Ermənistan heç bir şərt irəli sürə bilməz
05.02.2022 [09:41]
Delimitasiya və demarkasiya prosesi beynəlxalq qanunlara əsaslanmalıdır
Pərviz SADAYOĞLU
2021-ci ilin sonlarında Azərbaycan ilə Ermənistan arasında gedən danışıqlar prosesi müəyyən müsbət nəticələrə yol açmışdı. Belə ki, həm Soçi, həm də Brüssel görüşlərində iki ölkə arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması və sərhədlərin delimitasiyası, demarkasiyası üzrə işlərə başlanılması ilə bağlı razılaşmalar əldə olunmuşdu. Amma proseslərin gedişi erməni xislətinin mənfurluğunu növbəti dəfə üzə çıxardı. Belə ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı prosesə “şərtlər” irəli sürməklə start verməyə çalışan Ermənistan deyəsən, məğlub tərəf olduğunu və beynəlxalq hüququ unudub. Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında bildirib ki, iki həftə öncə Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər verib. Lakin Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə mənəvi haqqı var. XİN rəhbəri vurğulayıb ki, müəyyən mənada prosesə başlamaq üçün ilkin şərtlər irəli sürülüb: “Ermənistan tərəfi Komissiyanın işə başlaması üçün müəyyən şərtlər irəli sürüb. Azərbaycan heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu bildirib”.
C.Bayramov əlavə edib ki, sərhədlərin delimitasiyası məsələsində “kreativ” yanaşmalara ehtiyac yoxdur, beynəlxalq sərhədlər tanınmalıdır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Tofiq Zülfüqarov bildirib ki, ortada yenə də erməni hiyləsi, erməni taktikası hiss edilməkdədir. Ermənistan istəyir ki, Azərbaycan bu ölkənin SSRİ dövründəki sərhədlərini tanısın. Bunu isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmi olaraq tanımadan etmək niyyətindədirlər: “Məqsəd budur. Ermənistanın baş naziri Nikol Paşinyanın da bəyan etdliyi kimi Ermənistan Qarabağla bağlı köhnə siyasətini yeni şəraitdə aparmağa köklənib. Başqa sözlə desək, onlar II Qarabağ müharibəsində biabırcasına məğlub olmalarına baxmayaraq, 30 illik işğal siyasətlərini davam etdirmək istəyirlər”.
Delimitasiya, demarkasiya prosesini texniki proses adlandıran T.Zülfüqarovun fikrincə, bu prosesdən öncə siyasi qərar qəbul edilməlidir. Politoloq qeyd edib ki, dünya təcrübəsində də belədir - dövlətlər qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar, daha sonra sərhədin texniki xətti müəyyənləşir. “O ki qaldı, nazir Ceyhun Bayramovun ifadə etdiyi “kreativ yanaşma” məsələsinə, burada Ermənistanın sərhəddəki qoşunların geri çəkilməsi ilə bağlı “təklifi” nəzərdə tutulur. Ermənistan çalışır ki, delimitasiya, demarkasiya prosesi başlamadan Azərbaycan qoşunlarını sərhəddən çəksin. Şərt bundan ibarətdir. Azərbaycan isə beynəlxalq hüquq, suverenliyə hörmət məsələsində israrlıdır. Paşinyan hökuməti bu “təklifləri” göndərməmişdən öncə qondarma separatçılara maliyyə yardımı da ayrılması qərarı imzalayır. Bu, nə deməkdir? Demək ki, bu ölkə Azərbaycanın sverenliyini tanımaq niyyətində deyil. Ermənistan istəyir ki, öz sərhəddini təsbit etsin, bununla yanaşı da Qarabağla bağlı mənfur siyasətini davam etdirsin. Sərhədlərini təsbit etdirmək arzuları isə qorxudan qaynaqlanır. Onlar çox narahatdırlar ki, Azərbaycan tarixi ədalət məsələsini aktuallaşdıra bilər. Zəngəzur, Göyçə və digər torpaqlar Sovet dövründə Ermənistana qeyri-qanuni şəkildə kommunistlər tərəfindən verilib. İndiki halda Ermənistanın ölkəmizə qarşı qeyri-qanuni ərazi iddialarına cavab olaraq Azərbaycan bu mövzunu gündəmə gətirə bilər. Onları narahat edən bir məsələ də budur”, - deyə T.Zülfüqarov əlavə edib.
“Ermənistanın şərtlərlə danışması yolverilməzdir. Bu şərtlərin əsas məğzi qoşunların sərhəddən uzaqlaşdırılmasıdır. Ermənistan hakimiyyətinin fikrincə, delimitasiya prosesi bundan sonra başlaya bilər. Bu isə mümkün deyil. Azərbaycan işğaldan azad edilmiş regionlarda, o cümlədən sərhəd ərazilərimizdə son bir ildə kifayət qədər möhkəm və etibarlı infrastruktur yaradıb. Orada bizim postlarımız qurulub, yollar çəkilib, müxtəlif kommunikasiyalar formalaşdırılıb. Bu, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləridir. Biz heç kimin topağını zəbt etməmişik və bu işləri beynəlxalq qanunlarla tanınan sərhədlərimiz çərçivəsində həyata keçiririk. Bu sərhədlərdən müəyyən məsafəyə geri çəkilmək nə qədər məqsədəuyğun sayıla bilər? Bu, heç bir praktikada rast gəlinən hal deyil”. Bu fikirləri isə açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan digər qonşu dövlətlərlə də sərhədlərinin delimitasiyasını aparıb və bu zaman analoji praktikadan istifadə olunmayıb. “Digər qonşu ölkələrlə aparılan delimitasiya və demarkasiya prosesində heç bir dövlət sərhəd qoşunlarını geri çəkmək kimi bir zərurət hiss etməyib. Təbii ki, Ermənistanla bağlı vəziyyət bir başqadır. Bununla belə sərhəd qoşunları öz xidmətini davam etdirdiyi halda da prosesi aparmaq mümkündür.
Ermənistan delimitasiya demarkasiya prosesini konstruktiv şəkildə aparmaq istəyirsə, ümumi qaydalara, ümumi şərtlərə riayət etməlidir”, - deyən İ.Vəlizadə əlavə edib ki, Ermənistanın bu kimi şərtlər irəli sürməkdə alt məqsədi bəllidir. Onlar sərhədləri tam nəzarətsiz saxlamaq istəyirlər. Bu isə yolverilməzdir və Azərbaycan üçün məqbul deyil.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08

