WUF13 zamanı Azərbaycana səyahət edəcək şəxslər üçün viza qaydaları necədir?
30.04.2026 [14:20]
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq miqyasda şəhərsalma, dayanıqlı inkişaf və urban siyasəti sahəsində rolunun güclənməsi baxımından mühüm hadisədir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi həm ölkənin beynəlxalq əməkdaşlıq platformalarında artan nüfuzunu, həm də şəhərsalma sahəsində həyata keçirdiyi islahat və inkişaf strategiyalarını nümayiş etdirir. WUF13 çərçivəsində keçiriləcək müzakirələr və tədbirlər şəhərlərin daha inklüziv, təhlükəsiz və dayanıqlı inkişafına yönəlmiş qlobal yanaşmaların formalaşdırılmasına töhfə verəcək. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkil etdiyi bu qlobal Forum dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, ekspertləri, şəhər planlaşdırıcılarını və tədqiqatçıları bir araya gətirərək şəhərlərin gələcəyi, urban inkişaf problemləri və dayanıqlı yaşayış mühitinin formalaşdırılması kimi vacib mövzuları müzakirə etməyə imkan yaradacaq. Bəs WUF13 çərçivəsində Azərbaycana səyahət edəcək qonaqlar üçün viza qaydaları necədir?
AZƏRTAC Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası çərçivəsində ölkəyə gələcək şəxslər üçün viza məsələlərinin sadələşidirilməsi sahəsində atılan addımları və qonaqlar üçün viza qaydalarını təqdim edir.
Azərbaycan tərəfindən WUF13 üçün nəzərdə tutulmuş viza qaydaları xüsusi şəkildə tətbiq edilir və UN-Habitat qeydiyyat sistemi vasitəsilə təsdiqlənmiş iştirakçılara ödənişsiz WUF13 xüsusi vizası imkanı yaradılır. Bu viza əsasən tədbir iştirakçıları üçün nəzərdə tutulub və birdəfəlik giriş xarakteri daşıyır, ölkədə qalma müddəti isə maksimum 30 gündür.
Viza müraciətləri ya xüsusi elektron viza keçidi, ya da Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları üzərindən həyata keçirilə bilər. Elektron müraciət zamanı onlayn ərizə forması doldurulur, tələb olunan sənədlər yüklənir və təsdiqdən sonra viza yükləmə linki göndərilir. Konsulluq yolu ilə müraciət edən şəxslər isə viza müraciət formasını, etibarlı pasport və ya digər səyahət sənədini, iki ədəd rəngli fotoşəkli (3x4 santimetr) və elektron məktubun surətini təqdim etməlidirlər. Müraciətlərin rəsmiləşdirilməsi tam sənədlərin təqdim edilməsindən sonra üç iş günü ərzində həyata keçirilir və vizanın etibarlılıq müddəti birbaşa vizanın üzərində göstərilir. Qaydalara əsasən, pasportun etibarlılıq müddəti vizanın bitmə tarixindən ən azı üç ay daha artıq olmalıdır. Ölkəni tərk etdikdən sonra yenidən geri qayıtmaq istəyən şəxslər üçün yeni viza müraciəti tələb olunur. Viza müraciətinin təqdim edilməsi üçün son tarix mayın 22-dir. Buna görə də iştirakçıların vaxtında müraciət etməsi tövsiyə olunur.

Bəzi ölkələr üçün Azərbaycan ilə mövcud vizasız rejim tətbiq olunduğundan həmin ölkələrin vətəndaşları WUF13 vizası üçün ayrıca müraciət etmirlər. Digər hallarda isə iştirakçılar üçün 24/7 fəaliyyət göstərən dəstək xidməti mövcuddur və həm elektron poçt (visasupport@wuf13.az), həm də telefon (+994 55 125 4012) vasitəsilə əlaqə saxlamaq mümkündür.
WUF13 çərçivəsində sadələşdirilmiş viza rejimi iştirakçıların Azərbaycana səfərini daha rahat və operativ şəkildə təşkil etmək üçün nəzərdə tutulub. Bu yanaşmanın əsas üstünlüyü tədbirə qatılacaq beynəlxalq qonaqların əlavə viza prosedurlarına vaxt itirmədən ölkəyə girişini təmin etməkdir. Nəticədə iştirakçılar qeydiyyat təsdiqləndikdən sonra qısa müddət ərzində vizalarını əldə edə və səfər planlarını daha rahat şəkildə qura bilirlər.
Digər mühüm üstünlük təşkilati proseslərin sürətlənməsidir. Beynəlxalq forum kimi böyük tədbirlərdə minlərlə iştirakçının olması nəzərə alınaraq, sadələşdirilmiş viza sistemi həm konsulluqların iş yükünü azaldır, həm də elektron müraciət vasitəsilə sənəd dövriyyəsini daha səmərəli edir. Bu, həm iştirakçılar, həm də təşkilatçılar üçün daha çevik idarəetmə imkanı yaradır.
WUF13 çərçivəsində bu sistem, eyni zamanda tədbirin əlçatanlığını artırır. Müxtəlif ölkələrdən gələn mütəxəssislər, tədqiqatçılar və rəsmi nümayəndələr vizanı daha rahat əldə etdiyi üçün tədbirə qatılma səviyyəsi yüksəlir və qlobal iştirak genişlənir. Bu isə Forumda daha zəngin və çoxşaxəli müzakirələr aparmasına şərait yaradır.
Ümumilikdə, WUF13 üçün tətbiq olunan sadələşdirilmiş viza sistemi həm təşkilati rahatlıq yaradır, həm də beynəlxalq iştirakın genişlənməsinə və tədbirin uğurla keçirilməsinə mühüm töhfə verir.
Xəbər lenti
Hamısına baxGündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34

