Suraxanı sakinləri tibbi müayinələrə həvəslə gəlirlər
16.04.2016 [10:42]
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam edir. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilir.
Bu barədə AZƏRTAC-a rayon İcra Hakimiyyətindən məlumat verilib.
Suraxanıda 214 min 400 nəfər sakin və rayonda məskunlaşmış 20 min 296 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunur. Aprelin 16-dək rayon üzrə 112 min 297 nəfər vətəndaş və 135-dən çox müəssisənin kollektivi tibbi müayinədən keçib. Müayinədən keçənlərin 3 min 957-də müxtəlif xəstəliklər aşkarlanıb, 169 nəfər stasionar müalicəyə cəlb edilib, 188 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.
Rayonda əhalinin tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış xəstəxananın poliklinika hissəsində rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın gələrək tibbi müayinədən keçirlər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verir.
Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində yerləşən 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkarlanaraq insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu tədbir hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.
Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər, əvvəlcə terapevt tərəfindən müayinə olunur, sonra isə ehtiyac yarandığı halda onlar cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər tərəfindən müayinə edilirlər. Tibbi müayinə başlayandan indiyə kimi xəstəxanada 28 min 315 nəfər tibbi müayinədən keçib. Müayinədən keçənlərdən 903 nəfərdə xəstəlik aşkar olunub. Onlardan 24 nəfər stasionar müalicəyə cəlb edilib.
Baş həkim deyib ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən xəstə, əlil vətəndaşlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Qaraçuxur qəsəbəsi sakini Kamil Həsənov bütün müayinələrdən keçdiyini, həkimlərdən və tibb bacılarından razı qaldığını bildirərək deyib: “Bizim kimi imkansız insanlara müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçısına təşəkkür edirəm”.
Qəsəbənin digər sakini Mehparə Quliyeva isə fikrini belə ifadə edib: “Prezidentimiz bizim səhhətimiz haqqında özümüzdən daha çox düşünür. Belə bir səhiyyə aksiyasının təşkil olunması haqqında tapşırıq verməsi bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir”.
Xəbər lenti
Hamısına baxElanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11

