Ağdaşda Milli Məclisə təkrar seçkilərlə bağlı KİV nümayəndələri üçün seminar keçirilib
27.05.2016 [10:04]
Mayın 26-da 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında iyunun 18-də rayonda keçiriləcək təkrar seçkilərlə əlaqədar jurnalistlərin seçki prosesində fəaliyyətinə dair seminar təşkil olunub. Mərkəzi Seçki Komissiyası (MSK) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə keçirilən seminarda 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədr və üzvləri, 40 məntəqə seçki komissiyasının sədr və üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, KİV əməkdaşları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, seminarda Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçkiqabağı təşviqata dair ümumi tələblər”, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndəsi Samir Mustafayev “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları” mövzusunda məruzə ediblər. Natiqlər seçkiqabağı təşviqata dair ümumi tələblərdən danışıb, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri, seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, mayın 26-da deputatlığa namizədliyi qeydə alınan şəxslərin təşviqat kampaniyası başlayıb. Seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun olaraq aparılır. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. Dövlətimiz Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq vətəndaşlar, siyasi partiyalar tərəfindən azad seçkiqabağı təşviqatın aparılması üçün şərait yaradılmasını təmin edir.
Seminarda jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları barədə məlumat verilərkən diqqətə çatdırılıb ki, seçki prosesində şəffaflığın təminatında və Milli Məclisə seçkilərlə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələr düşür. Ağdaşda bu seminarın təşkilində əsas məqsəd Milli Məclisə seçkilər ərəfəsində jurnalistləri maarifləndirmək, onlara qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələri izah etməkdir. Milli Məclisə seçkilər barədə məlumatların ölkə cəmiyyəti və beynəlxalq ictimaiyyətə intensiv şəkildə çatdırılmasında jurnalistlərin rolu əvəzsizdir.
90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov çıxış edərək, seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Məlumat verib ki, rəhbərlik etdiyi DSK-nın nəzdində 40 seçki məntəqəsi fəaliyyət göstərir. Dəqiqləşdirilən siyahıya əsasən, seçicilərin sayı 40 min 203 nəfərdir. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Ümumilikdə 241 nəfər ilk dəfə səs verən seçici qeydiyyata alınıb. Bundan əlavə, seçicilərdən 6 nəfərinin yaşı 100-dən yuxarıdır. Hazırda seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirilməsi istiqamətində lazımi işlər görülür. Seçki məntəqələrinin yerləşdiyi binalarda təmir-bərpa işləri həyata keçirilib, ərazidə səliqə-sahman yaradılıb. Seçki məntəqələri lazımi texniki avadanlıqlarla təchiz edilir, rabitə və elektrik sistemi qaydaya salınıb. Seçkiqabağı təşviqatın aparılması üçün yerlər ayrılıb, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi məqsədilə lövhələr quraşdırılıb.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara “Seçki günü üçün yaddaş” kitabçası paylanılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

