/ / “Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin təqdimatı olub
“Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin təqdimatı olub
08.06.2017 [10:12]
İyunun 7-də “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət və özəl qurumların əməkdaşları, Avropa İttifaqının, Avropa Komissiyasının rəsmiləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində yüksək inkişafa nail olunub, yoxsulluğun səviyyəsi minimuma enib və ölkəmiz orta gəlirli ölkələr sırasında yer tutub. Peşə təhsilinin iqtisadiyyatın real sektoruna və əmək bazarına ən yaxın təhsil sahəsi olmaqla ixtisaslı kadrların hazırlanmasında xüsusi əhəmiyyətini qeyd edən təhsil naziri bu sahənin inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Nazir qeyd edib ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi dövlət-biznes əməkdaşlığına əsaslanan, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatını ödəyə bilən və müasir iqtisadi çağırışlara çevik cavab verən peşə təhsili sisteminin yaradılmasına təkan verib.
Peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına hüquqi dəstəyin göstərilməsinin, peşə təhsili və təlimi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsinin layihənin əsas hədəflərinin olduğunu deyən Mikayıl Cabbarov bu layihənin peşə təhsilinin inkişafına öz layiqli töhfəsini verəcəyinə əminliyini vurğulayıb. Təhsil naziri bildirib ki, Bakı və Gəncə şəhərlərində yerləşən 32 ilk peşə-ixtisas təhsili müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 dövlət peşə təhsili mərkəzində birləşdirilib. Qəbələ şəhərində fəaliyyət göstərən iki peşə təhsili müəssisəsinin bazasında turizm və kənd təsərrüfatı profilləri üzrə ixtisaslaşan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Mikayıl Cabbarov şəffaflığın təmin edilməsi məqsədilə ötən tədris ilindən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində Bakı və Gəncədə yerləşən ilk peşə ixtisas təhsili müəssisələrinə şagird qəbulunun “ASAN Xidmət” mərkəzləri tərəfindən aparıldığını və 2017-ci tədris ilindən başlayaraq bu prosesin “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev layihənin Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərin icrasında böyük rol oynayacağını vurğulayıb. Qeyd edilib ki, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin əsas məqsədi ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunun cəlbediciliyini artırmaq və əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır.
Konfransda Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Azərbaycanda peşə təhsili sahəsində qanunvericilik islahatlarından danışıb və son illərdə bu sahəyə diqqətin artırıldığını vurğulayıb.
İ.Həbibbəyli bildirib ki, bu gün Azərbaycanda sürətli dinamik iqtisadi inkişaf əmək bazarında ixtisaslı mütəxəssislərə, peşə təhsili üzrə kadrlara böyük tələbat yaradır. Dövlətimizin başçısını rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq prosesləri peşə təhsilinin tamamilə yenidən qurulmasına və bu istiqamətdə ixtisaslı mütəxəssislərin hazırlanmasına zəmin yaradır.
Komitə sədri bildirib ki, Təhsil Nazirliyi tərəfindən ölkəmizdə bu sahədə bir sıra islahatlar həyata keçirilib. O, Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyəti nəticəsində paytaxtda və regionlardakı peşə təhsili məktəblərinin bərpa və təmir olunması, yeni peşə təhsili müəssisələri yaradılması, burada çalışacaq müəllimlərin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb.
Akademik İ.Həbibbəyli deyib: “Qeyd olunan proseslər ölkədə bu sahədə qanunvericilik bazasının da formalaşmasını ciddi zəruri tələb kimi ortaya qoyur. Bir neçə aydır elm və təhsil komitəsi Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə peşə təhsili haqqında qanun layihəsi üzərində çalışır. İlk növbədə, ölkəmizin prioritetləri, reallıqları öyrənilir və eyni zamanda, pedaqoji metodiki ədəbiyyatın öyrənilməsi istiqamətində geniş işlər aparılır. Həmçinin bu sahədə görülən işlər içərisində dünya təcrübəsinin və qərb modelinin öyrənilməsi də vacib amillərdəndir”.
Avropa Komissiyasının Şərq Tərəfdaşlığı regionu məsələləri üzrə direktoru Laurens Meredit əsas diqqəti gənclərin inkişafına yönəltməklə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə perspektivlərindən bəhs edib. Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard isə təmsil etdiyi qurumun Azərbaycan üzrə nəzərdə tutulan planlarından söhbət açıb. Bildirilib ki, cari ilin iyulundan Avropa İttifaqı ilə Azərbaycan arasında dörd yeni qrant layihəsinə başlanılacaq. Layihələr fərdi peşə mərkəzlərinin müasirləşdirilməsinə yönələcək.
Qeyd olunub ki, peşə təhsilinin və təliminin inkişafı hazırda Azərbaycanda gedən iqtisadi islahatların, ali təhsillə birlikdə insan resursları bazasının əsasını təşkil edir. Yeni layihə Azərbaycanda peşə təhsilinin inkişafına yönəlib, eyni zamanda, Avropa İttifaqının ölkəmizə dəstəyini özündə ehtiva edir.
Layihənin rəhbəri Herman Sonneveld isə layihənin məqsədi, planlaşdıma barədə danışıb və iştirakçıların suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxElanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11

