/ / Əlilliyin müəyyən olunması və əlillərin reabilitasiyası sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub
Əlilliyin müəyyən olunması və əlillərin reabilitasiyası sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub
04.03.2014 [09:39]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində respublikada əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya işinin təşkili sahəsində neqativ halların aradan qaldırılması, həmçinin, şəffaflığın təmin olunması ilə bağlı ötən ilin noyabrında verilmiş tapşırıqların icra vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin müəyyən olunması sahəsində fəaliyyət mexanizminin müasir tələblərə və şəffaflıq prinsiplərinə uyğun tərzdə yenidən qurulmasının son aylarda nazirliyin qarşısında əsas vəzifələrdən birinə çevrildiyini vurğulayıb. Bu istiqamətdə konkret işlərin aparıldığını qeyd edən nazir, eyni zamanda, fəaliyyəti əhalidə ciddi narazılıq yaradan tibbi-sosial ekspert komissiyalarının sədrlərinin (TSEK) vəzifələrindən uzaqlaşdırıldığını bildirib. “Artıq 25-dək TSEK-n tərkibi dəyişdirilib. Bununla yanaşı, ilkin əlillik təyinatı ilə bağlı işlər nazirlik tərəfindən yaradılmış işçi qruplar tərəfindən yoxlanıldıqdan sonra təsdiqlənib” - deyə, bildirən S.Müslümov aparılan işlərin nəticəsi kimi, müsbət dəyişikliklərin olduğunu diqqətə çatdırıb: “Əlilliyin müəyyən olunması ilə bağlı əhalidən şikayət xarakterli müraciətlərin sayı dəfələrlə azalıb. Amma neqativ halların hələ də mövcud olduğu barədə məlumatlar da daxil olur. Bizim məqsədimiz bu sahədə şəffaflığı tam təmin etməkdir”.
S.Müslümov tibbi-sosial ekspertiza xidmətində aparılan islahatların mühüm bir istiqaməti kimi əlilliyin müəyyən olunması prosedurunun avtomatlaşdırılması işlərinin aparıldığını, əlillik təyinatında mövcud olan kağız arayışların verilməsinə son qoyulacağını qeyd edib: “Bununla bağlı olaraq, müvafiq proqram təminatının hazırlanması işləri artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda biz artıq bu işlərin pilot mərhələsinə başlayacağıq. İlk növbədə hər bir TSEK sədri elektron imza ilə təmin olunacaq, əlillik təyinatı ilə bağlı aidiyyatı qurumlar arasında məlumat mübadiləsi tam avtomatlaşacaq”.
Nazir əvvəllər TSEK-lərin əlillik təyinatını təsdiqləyən formal bir qurum kimi mövcud olmuş Respublika Tibbi-sosial Ekspertiza Mərkəzinin fəaliyyətinin yenidən qurulmasının və əlillik təyinatı ilə bağlı verilən qərarlara görə TSEK-lərin tam məsuliyyət daşımasının vacibliyini bildirib. S.Müslümov eyni zamanda əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraitinin göstərilməli olduğunu bildirib. “Lakin bir çox TSEK-lər tərəfindən bu qaydalara əməl edilmir və həmin bənddə qısa olaraq “əmək qabiliyyətsiz” sözü yazılır ki, bu da işəgötürənlərlə əlilliyi olan şəxslər arasında onların məşğulluğu və əmək münasibətlərinin pozulmasında müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Belə hallara son qoyulmalıdır”.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlillik təyinatı və əlillərin sosial müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi sahəsində aparılan islahatlarla bağlı məlumat verib. Bildirilib ki, “Uşaq əlilliyinin səbəbləri və aradan qaldırılmasına dair” Tədbirlər Planı hazırlanmaqdadır. İclasda əlilliyin müəyyən olunması proseduru zamanı səhiyyə idarələri tərəfindən verilən müvafiq göndərişlərin bir çox hallarda TSEK-lər tərəfindən formal araşdırıldığı, TSEK-də əlillər üçün fərdi reabilitasiya proqramının tərtib edilmədiyi, onların əlillərin bərpa mərkəzləri ilə əlaqəsinin zəif olduğu və s. kimi nöqsanlar diqqətə çatdırılıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

