Antalya Diplomatiya Forumu...
15.03.2022 [10:17]
Sülhün təmin edilməsində mühüm platformaya çevrilməkdədir
Tədbir dünyanın əksər dövlətlərinin qarşılıqlı müzakirə aparması üçün fürsət yaratdı
Pərviz SADAYOĞLU
Martın 11-dən 13-nə kimi Türkiyənin Antalya şəhərində keçirilən “Diplomatiya Forumu” mühüm nəticələrlə yadda qaldı. Xatırladaq ki, artıq ikinci dəfə baş tutan foruma 17 prezident və baş nazir, 80 nazir, 39 beynəlxalq təşkilat nümayəndəsi başda olmaqla 75 ölkədən nümayəndə qatılıb. “Diplomatiyanı yenidən quraq” devizi altında baş tutan tədbirdə dünyanı narahat edən bir sıra problemlərin diplomatik yolla həlli, davamlı sülhün təminində diplomatiyanın rolu kimi məsələlər müzakirə obyekti olub.
Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin üzvü qismində forumda iştirak etmiş Milli Məclisin deputatı Ramil Həsən tədbirlə bağlı təəssüratlarını qəzetimizə bölüşüb. O bildirib ki, 75 ölkədən 3 mindən artıq iştirakçının qatıldığı bu forum olduqca mühüm və geniş platformaya çevrilib. Tədbirdə diplomatiya, strategiya ilə bağlı məsələlərin müzakirə olunduğunu diqqətə çatdıran R.Həsən bilavasitə Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurmanın forumun əsas müzakirə predmetlərindən olduğunu deyib: “Üç gün davam edən müzakirələrdən biri, hətta ən əsaslarından biri məhz Rusiya ilə Ukrayna arasındakı hərbi gərginlik məsələsi oldu. Forum çərçivəsində Ukrayna və Rusiya XİN rəhbərləri də qardaş Türkiyənin vasitəçiliyi ilə münaqişə başlayandan bu yana ilk dəfə canlı təmasda oldular, danışıqlar apardılar. Forumun açılış mərasimində çıxış edən Türkiyə rezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu dünyada baş verən kataklizmlər, konfliktlər, onların yaratdığı böhranlar və fəsadlar haqda fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Forum bir çox məsələlərin müzakirəsini özündə ehtiva edirdi. Antalya forumu effektiv bir platforma kimi dünyanın əksər dövlətlərinin qarşılıqlı müzakirə aparması üçün fürsət yaratdı. Xüsusilə, qlobal pandemiyadan sonra bu, ilk belə fürsət idi. Dünya dövlətləri regional və ya qlobal layhələrlə bağlı danışıqlar aparmaq imkanları qazandılar”.
Millət vəkili Antalya diplomatik forumunda Yeni Azərbaycan Partiyasının da yüksək səviyyədə təmsil olunduğunu diqqətə çatdırıb. “Partiyamızı forumda YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi. Tədbir çərçivəsində Tahir Budaqovun Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırım ilə görüşü baş tutdu. Bu görüşdə iki qardaş ölkənin hakim partiyaları arasında imzalanmış əməkdaşlıq protokolunda nəzərdə tutulan müddəaların icrası, perspektivdə olan məsələlər ətrafında faydalı müzakirələr aparıldı. Eləcə də, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi baş tutdu. Antalya Diplomatiya Forumu çərçivəsində “Parlament diplomatiyası” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan geniş tərkibdə iştirak etdi. Çıxışlarda ənənəvi diplomatiyanı tamamlayan parlament diplomatiyası haqqında mühüm fikir mübadilələri aparıldı. Parlamentlər arasında ikitərəfli və çoxistiqamətli əməkdaşlıq əlaqələri, parlament diplomatiyasının inkişafı baxımından mühüm amil kimi dəyərləndirildi”, - deyən millət vəkili onu da əlavə edib ki, Antalya Diplomatiya Forumu gələcək dövr üçün sülhün və təhlükəsizliyin təmini, eləcə də problemlərin danışıqlar yolu ilə həllinin tapılması baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

