Nəsimi rayonunda Gənclər Günü qeyd olunub
03.02.2015 [18:17]
2 fevral - Gənclər Günü münasibəti ilə Nəsimi rayonunda “Gənclik ömrün baharıdır” adlı mərasim keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) gənc fəalları, rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin fəal tələbələri, müəssisə və təşkilatlarında çalışan bir qrup qabaqcıl gənclər iştirak ediblər. Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nəsib Məhəməliyev tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik edib, ölkədə və rayonda gənclərə olan diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, ölkə gənclərinə diqqət və qayğı Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Məhz bu səbəbdən də, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaradaraq, gənclərimizi bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər Forumu keçirildi. Ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edildi. Heç də təsadüfi deyil ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlayıb.
Natiq, həmçinin, qeyd edib ki, gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərə, gələcək nəslə çox böyük önəm verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin tərkib hissəsidir. Ötən il keçirilən bələdiyyə seçkilərində gənclərin fəal iştirak etdiklərini diqqətə çatdıran N.Məhəməliyev respublika üzrə bələdiyyə üzvlüyünə seçilənlərin təqribən yarısını gənclərin təşkil etdiyini bildirib.
Tədbirdə çıxış edən Nəsimi rayon bələdiyyəsinin üzvü Nərmin Qədirova, şahmat üzrə Avropa çempionu Ümid Aslanov, Bakıda təhsil alan almaniyalı tələbə Bittner Paskal və başqaları dövlətimizin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan məmnun qaldıqlarını vurğulayıblar. Təhsildə, idmanda və rayonun ictimai həyatında fəallıq göstərən bir qrup gəncə Nəsimi RİH adından Fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub. Sonra tədbir bədii proqramla davam etdirilib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

