Zərifə xanım Əliyevanın əziz xatirəsi daim qəlblərdə yaşayacaq
29.04.2015 [10:21]
Binəqədi rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib
Aprelin 27-də Binəqədi rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib. Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş Zərifə xanım Əliyevanın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Zərifə xanım Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edib. Millət vəkili həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.
YAP Siyasi Şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istərsə də öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirib.
Ölkəmizdə qonaq olan Belçika parlamentinin senatoru Gülər Turan öncə Belçika parlamentində maraqlarını təmsil etdiyi Anadolu türklərinin salamlarını çatdıraraq tədbirdə iştirakından məmnunluğunu bildirib. Natiq eyni zamanda, həm onun, həm də tədbirdə iştirak edən gənclərin Zərifə xanım Əliyeva haqqında geniş məlumat əldə etmələrinə şərait yaratdıqları üçün təşkilatçılara təşəkkür edib.
YAP Siyasi Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, Zərifə xanım Əliyeva istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın idi. O, xalqımızın xilaskarı, Ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin həyat yoldaşı, bu gün ölkəmizi yeni qələbələrə aparan Azərbaycan Prezidenti İlham Əliyevin anası olub.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Zərifə xanım Əliyevanı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirib. Natiq görkəmli oftalmoloq alimin bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşayacağını qeyd edib.
Daha sonra tədbir 276 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən fotosərgi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07

