Əziz Kərimli: Qarşıma 700 bal toplamağı məqsəd qoymuşdum və buna nail oldum
01.09.2020 [08:48]
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 13-14 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də yüksək bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Həmin gənclərdən biri də Bakı şəhəri, Binəqədi rayonu 276 nömrəli tam orta məktəbin məzunu Kərimli Əziz İlham oğludur. O, III ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. Eyni zamanda imtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.
Həmçinin Fənn Olimpiadalarının Respublika turunda Azərbaycan dili və Ədəbiyyat fənni üzrə I yeri tutan rekordçu abituriyent qəzetimizə açıqlamasında uğurunun sirrinin vaxtını düzgün planlaşdırmaqda olduğunu bildirib. Əziz Kərimlinin sözlərinə görə, əslində pandemiya şəraitində imtahanlara hazırlaşmaq o qədər də asan olmayıb: “İmtahana hazırlıq prosesi çətin və zəhmət tələb edən olsa da, var gücümlə çalışdım və uğur əldə etdim. Tədris ilinin əvvəlində hazırlıqlarım ənənəvi qaydada davam edirdi. Ancaq sonra ölkədəki sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejimi ilə əlaqədar dərslərimi və hazırlıqlarımı onlayn davam etdirdim. Müəyyən çətinliklər olsa da, onlayn dərslərin, distant təhsilin bir çox üstünlükləri oldu. Bir sözlə, qarşıma 700 bal toplamağı məqsəd qoymuşdum və buna nail oldum”.
Müsahibimiz bildirib ki, 700 bal toplamaq onu arxayınlaşdırmayıb. O, bundan sonra da öz üzərində işləyəcək və hüquqşünaslıq ixtisasını seçərək, bu sahəyə dərindən yiyələnəcək.
“Məqsədim ixtisaslı hüquqşünas kimi yetişməkdir. İxtisas seçimim isə ADA Universitetinin hüquq fakültəsidir. Bildirim ki, atam da hüquqşünas, anam isə müəllimədir. Bu uğurumu qazanmağımda üzərimdə böyük zəhməti olan valideynlərimə və müəllimlərimə minnətdarlığımı bildirirəm.Gələcəkdə dövlətimizə, xalqımıza layiqli yüksəkixtisaslı, peşəkar hüquqşünas kimi yetişmək və bu sahədə də bir çox uğurlara nail olmaq istəyirəm. Ali məktəbə qəbul olmaq istəyən bütün abituriyentlərə isə uğurlar arzulayıram.Onlara çox çalışmaq, iradəli və inadcıl olmaq və uğura gedən yolda özlərinə inanmaqlarını tövsiyə edirəm”, - deyə abituriyent söyləyib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25

