Ermənistan nə qədər təzminat ödəyəcək?
01.03.2023 [10:34]
Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da bu, milyard dollarlarla ölçülür
Nardar BAYRAMLI
Ermənistan 30 illik işğal dövründə respublikamıza vurduğu ziyana görə təzminat ödəməlidir. Dövlətimiz bu istiqamətdə beynəlxalq instansiyalara müraciətlər göndərib. Fevralın 27-də Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başladıb. Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib. Vurğulanıb ki, Ermənistan hərbi güc yolu ilə Azərbaycanı Qarabağ bölgəsindəki enerji resurslarından istifadədən məhrum edərək ölkəmizin enerji ehtiyatlarını öz xeyrinə istismar etməklə, habelə Azərbaycanın öz milli enerji siyasətinə və ətraf mühitlə bağlı öhdəliklərinə uyğun olaraq enerji ehtiyatlarını daha da inkişaf etdirmək imkanından məhrum etməklə Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn fundamental prinsiplərini pozub. Azərbaycanın Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası iddiasının əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı təşkil edir.
Ermənistanın işğal dövründə respublikamıza vurduğu ziyan milyardlarla dollar səviyyəsində ölçülür. Bu proses üzrə təzminatın məbləği də kifayət qədər yüksək olmalıdır.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov da bildirib ki, bu arbitraj işinin məqsədi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqq-ədaləti və Ermənistanın təzminat ödəməsini təmin etməkdir. Onun sözlərinə görə, beynəlxalq məhkəmə yolu ilə təzminat ödənilməsinin dünya təcrübəsində oxşar nümunələri var: “30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib. Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da, bu, milyard dollarlarla ölçülür. Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınıb. Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub. Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Bu arbitraj prosesi ilə ölkəmiz Ermənistana qarşı növbəti iddia qaldırıb”.
Millət vəkilinin fikrincə, dəymiş ziyanın qiymətləndirilməsinə xarici ekspertlərin də cəlb olunması beynəlxalq məhkəmə prosesində mövqeyimizi daha da gücləndirəcək. Hazırkı arbitraj prosesində Ermənistanın ödəməli olduğu təzminata gəlincə, Ermənistanın işğalı nəticəsində ölkəmizin enerji sektoruna vurulan ziyanın həcmi də kifayət qədər böyükdür. Bu baxımdan, ödəniləcək təzminat və kompensasiyanın həcmi birbaşa təqdim olunan iddiadan asılıdır. “Təzminatın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmənin qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Bu baxımdan, Ermənistanın kasıb olması onu işğal nəticəsində vurduğu ziyana görə təzminat ödəmək məsuliyyətindən azad etmir”, - deyə V.Bayramov vurğulayıb.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də bildirib ki, erməni tərəfi ölkəmizə vurduğu zərərin hesabını verməlidir. Çünki ermənilər işğal dövründə dövlətin, vətəndaşların mülkiyyətinə, sahibkarlıq subyektlərinə külli miqdarda ziyan vurublar, eləcə də təbii sərvətlərimizi qanunsuz istismar ediblər. “Budəfəki arbitraj prosesi isə Enerji Xartiyası Müqaviləsinə əsasən qaldırılıb. Gələcəkdə digər sahələr üzrə də məhkəmə iddialarımız olacaq. Hazırda ictimaiyyəti düşündürən bir sual var ki, Azərbaycan Ermənistandan təzminat ala biləcəkmi? Dünya təcrübəsində belə presedentlər var. Yəni təcavüzkar ölkələrin işğal etdiyi ərazilərə vurduğu zərərlərə görə təzminat ödəməsi anlayışı mövcuddur. Bu baxımdan, hesab edirəm ki, bu presedent Ermənistana da tətbiq ediləcək. Rəsmi İrəvan dövlətimizə təzminat ödəməyə məcbur olacaq. Təzminatın necə ödənilməsi, nə qədər ödənməsi, nə ilə əvəzlənilməsi məhkəmənin qərarından sonra ortaya çıxan və müzakirə predmeti olan məsələlərdir. Hələlik biz beynəlxalq arbitrajın bu sahədə Ermənistanın Azərbaycana vurduğu zərərin dəyərinin dəqiq müəyyən edilməsi və işğalçının təzminat ödəməsi ilə bağlı obyektiv qərar qəbul etməsi üzərində işləməliyik”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

