Sülh məramlarını unutmamalıdırlar
25.11.2022 [10:32]
Ermənistanın Azərbaycan ərazisinə hərbi texnikalar daşıması birgə bəyanata ziddir
2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Vətən müharibəsində Azərbaycanın qələbəsini rəsmiləşdirdi. Bununla yanaşı, məğlub Ermənistan bu bəyanata əsasən üzərinə bir sıra öhdəliklər götürüb. Təssüfləndirici haldır ki, münaqişənin bitməsindən ötən iki il ərzində bu öhdəliklərin bəziləri yerinə yetirilməyib. Tam əksinə, Ermənistan yenidən regionda təhlükəsizliyə təhdid yaratmaqda davam edir. Eyni zamanda, üçtərəfli Bəyanata əsasən, regiona gələn Rusiyanın sülhməramlı kontingenti də prosesin məhz razılaşdırılmış formada inkişafını təmin etmir.
Yeri gəlmişkən, noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransda da bu məsələyə toxunulub. Çıxış edən DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyil etməsi narahatlıq doğuran məqamlardır. O, vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.
Təbii ki, səslənən narahatlıqlar əbəs deyil. İmzalanan üçtərəfli Bəyanata əsasən öhdəliklərin yerinə yetirilməməsi beynəlxalq hüquqa zidd bir mövqedir. Belə olan halda, Azərbaycan hansı qabaqlayıcı tədbirlər görə bilər?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanatın 4-cü maddəsinə əsasən Azərbaycan ərazisinə Rusiya sülhməramlı kontingenti daxil olmalı, Ermənistan silahlı qüvvələrinin bölmələri isə regionu tərk etməli idilər. Təəssüflər olsun ki, bu maddə hələ də icra edilməmiş qalır: “Bu isə sülhə və təhlükəsizliyə böyük təhdid törədir. Xatırlatmaq yerinə düşər ki, Rusiyanın müdafiə nazirliyinin təmsilçiləri Bakıda səfərdə olarkən bu maddənin icrası ilə bağlı məsələyə də münasibət bildirmişdilər və qeyd olunmuşdu ki, bu, yaxın zamanda baş verəcək. Hətta bununla bağlı vaxt da vermişdilər. Lakin həmin vəd yerinə yetirilmədi. Bu gün Ermənistan silahlı qüvvələrinin nizami ordusunun Azərbaycan torpaqlarında olması ilə yanaşı, Laçın dəhlizi vasitəsilə qeyri-qanuni silah daşınmasının həyata keçirildiyinin şahidi oluruq. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə möhkəmlənmə işləri apararkən, infrastruktur layihələri icra edərkən Ermənistan istehsalı olan minalara rast gəlinib. Bu minalar həm də 2021-ci ilin istehsalıdır. Bütün bunlar isə bu kimi qanunsuzluğun yaranmasına şəraitin də formalaşdırıldığını deməyə əsas verir. Burada bütün məsuliyyət Rusiyanın sülhməramlı kontingentinin üzərinə düşür. Çünki Rusiya tərəfi və prezidenti üçtərəfli birgə Bəyanatın icrasına əsas qarant sayılır”.
Politoloqun sözlərinə görə, məhz bu səbəbdən artıq DTX mənsubları da üçtərəfli birgə Bəyanatın bu maddəsinə diqqət çəkirlər. İ.Hüseynovun fikrincə, bu çox doğru yanaşmadır. “Regional təhlükəsizliyin qorunması həm də beynəlxalq təhlükəsizliyə töhfədir. Azərbaycan uzun müddətdir ki, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında çoxşaxəli fəaliyyəti və səyi ilə seçilir. Ermənistanın destruktiv mövqeyi və onun arxasında duran qüvvələrin buna şərait yaratması isə Azərbaycanı da adekvat addımlar atmağa sövq edir. Rəsmi Bakı BMT nizamnaməsinin 51-ci maddəsinə istinad edərək özünümüdafiə hüququ əsasında kompleks tədbirlər həyata keçirə bilər. Bu hüququ Azərbaycan öz əlində saxlayır. Heç bir dövlət, heç bir güc, heç bir geosiyasi mərkəz bunu unutmamalıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı təcrübə, ordumuzun peşəkarlığı, hərbi kadrlarımızın səriştəsi qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir”, -deyə İ.Hüseynov əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

