Brilyant (Almaz) məsələsi...
31.01.2023 [11:08]
Avropa İttifaqından Rusiyaya almaz embarqosu
Murad Köhnəqala
Rusiyanın siyasi, iqtisadi sanksiyalarla sıxışdırıldığı bir vaxtda Ukrayna və onun müttəfiqləri Moskvaya qarşı yeni embarqo üzərində işləyirlər. Söhbət səhmlərinin mühüm bir hissəsi dövlətə məxsus olan məşhur almaz şirkəti “Alrosa”nın balansındakı Rusiya almazının Avropa İttifaqı (Aİ) ölkələrinə idxalının dayandırılmasından gedir. Aİ fevralın 24-də - Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümü ərəfəsində Moskvaya qarşı sanksiyaların yeni mərhələsini hazırlamaqdadır. Bu istiqamətdə Polşa və Litva xüsusi canfəşanlıq göstərirlər. Hər iki ölkə Aİ-ni Rusiya almazının idxalına qadağa qoymağa, “Alrosa”nı müflisləşdirməyə, bununla da Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq maddəni sanksiyalara daxil etməyə çağırır.
Bir ovuc almaz, Belçikaya qalmaz...
Ekspertlərin fikrincə, almaz qadağası Rusiya iqtisadiyyatına təbii qaz və enerji satışının əngəllənməsi miqyasında ziyan vurmayacaq. Rusiya almazının Avropa İttifaqına davamlı idxalını siyasi tənqidçilər Qərb ölkələrinin öz iqtisadi maraqlarını Ukraynaya dəstəkdən üstün tutması kimi qiymətləndirirdilər. Qərbdə hesab edirlər ki, sözügedən sanksiya həm də bu qaxıncı Aİ üzərindən götürəcək.
Hələ 2022-ci ilin oktyabr ayında Avropa İttifaqı səkkizinci sanksiya paketinin bir hissəsi kimi qlobal bazarın 30 faizlik payına malik, dünyanın ən böyük almaz istehsalçısı “Alrosa”dan almaz idxalına qadağa qoyulması məsələsini müzakirəyə çıxarmışdı. Lakin sanksiyanın bu bəndinin qəbulu uzun müzakirələrdən sonra təxirə salınmışdı.
Aİ-nin sözügedən qadağanı sanksiyalar paketinə daxil etməkdən imtinasına səbəb kimi dünya üzrə almaz ixracatının 86 faizinin gəlib keçdiyi Belçika və dünya almaz ticarətinin mərkəzi olan Antverpen şəhərinin müqaviməti göstərilir. Hazırda isə Belçika “günah keçisi” olmaqdan bezmiş kimi görünür. Ölkənin baş naziri Aleksandr de Kroonun sözlərinə görə, Putin hökumətinin Qərb bazarlarına brilyant satışı bütün mümkün vasitələrlə əngəllənməlidir. Bunun üçünsə təkcə sanksiyalar kifayət etmir: “Rusiya almazları qana batıb. Bu ölkənin almazdan gələn və müharibəyə xərclənən gəliri o zaman bitəcək ki, rusun almazı Qərb bazarından birdəfəlik yoxa çıxacaq”, - deyə baş nazir de Kroo mediaya açıqlamasında bildirib.
ABŞ da imtina edir, amma...
Qərbin Rusiyaya qarşı iqtisadi müharibəsinin artıq öz təsirini göstərdiyini söyləmək mümkündür. Lakin ABŞ bu məsələdə sanki ikibaşlı oyun oynayır. Məlum olduğu kimi, Birləşmiş Ştatlar “Alrosa”ya sanksiya tətbiq edib və Rusiya almazının idxalına qadağa qoyub. Amma superdövlətin əlaqədar təşkilatının rəsmi açıqlamasında qiymətli daşların “başqa yerdə emal ediləcəyi təqdirdə” idxalının mümkünlüyü barədə “əl yeri” də qoyulub.
“Qanlı almazlar” Hindistana daşınacaq
Dünya üzrə emal olunan xam almazın təxminən 90 faizi Hindistana göndərilir. Qiymətli metal orada emal edilir, cilalanır, belə demək mümkünsə, “hind almazı”na çevrilir. Yerli medianın məlumatına görə, Rusiya ilə ticarət əlaqələrini davam etdirmək üçün Hindistan banklarına xüsusi hesablar açmağa imkan yaradılıb. “Sanksiyalar hazırda Putin rejiminin etibarlı dostu olan ölkələrə 40 milyard dollarlıq ticarət dövriyyəsi bəxş edəcək”, - deyə Antverpendəki Dünya Almaz Mərkəzinin əməkdaşı Tom Neiss bildirib. Onun sözlərinə görə, Belçika Avropa Komissiyası və G7-yə üzv ölkələrlə danışıqlarda Rusiya almazının daşınmasını izləyəcək və “qanlı almazlar”ı müharibə və terrorun maliyyələşdirilməsinə sərf olunan məhsul kimi qiymətləndirəcək sistem üzərində işləyirlər. Mütəxəssislərin fikrincə, nəzərdə tutulan sistem işə yarasa, bu, Moskvaya Vaşinqtonun, yaxud Brüsselin tətbiq etdiyi sanksiyalardan daha artıq zərər verə bilər.
Belçika izləmə texnologiyası təklif edir
Mütəxəssislər düşünürlər ki, “qanlı almazlar”ın izlənməsi sənaye üçün yeni bir xəbər olmayacaq. Almaz sənayesi lap əvvəllərdən digər mədən sənayelərindən fərqli olaraq həmişə məhsullarının mənşəyini sübuta yetirmək məcburiyyətində qalıb. Məsələn, Afrikanın müxtəlif bölgələrindən gələn “qanlı almazlar” 2003-cü ildə “Kimberli prosesi” adlanan beynəlxalq tribunalın yaradılmasına səbəb olmuşdu. Tribunal Afrikanın müəyyən ərazilərində çıxarılan qiymətli daşların hər hansı hərbi münaqşənin və ya terror təşkilatlarının maliyyələşdirilməsində istifadə edilib-edilmədiyini araşdırmaqla məşğul olub.
Dünya brendləri rus almazını boykot edir
Hazırda “Tiffany”, “Richmont” və “Signet” də daxil olmaqla məşhur daş-qaş məmulatı brendlərinin təmsilçiləri, hətta Rusiyadan kənarda istehsal olunacağı təqdirdə belə, rus mənşəli almaz almayacaqları barədə açıqlama yayıblar. Nüfuzunu qorumaqda maraqlı olan bir çox istehsalçı firma və şirkətlər isə almazların “qanlı” olmadığına əminlik üçün qiymətli daşların təchizat prosesi boyunca izlənməsi texnologiyasına sərmayə yatırır.
Bütün bunlarla belə, Qərb mediası yazır ki, beynəlxalq qanunvericilik sənayeləşmə siyasətindəki dinamik proseslərdən geri qalır. Hazırda isə Belçika Rusiyanın “qanlı almazlar”ını izləmək üçün beynəlxalq koalisiya yaratmaq təşəbbüsü irəli sürərək, nəhayət, avropalı siyasətçilərin gözünə “almaz ovçusu” kimi görünməkdən qurtulacağına ümid edir.
Avropa İttifaqının düşünməyə vaxtı var
Bütün bu proseslərə baxmayaraq, Avropa İttifaqı və onun beynəlxalq tərəfdaşlarının Rusiyanın bir vaxtlar fantastik gəlir gətirən almaz ixracatına son qoymaq üçün konkret hansı modeli tətbiq edəcəkləri hələlik aydın deyil. Avropa Komissiyası da idxal qadağası və ya izləmə sisteminin lehinə hələlik heç bir təklif irəli sürməyib. Güman olunur ki, fevralın 24-də, Rusiyanın Ukraynaya hücumunun ildönümü ərəfəsində Aİ-nin Putin rejiminə tətbiq edəcəyi yeni sanksiyalar paketində məlum almaz qadağası da yer alacaq.
Sonda xatırladaq ki, şimal qonşumuz olan Rusiyanın almaz ehtiyatları ümumilikdə 200 milyon karat dəyərində qiymətləndirilir. Bu sərvətin 82 %-i isə türkdilli Saxa (Yakutiya) Respublikasının hesabına başa gəlir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09

