıyev bildirib ki, respublikamızda şəhərsalma normativlərində belə bir qayda var ki, tikinti başlamamışdan öncə müvafiq qurum tərəfindən icazə verilir, tikintinin gedişatında və sonunda yoxlamalar aparılır:
“Bina təhvil veriləndə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən yoxlamalar aparılır. Qanun pozuntusu aşkarlanarsa, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslər 300 manatdan 600 manatadək, vəzifəli şəxslər 1.500 manatdan 3.000 min manatadək, hüquqi şəxslər isə 15.000 manatdan 30.000 manatadək cərimə olunur.
Tikinti prosesində bilərəkdən və ya bilməyərəkdən cinayət tərkibi olan əməl törədilibsə, insan tələfatı olubsa, yaxud da səlahiyyətdən sui-istifadə, korrupsiya faktı aşkarlanıbsa, həbs halları ola bilər”.
Paytaxtda binaların tikintisi ilə məşğul olan müxtəlif şirkətlərlə əlaqə saxlayıb ölkəmizdəki binaların 8 bal gücündə zəlzələyə davam olduğunu öyrəndik.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

