Düşmənə qorxu, dosta güvən...
14.12.2022 [10:48]
Türkiyənin ballistik möcüzəsi - Tayfun
Son dövrlərdə Yunanıstanın Türkiyəyə qarşı apardığı təxribatxarakterli addımlar açıq müstəvidə müşahidə olunmaqdadır. Belə ki, Yunanıstanın özünün Türkiyənin turizm bölgələrinə yaxın olan adalarını militaristləşdirməsi dövlətlərarası münasibətlərin mənfi tendensiya ilə inkişafını şərtləndirib. Hətta bu gərginliyin lokal müharibəyə çevrilmə ehtimalı da var.
Qeyd edək ki, bir müddət əvvəl Egey dənizindəki adalarda Yunanıstanın hərbi təlimlər keçirməsi də rəsmi Ankara tərəfindən etirazla qarşılanmışdı. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Yunanıstanın Egey dənizindəki adalarda hərbi təlimlər keçməsi, o adalara hərbi personal silahlar göndərməsi beynəlxalq hüququn pozulmasıdır. XİN rəhbəri qeyd etmişdi ki, ya Yunanıstan geriyə addım atıb razılaşmaların şərtlərini yerinə yetirəcək, ya da Türkiyə lazım olanı edəcək. “Yunanıstanın təxribatçı addımları bitməyəcəyi halda Türkiyə Egey dənizindəki adaların suverenliyi məsələsini qaldırmağa hazırdır”, - o qeyd etmişdi.
Türkiyə Yunanıstana xəbərdarlıq edir: raketi Afinaya çata bilər
Türkiyənin son illərdə artan hərbi müdafiə sənayesi isə yeni texnologiyalara əsaslanır. Təbii ki, bu amil Türkiyənin qlobal hərbi aktora çevrilməsində mühüm rol oynamaqdadır. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Samsunda Şəhid Ömər Halisdemir Salonunda keçirilən Samsun Gənclik Toplantılarında etdiyi çıxışında da müdafiə sənayesi istehsalı məsələsinə toxunub. Pilotsuz döyüş təyyarəsi Bayraktar Kızılelma ilə bağlı danışan Ərdoğan Yunanıstana da mühüm mesajlar göndərib. Bildirib ki, indi raketlərimizi hazırlamağa başlamışıq. “Təbii ki, bu istehsal yunanları qorxudur. Siz “Tayfun” deyirsiniz, yunan qorxur və “Afinanı vuracaq” deyir. Əlbəttə, vurar. Sən özünü sakit aparmazsan, Türkiyə kimi bir ölkə də yəqin ki, nəsə etməlidir”. Əgər yunan rəsmiləri Egey dənizindəki adalarda hərbi gücünü artırmağa davam edərsə, Türkiyə Yunanıstana xəbərdarlıq edir ki, raketi Afinaya çata bilər.
Uğurlu sınaq atışı...
Qeyd edək ki, “Tayfun” Türkiyədə hazırlanmış qısa mənzilli ballistik raketlərdir. Raket 2022-ci ilin oktyabrında Qara dəniz üzərində sınanıb. Raket sınağı Müdafiə Sənayesi İdarəsinin “Tayfun Raket Sisteminin İnkişafı Layihəsi” çərçivəsində Raket Sənayesi və Ticarət Korporasiyası (ROKETSAN) tərəfindən həyata keçirilib. Daxili imkanlar çərçivəsində hazırlanan “Tayfun” yaxınmənzilli ballistik raketi 561 kilometr məsafədəki hədəfi 458 saniyəyə uğurla vurub. Bu isə Türkiyənin arsenalındakı aktiv silahların məsafəsindən iki dəfə çoxdur. Sınaq atışı zamanı raket Rizədən Sinopa qədər məsafə qət edib. Qısa mənzilli ballistik raket 300-dən 1 000 km-ə qədər hərəkət uzaqlığına malikdir.
Tayfunun xarakteristikası - ballistik möcüzə...
Türkiyənin hazırladığı Tayfun raketi niyə Yunanıstanı belə qorxuya salıb? Bildirilməlidir ki, sahib olduğu mənzilə görə raket çox uzaq bir nöqtədən belə tam zərbə gücünə malikdir. Beləliklə, Tayfun raketinin hansı xüsusiyyətləri var?
Tayfunun Taktik Ballistik Raket növü (TBM) 300 km-dən az mənzilli bir BF sistemidir. Qısa Mənzilli Ballistik Raketi isə (SRBM) 300-1000 km, Orta Mənzilli Ballistik Raket (MRBM) 1000-3000 km, Uzaq Mənzilli Ballistik Raketi isə (IRBM) 3000-5550 km mənzilli bir BF sistemidir. O ki qaldı, Qitələrarası Ballistik Raketə (ICBM) bu da, 5000 km və ya daha çox mənzilli bir BF sistemidir. Raket, eyni zamanda sualtı qayıqdan da buraxılan ballistik xarakter daşıyır.
Qeyd edək ki, ballistik raketlərin atmosferə daxil olduqdan sonra əldə etdiyi sürətə görə məhv edilməsi çox çətindir. Bu səbəbdən onlar kosmosda, yəni hədəf havaya qalxmazdan əvvəl məhv edilməlidir. Bunun üçün anti-ballistik raketlər var, lakin onların qiymətləri də çox yüksəkdir. Çünki bu kimi raketləri kosmosda məhv etmək üçün mürəkkəb sensor texnikalar tələb edilir. Çox az ölkədə - ABŞ və Rusiyada ballistik raket əleyhinə texnologiyalar mövcuddur.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55

