Mina terrorunun qurbanları artır...
08.04.2025 [09:49]
Vətən müharibəsindən sonra 392 nəfər həlak olub və yaralanıb
Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Ermənistanın mina terroru hələ də davam edir. Son günlər işğaldan azad edilmiş ərazilərimizdə bir neçə mina partlaması hadisəsi baş verib. Xatırladaq ki, aprelin 2-də Ağdam rayonunun Çəmənli kəndi ərazisində 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Azyaşlı uşaqlar erməni terrorunun qurbanı oldu
Aprelin 6-da isə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina partlayıb. Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, qurumun əməkdaşı 1991-ci il təvəllüdlü Heydər Əli oğlu Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sağ ayağın topuq nahiyəsinin amputasiyası olunub. Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir. Həmin gün işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində də mina partlayışı hadisəsi baş verib. Qalayçılar kənd sakini, 1983-cü il təvəllüdlü Səbuhi Elman oğlu Məmmədov və iki azyaşlı övladı minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyadaəleyhinə minanın partlayışı nəticəsində yaralanıblar.
Bundan əlavə, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilən sursat (mina) partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Əsgər Musazadə ağır xəsarətlər alıb. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Hərbçi dünən doğulduğu Lənkəran raynunda dəfn edilib.
XİN beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb
Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. Bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib: “Növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”. Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə altına almağa və münaqişədən sonrakı bərpa işlərinə maneə törətməyə davam edən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırıb.
Məsələ ilə bağlı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva isə bəyan edib ki, Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar öz həyat və sağlamlıqlarını itirməkdədirlər. Cəbrayılda və Ağdamda baş verən mina partlayışı nəticəsində Azərbaycan vətəndaşları, o cümlədən uşaqlar ciddi xəsarət alıblar. Bu faciə regionda mina təhlükəsinin hələ də davam etdiyini və günahsız insanların həyatının hər an təhdid altında olduğunu bir daha ortaya qoyur.
Ombudsman: Ermənistan məsuliyyətə cəlb edilməlidir
Ombudsman qeyd edib ki, 2020-ci ildən etibarən Ermənistan tərəfindən basdırılmış minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsində 392 nəfər həlak olub və ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir. Onun sözlərinə görə, işğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır: “Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpasını çətinləşdirməyə səbəb olur”. Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməyə, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək olmağa və həmçinin Ermənistanı məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməyə çağırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

