ABŞ rəsmisinin Zəngəzur açıqlaması...
18.06.2022 [10:16]
Karen Donfrid Zəngəzur dəhlizini sülh yolunda vacib element hesab edir
K.Donfrid: ABŞ Prezidenti C.Bayden Azərbaycan Prezidenti ilə qarşılı əlaqədədir
Nardar BAYRAMLI
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ölkəmizə səfəri zamanı keçirdiyi brifinqdə Cənubi Qafqaz regionu ilə bağlı maraqlı fikirlər səsləndirib. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün müxtəlif elementlər mövcuddur. Bu elementlər arasında kommunikasiya, tranzit əlaqələri vacibdir və hazırda bu elementlər danışıqların önəmli hissəsini təşkil edir. ABŞ rəsmisinin fikrincə, Zəngəzur dəhlizi belə imkanlardan biridir. K.Donfrid deyib ki, ABŞ tərəflər arasında sülhə nail olmağa kömək etməyə hazırdır və indi bunun üçün fürsət pəncərəsi açılıb. O, iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən və Cənubi Qafqazın inkişafında Azərbaycanın yeri ilə bağlı müzakirələrdən də danışıb və qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti ilə qarşılıqlı əlaqədədir.
Ümumiyyətlə, K.Donfridin fikirləri ABŞ-ın regionla bağlı mövqeyinin göstəricisidir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan beynəlxalq aləmdə sülhsevər, regionda təhlükəsizlik və əməkdaşlığa önəm verən bir ölkə kimi tanınır. Bu baxımdan, ABŞ Dövlət katibinin köməkçisi K.Donfridin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüşü, aparılan müzakirələr əhəmiyyətlidir. Onun sözlərinə görə, ABŞ regionda sülh və əməkdaşlığın təmin olunmasında maraqlıdır: “Xanım Donfridin də fikirləri deməyə əsas verir ki, ABŞ Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. O, ABŞ Prezidenti Baydenin Prezidentimiz İlham Əliyevlə qarşılıqlı təmasda olduğunu deyərkən yəqin ki, bu məsələlər nəzərdə tutulur. Bilirsiniz ki, Co Bayden 28 May - Müstəqillik Günü münasibətilə dövlətimizin başçısına ünvanladığı məktubunda ABŞ-ın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini ifadə edib. Məktubda o da vurğulanır ki, Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Təbii ki, burada Zəngəzur dəhlizi də böyük önəm kəsb edir. Bu dəhlizin şərqlə qərb arasında birləşdirici rolunu nəzərə alsaq, ABŞ-ın Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu qeyd edə bilərik. Həm C.Baydenin məktubunda, həm də ABŞ Dövlət katibinin köməkçisi K.Donfridin məlum açıqlamasında nəqliyyat əlaqələrinin açılmasına dəstək ifadə edilir. Nəqliyyat əlaqələri isə hazırda gündəmdə olan Zəngəzur dəhlizidir. Bu dəhlizin reallaşması həqiqətən də, nəinki region ölkələri, o cümlədən geniş ticarət əlaqələrinə malik olan qərb ölkələri ilə Asiya dövlətləri üçün də tamamilə sərfəlidir. Eyni zamanda, ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də terrorizmə qarşı beynəlxalq mübarizəyə verdiyi töhfə, möhkəm siyasi sabitliyə, demokratik inkişafa, dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfə ilə əlaqədardır”.
Millət vəkili qeyd edib ki, ABŞ-ın regionda sülh və əməkdaşlığın təmin olunması üçün Ermənistana təsir etmək imkanları var: “Birləşmiş Ştatlar rəsmi İrəvana sülh sazişini imzalamaq, o cümlədən Zəngəzur dəhlizinin reallaşması üçün təzyiqlər edə bilər. Çünki regionda baş verən proseslər hər zaman ABŞ-ın diqqətindədir. Bilirsiniz ki, hələ mayın 11-də ABŞ Dövlət katibi Blinken də Prezident İlham Əliyevə zəng edərək Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin edilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Antoni Blinken, eləcə də ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu deyib. Azərbaycanın isə bu məsələlərdə mövqeyi beynəlxalq hüquqa əsaslanır. Ona görə də, ABŞ regionun tərəqqisi naminə prosesi uzadan Ermənistana təsir etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

