Müxalifət partiyalarından kütləvi istefalar başlanıb
06.04.2011 [09:54]
Məlum olduğu kimi, aprelin 2-də radikal müxalifət partiyalarının Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətinə salmaq məqsədilə mitinq keçirmək cəhdləri təkcə ölkə əhalisinin deyil, eləcə də, həmin partiyaların üzvlərinin kəskin etirazına səbəb olub. “SİA”-nın Bakıda və bölgələrdə apardığı araşdırma nəticəsində müəyyən edilib ki, Müsavat, AXCP, AMİP, KXCP, ümid, ADP və Xalq partiyasının ümumilikdə 391 nəfər üzvü bəyanat yayaraq, təmsil olunduqları partiyaların sıralarını tərk ediblər.
Bu partiyaların Goranboy, Ağsu, Ağcabədi, Cəbrayıl, Hacıqabul, Laçın, Saatlı, Sabirabad, Şirvan, Tərtər, Suraxanı rayon təşkilatlarında istefa halları daha kütləvi xarakter daşıyıb. Müxalifət partiyalarının üzvləri keçmiş “liderlərinin” onların adından sui-istifadə edərək ölkədə xaos, anarxiya yaratmaq, böyük səylər, zəhmət, vətəndaşlarımızın həyatı bahasına əldə olunmuş müstəqilliyə xələl gətirmək cəhdlərini pisləyərək, bundan sonra fəaliyyətlərini bu partiyaların sıralarında davam etdirə bilməyəcəklərini bəyan ediblər.
Ağcəbədidə eksmüsavatçılar kütləvi şəkildə istefa veriblər
Müsavat partiyasının Ağcəbədi rayon təşkilatının bir qrup üzvü partiya sədri İsa Qəmbərin qanunsuz həkərətlərinə etiraz əlaməti olaraq, bəyanat yayıblar və partiya sıralarını tərk ediblər. İstefa verənlər yaydıqları bəyanatda bildiriblər ki, son illər ərzində ölkəmizdə aparılan abadlıq-quruculuq işlərini bəyənirlər. Onlar vurğulayıblar ki, Müsavat partiyasının üzvü olsaqda, görürük ki, Müsavat partiyasının siyasəti Azərbaycan xalqına səfalət və iğtişaşlar vəd edir: “AXC-Müsavat cütlüyü bir dəfə hakimiyyətdə olanda torpaqlarımızın 20 faizi işğal olunmuşdu, ölkəmizdə xaos və anarxiya baş qaldırmışdı”.
Eksmüsavatçılar vurğulayıblar ki, onlar bir daha ölkəmizdə anarxiyanın olmasını və Müsavat partiyasının üzvü kimi qalmalarını istəmirlər. Bu səbəbdən də, Müsavat partiyasının sıralarını tərk ediblər.
İstefa dalğası Şamaxıda da özünü göstərib...
2 aprel mitinqinin “lider”lərinin iç üzünün, planlarının açıqlanmasında mühüm rol oynadığını bildirən AXCP və Müsavatın Şamaxı rayon təşkilatlarının üzvləri Xudaverdi Hüseynov, Nəcəf Cəfərov, Xosrov Məmmədov və Bəybala Adıgözəlov bəyanatlarında belə bir təşkilatda təmsil olunmağı özlərinə ar bildiklərini qeyd ediblər. Onlar bildiriblər ki, üzvü olduqları partiyanın aprelin 2-də keçirdiyi aksiya onlarda böyük qəzəb və nifrət hissi yaradıb: “İqtidarda-müxalifətdə təmsil olunmağımızdan asılı olmayaraq hamımızın ümumi düşməni bu gün torpaqlarımızın 20 faizini işğal altında saxlayan, bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşməsinə səbəb olan ermənilərdir. ölkənin inkişafı, həyata keçirilən quruculuq-abadlıq işləri göz qabağındadır. Yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Uğurları görməmək bu qüvvələrin siyasi korluğudur. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, münaqişənin həlli istiqamində səylər göstərməli, yumruq kimi birləşməlidir”.
Göründüyü kimi, partiya rəhbərlərinin siyasətinə etiraz edən üzvlər çıxış yolunu təşkilatı tərk etməkdə görürlər. Tərkedənlərin ölkənin ictimai-siyasi həyatında aparıcı yer tutan Yeni Azərbaycan Partiyasına üz tutmaq barədə qərarları isə bu həqiqəti təsdiqləyir ki, ən böyük siyasət düzgün yol tutmaq, hadisələrə obyektiv yanaşmaq, ən başlıcası isə xalqın, dövlətin mənafeyinə, milli maraqlarına xidmət etməkdir.
AXCP-nin Beyləqan rayon təşkilatından çıxanlar YAP-a üzv olmaq istəyirlər...
“Son günlər ərzində AXCP sədri Əli Kərimlinin antiazərbaycançı qruplaşmaların dəstəyi ilə ölkədə xaos yaratmağa cəhd göstərməsi, gəncləri dövlətçiliyə qarşı çıxmağa təhrik etməsi, qanunsuz əməllər törətməsi bizim dərin hiddətimizə səbəb olub”. Bunu isə bəyanat yayaraq bildirən və istefa verən AXCP-nin Beyləqan rayon təşkilatının üzvləridir. Rayonun Bolsulu kənd sakini Abdullayev Nazim İbiş oğlu yaydığı müraciətində bildirib ki, ölkədə gedən abadlıq-quruculuq işlərini, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti bəyənir və dəstəkləyir: “Mən bir daha müxalifətdə olmaq istəmirəm. Xahiş edirəm ki, məni Prezidentimiz cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının üzvü qəbul edəsiniz”.
AXCP-nin Zəngilan rayon təşkilatının bir qrup üzvü də istefa verib...
Dağıdıcı müxalifətin qanunsuz əməllərinə etiraz olaraq, AXCP-nin Zəngilan rayon təşkilatının bir qrup üzvü də istefa verib. Etiraz bəyanatını redaksiyamıza təqdim edən ekscəbhəçilər bildiriblər ki, Azərbaycanın uğurlarını görmək istəməyən qüvvələr dövləti hər vasitə ilə içəridən dağıtmağa çalışırlar: “Təəssüfləndirici haldır ki, AXCP sədri Əli Kərimli dağıdıcı qüvvələrlə birləşərək ölkədə xaos, hərc-mərclik və qarışıqlıq yaratmaq istəyir. Göründüyü kimi, maraqlı xarici qüvvələrin alətinə çevrilən bu partiya xalqına və dövlətinə qarşı xəyanətkar mövqe tutur. AXCP sədrinin bu hərəkətləri bu partiyanın ölkədə qınaq obyektinə çevrildiyinə etiraz əlaməti olaraq, üzvü olduğumuz bu partiyadan çıxdığımızı bəyan edirik”.
İstefalar dalğası təzə başlayıb, hələ davamı olacaq...
ümumiyyətlə, hər dəfə dövlətimizin inkişafına mane olan, ölkəmizi xaosa sürükləyən düşmənlə sövdələşmələrə gedən dağıdıcı müxalifət partiyalarının “liderləri”nin qanunsuz hərəkətləri həmin partiyaların üzvlərini istefa verməyə məcbur edib. Biz bunu 2008-ci il prezident və 2009-cu il bələdiyyə seçkiləri zamanı da müşahidə etmişik. Həmin dövrdə yüzlərlə insan bu partiyaların sıralarını tərk etmişdilər.
Bu gün də həmin tendensiya müşahidə olunmaqdadır. Ona görə də, təkcə aprel ayının 5-də 400 nəfərə yaxın adamın dağıdıcı müxalifət partiyalarının sıralarından etiraz bəyanatları yayaraq, çıxmasını başlanğıc kimi dəyərləndirmək lazımdır. Yəni, istefalar dalğası təzə başlayıb, hələ davamı olacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

