/ / Baş Prokurorluğun əməkdaşları Avropa İttifaqının TAIEX aləti çərçivəsində onlayn təlimdə iştirak ediblər
Baş Prokurorluğun əməkdaşları Avropa İttifaqının TAIEX aləti çərçivəsində onlayn təlimdə iştirak ediblər
10.02.2021 [09:01]
Avropa Komissiyası tərəfindən TAIEX texniki yardım aləti çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu əsasında “COVID-19 pandemiyası dövründə qarşılıqlı hüquqi yardımın göstərilməsi və istintaq hərəkətlərinin onlayn qaydada keçirilməsi” mövzusunda videokonfrans formatında ekspert missiyası təşkil olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Prokurorluğun əməkdaşlarının iştirak etdikləri təlimdə Xorvatiya Respublikası Ədliyyə və İdarəetmə Nazirliyinin Antikorrupsiya sektorunun müdiri Tamara Miserda və İtaliya Respublikası Daxili İşlər Nazirliyinin baş polis inspektoru Maurisio Varaneze ekspert qismində çıxış ediblər.
Qeyd edək ki, TAIEX Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun Texniki yardım və informasiya mübadiləsi mexanizmidir. Seminarlar, ekspert missiyaları və araşdırma səfərlərini təşkil etmək kimi dəstəkləyici tədbirlər vasitəsilə TAIEX Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması, tətbiqi və həyata keçirilməsində Azərbaycanın dövlət qurumları ilə əməkdaşlıq imkanını yaradır. Bu tədbirin əsas məqsədi də Baş Prokurorluğun struktur qurumları əməkdaşlarının pandemiya dövründə qarşılıqlı hüquqi yardım və istintaq hərəkətlərinin keçirilməsi sahələrindəki biliklərinin artırılması və Avropa təcrübəsinin öyrənilməsi olub.
Ekspertlər Tamara Miserda və Maurisio Varaneze təlimin mövzusu ətrafında çıxış edərək pandemiya dövründə qarşılıqlı hüquqi yardım və istintaq hərəkətlərinin onlayn qaydada keçirilməsi sahəsində həmin ölkələrin təcrübəsi və bu sahədə qanunvericiliyin tətbiqi xüsusiyyətləri, şəxslərin videokonfrans formatında dindirilməsinin hüquqi və praktiki tərəfləri barədə ətraflı məlumat verilməklə təqdimatlar edib, istintaq olunub cinayət işlərindən nümunələr göstəriblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45

