Mingəçevir məktəbliləri Azərbaycanın şimal bölgəsinə ekskursiyaya yola düşüblər
18.11.2016 [10:11]
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya çıxan Mingəçevir məktəbliləri noyabrın 17-də, səhər saatlarında yola düşüblər.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Firəngiz Həsənova bildirib ki, Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyada məktəblilər 4 gün müddətində iştirak edəcəklər. Ümumilikdə, bu tur-aksiyada Mingəçeviri 40 şagird və 5 müşayiətçi təmsil edir. Firəngiz Həsənova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan tur-aksiyaların əhəmiyyətindən də danışıb və şimal bölgəsinə səyahət edən məktəblilərə xoş istirahətlər arzulayıb.
Şagirdlər yola düşməzdən əvvəl öz təəssüratlarını bölüşüblər.
Mingəçevir şəhər Texniki Liseyin IX sinif şagirdi Aynur İsmayılova ölkəmizin başçısına yeniyetmə və gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirərək deyib: “Bu gün mən bu layihədə iştirak etdiyimə görə şagird yoldaşlarım kimi sevincliyəm, şadam. Qubadakı Soyqırımı Memorial Kompleksinə, Qusardakı “Şahdağ” Qış-Yay Turizm Kompleksinə səfər edəcəyik, həmçinin bölgənin tarixi yerlərini gəzəcəyik. Bu, mənim və yoldaşlarımın arzusudur. Əlbəttə ki, bu aksiya biz məktəblilərin hərtərəfli maariflənməsinə, dünya görüşümüzün zənginləşməsinə, Azərbaycanda görmədiyimiz yerləri daha yaxından tanımağımıza çox böyük kömək olacaq”.
“Mən də hər bir valideyn kimi bu gün övladımı ölkəmizin görməli-gəzməli yerlərinə yola salıram. Oğlum şəhər 12 nömrəli məktəbin IX sinif şagirdidir. Ölkəmizin rəhbərliyinə gənclərin qayğısına qaldığı üçün və onlara bu şəraiti yaratdığına görə dərin minnətdarlığımı bildirirəm”, - deyə valideyn Nəriman Hümbətov bildirib.
Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu öndərin heykəlini ziyarət edərək önünə gül dəstələri düzdükdən sonra yola düşüblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42

