İflasa uğrayan çağırış...
25.05.2023 [10:50]
Erməni vandalizmi ifşa olunur
Azərbaycan təxminən 30 il ərzində işğal altında qalan ərazilərimizdə ermənilərin törətdikləri vandalizm əməllərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə sistemli iş aparır. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərə xarici diplomatların, transmilli KİV-in təmsilçilərinin çoxsaylı səfərləri təşkil olunub. Bu günlərdə isə Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən konfransın iştirakçıları Azərbaycanın Zəngilan rayonuna səfər ediblər.
Ermənilərin havadarlarının dəstəyi ilə öz nəzarətlərində saxladıqları ərazilərimizdə törətdikləri vandalizm əməllərinin miqyası çox genişdir, heç bir insanlıq normasına və humanizm çərçivəsinə sığmır. Təqdim olunan foto və video materiallar göz önündə dəhşətli mənzərə canlandırır - sanki bu yerlərdən sivilizasiyadan tam uzaq düşmüş vəhşi tayfalar gəlib keçiblər və yolları üstündə hər şeyi tapdayaraq məhv ediblər. Bir vaxtlar inkişaf edən şəhər və kəndlərin dağıdılması, azərbaycanlılara məxsus olan tarixi mədəni-dini irsin məhv edilməsi və yaxud müxtəlif hiyləgər vasitələrlə özününküləşdirilməsi, təbii ehtiyatların mənimsənilməsi və digər belə faktlar çox utancvericidir. Ermənilər tarixən özləri barəsində “mədəni xalq” mifi uydurublar. Azərbaycanın 30 il işğal altında qalmış ərazilərindəki acınacaqlı mənzərə bu mifi yerlə yeksan edir. Mədəni xalq qonşuların ərazilərinə göz dikməz, başqalarının sərvətini talamaz, tarixin yadigarları olan abidələrə əl qaldırmaz, ağacları qırıb satmaz. Ancaq bütün bunları ermənilər ediblər. Təsəvvür etmək çətindir ki, işğaldan azad olunmuş şəhər və kəndlərdə bayraq ucaltmaq üçün salamat bir tikili tapmaq belə mümkün olmurdu. Bütün bunları kim etmişdi? Özlərini dünyaya “mədəni xalq” kimi təqdim edən ermənilər!
Təbii ki, ermənilər Azərbaycanın onların işğal illərində ərazilərimizdə törətdikləri vəhşilikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasından bərk narahatlıq keçirirlər. Elə Bakıda keçirilən tədbirin iştirakçılarının Zəngilana getmək xəbəri də Ermənistanda təlaşla qarşılanmışdı. Ermənistan rəsmiləri hər vəchlə bu səfərin baş tutmamasına çalışıblar. Bu barədə konfransda da məlumat verilib. İştirakçıların diqqətinə çatdırılıb ki, Ermənistan məktubla bu konfransda iştirak edən nümayəndə heyətlərinə müraciət edərək, onları Zəngilan rayonuna getməməyə çağırıb. Konfransda seçim nümayəndə heyətlərinin öz ixtiyarına buraxılıb.
Ermənistandan gələn təxribatçı çağırışa rəğmən, nümayəndə heyətləri Zəngilana getməyə və orada hər şeyi öz gözləri ilə görməyə qərar veriblər. Səfərdə ATƏT PA-nın sədri Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella, Litva Seyminin vitse-spikeri Yonas Yarutis, ATƏT PA-ya üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Qonaqları Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə baş komitəsinin sədri Azay Quliyev, deputat İqbal Məmmədov və Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli müşayiət ediblər.
Bir tərəfdə dağıntılar, digər tərəfdə quruculuq
Zəngilana gələn qonaqlar bir tərəfdən Ermənistanın işğalının nəticələrini, törətdiyi dağıntıları öz gözləri ilə görmək, digər tərəfdən isə Azərbaycan hökumətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə iki il yarım ərzində həyata keçirdiyi irimiqyaslı tikinti-quruculuq işləri ilə tanış olmaq imkanı qazanıblar. İki fərqli mənzərə Azərbaycanın və Ermənistanın siması və niyyəti barədə konkret təsəvvür yaradır. Dağıntılar Ermənistanın işğalçılıq siyasətinin əsl mahiyyətini bütün cəhətləri ilə göstərir. Genişmiqyaslı quruculuq işləri isə onu təsdiqləyir ki, indi bu yerlərin əsl sahibləri qayıdıblar və onlar doğma torpağı dirçəltmək, Qarabağı cənnətə çevirmək niyyətində və əzmindədirlər. Qısa müddətdə reallaşdırılan çoxsaylı layihələr - yüksək səviyyədə inşa olunan yollar, körpülər, tunellər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, yaşayış evləri və s. Azərbaycanın gücünü və niyyətini əyani şəkildə təcəssüm etdirir.
Səfər çərçivəsində qonaqlar təyyarə ilə Zəngilan beynəlxalq hava limanına gəliblər. Onlara burada Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tikilmiş Zəngilan Beynəlxalq Hava Limanının texniki imkanları barədə məlumat verilib. Bu, postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilən sayca ikinci beynəlxalq səviyyəli hava limanıdır. İşğaldan azad olunmuş ərazilərdə ilk hava limanı Füzulidə istifadəyə verilib. Daha bir hava limanı isə Laçında yaradılır və hazırda orada tikinti işləri intensive şəkildə davam etdirilir.
Sonra qonaqlar Zəngilan rayonunun Cahangirbəyli kəndinə gəliblər. Burada onlara Şərqi Zəngəzur rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan və digər ərazilərimizin Ermənistanın işğalı altında olduğu dövrdə necə viran edilməsindən, bütün əhalinin öz doğma yurdlarından didərgin düşərək məcburi köçkün olmalarından söz açıb. Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilər, o cümlədən Zəngilan rayonu Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur. Xüsusi nümayəndə həyata keçirilən quruculuq işləri və perspektivdə nəzərdə tutulan planlar barədə də danışıb, Cahangirbəyli kəndinin bərpa işləri, kəndin inkişaf planı barədə məlumat verib.
Mina terroru, ekoloji cinayətlər
Səfər çərçivəsində qonaqlara ermənilərin törətdikləri ekoloji cinayətlər və mina terroru barədə də məlumat verilib. Ərazilərimizin mialanması, meşələrin qırılması, su mənbələrinin məqsədli şəkildə çirkləndirilməsi ermənilərin müharibə cinayətləri sırasında xüsusi yer tutur. Mina terroru ilə bağlı faktlar, necə deyərlər, ürək dağlayır.1991-ci ildən indiyədək mina və partlamamış hərbi sursatların partlaması nəticəsində, ümumilikdə, 3381 nəfər azərbaycanlı xəsarət alıb. Onlardan 358-i uşaq, 38 nəfəri isə qadındır. Həmçinin 2020-ci il noyabr - 2023-cü il 16 may tarixləri arasında 141 mülki şəxs minaya düşüb, bunlardan 44 nəfəri həlak olub, 97 nəfər isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 161 nəfər hərbi qulluqçu da mina və partlamamış hərbi sursatların qurbanı olub. Bunlardan da 13-ü həlak olub, 148 nəfər isə yaralanıb. Azərbaycan dəfələrlə Ermənistana müraciət edərək minalanmış ərazilərin xəritələrini istəyib . Qarşı tərəf isə bunu etmək istəmir və yaxud saxta xəritələr təqdim edir.
İşğal dövründə erməni qəsbkarları Azərbaycanın təbiətinə böyük ziyan vurublar. Onlar xaricdəki havadarlarının dəstəyindən bəhrələnməklə təbii sərvətlərimizi qeyri-qanuni şəkildə istismar ediblər. Meşələrimiz qırılaraq qiymətli ağaclar mebel sənayesində istifadə olunması məqsədilə baha qiymətə satılıb. Çayların, anbarların suyundan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Ermənilərin Oxçuçayı ölü su mənbəyinə çevirmələri ekologiyamıza vurulan ağır zərbədir. Bu qəbildən olan cinayətlər barədə də qonaqlara məlumat verilib. Onların diqqətinə çatdırılıb ki, işğal illərində Ermənistan meşələrimizi və təbiət qoruqlarımızı məhv edib, təbii sərvətlərimizdən qanunsuz istifadə edib, Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çaylar da daxil olmaqla, torpağı və çayları çirkləndirib.
Yol boyu qonaqlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının dağıdıcı nəticələrini öz gözləri ilə görüblər. Qonaqlara işğal dövründə Azərbaycanın şəhər və qəsəbələrinin, mədəni, dini abidələrinin, kitabxanaların işğalçı qüvvələr tərəfindən dağıdıldığı, xaraba qaldığı barədə məlumat verilib.
“Böyük Qayıdış”ın ilk addımı - Ağalıya dönüş
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” postmüharibə dövründə qalib Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Güclü Azərbaycan dövləti 30 il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın doğma yurd yerlərinə qayıdışını tez və layiqli şəkildə təmin etmək əzmindədir. Ötən il Zəngilan rayonunun Ağalı kəndində məskunlaşma aparılması “Böyük Qayıdış”ın ilk addımıdır. Kəndin müasir konseptlər əsasında tikintisi Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasına yanaşmasını əks etdirir. Bu yanaşma özündə dünyadakı ən son yenilikləri və müasir həlləri ehtiva edir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bütün yaşayış məntəqələri “Ağıllı şəhər” və “Ağıllı kənd” konseptləri əsasında bərpa olunacaq.
Artıq öz sakinlərini ağuşuna alan Ağalı kəndi də buna nümunədir. Burada sakinlərin rahatlığı və onların məşğulluğunun, mənalı istirahətlərinin təmin olunması üçün bütün imkanlar yaradılıb. Qonaqlara bildirilib ki, Ağalı kəndi “Ağıllı kənd” layihəsi çərçivəsində tamamilə yenidən bərpa olunan və işğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin yenidən məskunlaşdığı yaşayış məntəqəsidir. Qonaqlara “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat verilib.
Xoş və kədərli təəssüratlar
Zəngilanda müşahidə edilən dağıntılar, erməni vandalizminin izləri kədərli təəssüratlar oyadır. Bu mənzərəni görən hər kəs öz-özünə sual verir: İnsan əli bu vəhşilikləri törətməyə necə qıyıb? Zəngilana səfər edən qonaqlar da şahidi olduqları dağıntıların onlarda məyusluq yaratdığını gizlətməyiblər. Vandalizmin milli mənsubiyyəti yoxdur - belə əməlləri törədənlər yalnız nifrətə, qınağa layiqdirlər.
Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı quruculuq-abadlıq işləri isə qonaqlarda xoş təəssüratlar oyadıb. “Azad olunmuş ərazilərdə aparılan işlərin miqyası heyrətamizdir. Burada “yaşıl şəhər” konsepsiyası və digər layihələr tətbiq olunur, onlar da öz növbəsində cəmiyyətdəki çağırışları həll etməyə kömək göstərir. Zəngilanda böyük yenidənqurma işləri aparılır. Bu işlər bu ərazilərdə gələcək və dayanıqlı cəmiyyətin yaranmasına töhfə verə bilər”.
Bu sözləri KİV-ə müsahibəsində Kanada parlamentinin üzvü Con Aldaq deyib. O qeyd edib ki, kanadalılar Azərbaycanın istifadə etdiyi “Ağıllı şəhər” konsepsiyasını öz ölkələrində tətbiq etməyə çalışırlar. “Azərbaycan “Ağıllı şəhər” konsepsiyasının necə praktik və mükəmməl olduğunu öz nümunəsində göstərib. Zəngilan aeroportu bu ərazilərin gələcək turizm imkanlarının inkişafı üçün vacib amildir. Bu hava limanı olduqca müasir və gözəldir”, - deyə parlamentari vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00

Xəbər lenti
27 Sentyabr 18:35

Siyasət
27 Sentyabr 18:04

Xəbər lenti
27 Sentyabr 17:25

Xəbər lenti
27 Sentyabr 16:46

Xəbər lenti
27 Sentyabr 16:34

Xəbər lenti
27 Sentyabr 16:08

Dünya
27 Sentyabr 16:05

Xəbər lenti
27 Sentyabr 15:21

Xəbər lenti
27 Sentyabr 15:13

İqtisadiyyat
27 Sentyabr 15:12

Xəbər lenti
27 Sentyabr 14:45

Siyasət
27 Sentyabr 14:42

Xəbər lenti
27 Sentyabr 14:39

Xəbər lenti
27 Sentyabr 14:17

Xəbər lenti
27 Sentyabr 14:10

Xəbər lenti
27 Sentyabr 14:08

Xəbər lenti
27 Sentyabr 13:54

Xəbər lenti
27 Sentyabr 13:32

Xəbər lenti
27 Sentyabr 13:12

Xəbər lenti
27 Sentyabr 13:00

Xəbər lenti
27 Sentyabr 12:54

Turizm
27 Sentyabr 12:32

Xəbər lenti
27 Sentyabr 12:24

Siyasət
27 Sentyabr 12:20

Xəbər lenti
27 Sentyabr 12:10

Xarici siyasət
27 Sentyabr 12:03

Xəbər lenti
27 Sentyabr 12:01

Xəbər lenti
27 Sentyabr 11:57

Xəbər lenti
27 Sentyabr 11:56

İqtisadiyyat
27 Sentyabr 11:51

Xəbər lenti
27 Sentyabr 11:48

MEDİA
27 Sentyabr 11:40

Xəbər lenti
27 Sentyabr 11:30

Xəbər lenti
27 Sentyabr 11:23

Sosial
27 Sentyabr 11:22

Siyasət
27 Sentyabr 11:10

Xəbər lenti
27 Sentyabr 11:09

İqtisadiyyat
27 Sentyabr 11:00

Siyasət
27 Sentyabr 10:50

İqtisadiyyat
27 Sentyabr 10:40

Siyasət
27 Sentyabr 10:30

Gündəm
27 Sentyabr 10:29

Siyasət
27 Sentyabr 10:20

Xəbər lenti
27 Sentyabr 10:18

Siyasət
27 Sentyabr 10:10

Xəbər lenti
27 Sentyabr 09:42

Gündəm
27 Sentyabr 09:30

Gündəm
27 Sentyabr 00:52

Gündəm
26 Sentyabr 23:37

Xəbər lenti
26 Sentyabr 21:59

Siyasət
26 Sentyabr 21:56

Gündəm
26 Sentyabr 21:54

Xəbər lenti
26 Sentyabr 19:09

Xəbər lenti
26 Sentyabr 18:13

Xəbər lenti
26 Sentyabr 18:09

Xəbər lenti
26 Sentyabr 17:40

Xəbər lenti
26 Sentyabr 17:06

Xəbər lenti
26 Sentyabr 16:30

Xəbər lenti
26 Sentyabr 16:15

Xəbər lenti
26 Sentyabr 16:13

Xəbər lenti
26 Sentyabr 16:07

Turizm
26 Sentyabr 16:05

Xəbər lenti
26 Sentyabr 15:45

Xəbər lenti
26 Sentyabr 15:00

Dünya
26 Sentyabr 14:47

Xəbər lenti
26 Sentyabr 14:36

Xəbər lenti
26 Sentyabr 14:25
