Karantin rejimində müsbət dinamikanın əldə edilməsi vətəndaş məsuliyyətindən asılıdır
31.07.2020 [13:09]
Ekspertlərin fikrincə, sağalanların sayıyoluxanların sayından çox olsa da bu, heç də arxayınlaşmağa əsas vermir
Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qaşı effektiv tədbirlər davam etdirilir. Qeyd edək ki, ölkəmizdə iyulun 21-dən avqustun 5-nə kimi tətbiq edilən sərt karantin rejimi nəticəsində gündəlik yoluxma hallarının sayında müəyyən qədər sabitləşmə təmin edilib, yoluxmaların sayı sağalanların sayından kəskin şəkildə azalıb. Bununla yanaşı, hələ də epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çünki gündəlik yeni yoluxan xəstələrin sayı hələ də üçrəqəmli sayla ifadə edilir və bu da o deməkdir ki, vətəndaşlar arxayınlaşmamalı, daha məsuliyyətli olmalı, xüsusi karantin rejiminin qaydalarına riayət etməlidirlər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı İlham Məmmədov qeyd edib ki, ölkəmizdə pandemiyanın yayılmasına və təsirlərinin azaldılmasına qarşı dövlətimiz tərəfindən yüksək səviyyədə tədbirlər həyata keçirilir. Millət vəkili bildirib ki, bir sıra bölgələrimizdə ciddi karantin rejiminin avqustun 5-nə kimi uzadılması zərurətdən irəli gəlmişdi və bu, artıq öz müsbət effektini göstərir. İ.Məmmədov onu da deyib ki, karantin rejimi dövründə və sonrakı mərhələdə vətəndaşlar daha çox məsuliyyətli olmalı, tibbi maskalardan istifadəni davam etdirməlidirlər: "Pandemiyanın təsirlərinin tam aradan qaldırılmasının vacib şərti vətəndaşların məsuliyyətli davranışlarıdır. İnsanlar karantin qaydalarına riayət etməli, tiibbi maskalardan istifadə olunmalı, sosial məsafə qorunmalıdır. Bu, pandemiyaya qarşı mübarizədə tam effektiv nəticənin əldə olunmasına yardım göstərir. Hər kəs bilməlidir ki, pandemiya hələ sona çatmayıb. Əgər sərt karantin rejimi şəraitində yaşamaq istəmiriksə, məsuliyyətli olaq və qayda-qanunlara riayət edək".
Milli Məclisin deputatı Kamilə Əliyeva isə bildirib ki, yumşalmalar dövründə qaydalara tam riayət edilməməsi nəticə etibarilə koronavirusa yoluxmaların sayında artıma gətirib çıxardı ki, bu da yenidən sərt karantin rejiminin tətbiqini zərurətə çevirdi. Millət vəkilinin fikrincə, eyni vəziyyət təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə edilməkdədir. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejiminin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər: "Göründüyü kimi, sərt karantin rejiminin yenidən tətbiqi öz nəticəsini verməkdədir. Azərbaycanda iyun ayının ortalarında koronavirus ölkə ərazisində sürətlə yayılmağa başladı və gündəlik təsdiq edilmiş halların sayı 500-ü ötdü. İyulun 21-dən etibarən bəzi regionlarda tətbiq olunan sərt karantin nəticəsində isə sağalanların sayı gündəlik yoluxmanın sayını iki dəfə üstələyir. Hesab edirəm ki, sərt karantin rejimi nəticəsində əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması bunda mühüm rol oynadı. Hər kəs bilməlidir ki, bütün görülən tədbirlərin müsbət nəticə verməsi üçün vətəndaş məsuliyyəti mühüm əhəmiyyət kəsb edir".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20

