Gənclər hər bir ölkənin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvədir
03.02.2015 [18:19]
Fevralın 2-də Nərimanov rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ötən illər ərzində rayon gənclərinin aktiv fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.
Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edərək, onlara gündən-günə daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
A.Fərzəliyev deyib ki, Azərbaycanın dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun keçirildiyini nəzərə alaraq xalqımızın Ümummilli lideri Heydər Əliyev 1997-ci ildə 2 fevral tarixinin Gənclər Günü elan edilməsi haqqında Sərəncam imzalayıb. Ölkəmizdə gənclər günü hər il təntənə ilə qeyd edilir. İcra başçısı gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Ümummilli liderin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə ölkəmizdə hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən birinin gənclərin hüquqlarını müdafiə edən ilk dövlət qurumunun - Gənclər və İdman Nazirliyinin yaradılması olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gənclərin hər bir ölkənin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvə olduğunu bildiriblər. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin mühüm rolu olduğu, eyni zamanda, dövlətimizin başçısının bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərdiyi, gənclər siyasətinin məhz Onun rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdiyi diqqətə çatdırılıb.
Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin keçirdiyi “İlin gənclər və idman idarəsi” sorğusunda birinci yerə layiq görülmüş Nərimanov rayon Gənclər və İdman İdarəsi mükafatlandırılıb.
Tədbirdə, həmçinin Nərimanov rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin adından “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakına görə bir qrup gəncə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

