Hüquqi əsası yoxdur!
21.12.2022 [10:01]
Müraciət qəbul olunmayacaq
N.BAYRAMLI
Ermənistan Laçın yolunun “bağlanması” ilə əlaqədar Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Bundan əvvəl Ermənistan Fərrux yüksəkliyinin ordumuzun nəzarətimizə keçməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərmişdi. Eyni zamanda, avqust ayında Laçın şəhərinin, Zabux və Sus kəndlərinin “erməni əhalisinin təminatı” ilə əlaqədar anoloji addım atmışdı. Lakin Avropa Məhkəməsi hər iki şikayəti qəbul etməmişdi.
Rəsmi İrəvanın Laçın yolu haqqında şikayətinə görə Avropa Məhkəməsi haqqında hansısa qərar qəbul edə bilərmi? Mövzu ilə əlaqədar “Yeni Azərbaycan”a açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Avropa İnsan Hüquq və Azadlıqları Haqqında Konvensiyaya görə həm fərdi, həm də dövlətlər tərəfindən Avropa Məhkəməsinə şikayətlər edilə bilər. Amma dövlətlər tərəfindən şikayətlər o zaman verilə bilir ki, həmin dövlətin özünə və vətəndaşlarına qarşı hansısa addım atılsın. Onun sözlərinə görə, indiki halda Ermənistanın şikayəti qəbul edilə bilməz: “Çünki burada söhbət Ermənistan vətəndaşlarından getmir, Qarabağ Azərbaycanın suveren ərazisidir və bu ərazidə dövlətimiz müvafiq hüquqi rejimləri müəyyənləşdirə bilər. Buna görə də inanıram ki, Ermənistanın iddiası qəbuledilməz sayılacaq. Azərbaycan tərəfindən Ermənistan dövləti və vətəndaşlarına insan hüquqlarının pozulması müstəvisində hər hansı hərəkətə yol verilməyib. Azərbaycan öz ərazisində vətəndaşların təhlükəsizliyini təmin etmək, silahların, minaların qanunsuz daşınmasının, təbii sərvətlərimizin talanmasının və ekologiyaya ziyan vurulmasının qarşısını almaq üçün müvafiq fəaliyyətlər həyata keçirə bilər. Laçın yoluna gəlincə, söhbət ondan gedir ki, bu yol bağlanmayıb. Yol üzərində vətəndaş cəmiyyətinin nümayəndələri aksiya keçirir. Burada insanların toplaşmaq azadlığı hüququndan istifadə edilir. Həmin insanlar təbii sərvətlərimizin cinayətkar qruplar tərəfindən talanmasına, ekologiyamıza vurulan ziyana görə etiraz aksiyası keçirirlər. O da məlumdur ki, Laçın yolu vasitəsilə Ermənistandan Qarabağdakı qanunsuz silahlı dəstələr üçün hərbi sursat, mina daşınır. Müharibənin başa çatmasından bu günə kimi 270-dən çox vətəndaşımız mina qurbanı olub, 50-ə yaxın insan həyatını itirib. Belə hallar Azərbaycanın bütün vətəndaşları, o cümlədən erməni mənşəli vətəndaşları üçün təhdid yaradır”.
Ə.Nuriyev qeyd edib ki, Azərbaycan indiyə kimi Ermənistandan Avropa Məhkəməsinə şikayətlər edib. Bu şikayətlər sırasına təbii sərvətlərimizin qanunsuz istismarı, tarixi-mədəni abidələrimizin dağıdılması, vətəndaşlarımızın hüquqlarının pozulması məsələləri daxildir. “Yəqin ki, bundan sonra da Avropa Məhkəməsinə müraciətlər olunacaq. Bu istiqamətdə işlər gedir. Ümid edirəm ki, Avropa Məhkəməsi beynəlxalq hüquqa əsaslanan qərarlar qəbul edəcək. Çünki bütün bunlar cinayətdir və Ermənistan tərəfindən törədilib”,-deyə hüquqşünas vurğulayıb.
Politoloq Yalçın Hacızadə də hesab edir ki, Ermənistanın Laçın yolunun bağlanması ilə bağlı Azərbaycandan Avropa Məhkəməsinə şikayətinin siyasi və hüquqi əsası yoxdur. Onun sözlərinə görə, Laçın yolunu Azərbaycan yox, Rusiya sülhməramlıları kəsib. Sadəcə olaraq azərbaycanlı ekoaktivistlər və ictimaiyyət nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ermənilərin təbii sərvətlərimizi talan etməsinə və sülhməramlıların buna göz yummalarına etiraz edirlər. Məsələnin hüquqi baxımından da Laçın yolunun keçdiyi ərazi Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir. Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı kifayət qədər ciddi beynəlxalq qurumların qərarları var.
“Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və başqalarının” Ermənistana qarşı qərarı vardı. Həmin qərarda Laçından Ermənistanın silahlı təcavüzü nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş Çıraqovlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə şərt var. Bütün bunlar Ermənistanın təcavüzünü və həmin ərazilərin Azərbaycanın olduğunu göstərir. Həmçinin, hazırda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə 25-30 min erməni yaşayır. Halbuki 44 günlük müharibənin nəticəsi olaraq imzalanmış üçtərəfli bəyanata görə həmin ərazilərə oradan məcburi köçkün düşmüş azərbaycanlılar da qayıtmalıdırlar. Müharibədən 2 ildən artıq vaxt keçsə də, Ermənistan azərbaycanlıların köçməsinə imkan vermir. Çünki Ermənistan sülhməramlıların yerləşdiyi ərazilərdən öz qanunsuz silahlı qüvvələrini çıxarmır və bunu guya onların deyil, qondarma “respublikanın” silahlı qüvvələri olduğunu bildirir. Amma həmin ərazidə baş verənlərlə bağlı Ermənistanın adından şikayət verir. Bu fakt elə Ermənistanın özünü təkzib etməsidir. Ona görə də hesab edirəm ki, Ermənistanın Laçın yolu bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətinin perspektivi yoxdur”,-deyə Y.Hacızadə qeyd edib.
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

