11-ci bəndə qoşulmadıq...
17.12.2021 [10:24]
Belarusa dostluq dəstəyi verdik
Nardar BAYRAMLI
Dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının VI Sammitinin yekunlarına dair birgə Bəyannaməsi qəbul edilib. Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan 11-ci bəndinə qoşulmayıb. Sammitdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də rəsmən bəyan edib ki, Azərbaycan birgə bəyannamənin Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndi ilə razılaşmayıb və həmin bəndlə bağlı öz mövqeyini ifadə edib.
Ölkələr bir-birinin daxili işlərinə qarışmamalıdır
Məsələ ilə bağlı Azərbaycan-Belarus Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Azərbaycanın bütün ölkələrlə normal, bərabərhüquqlu əlaqələr qurduğunu deyən millət vəkilinin sözlərinə görə, Belarus ilə də münasibətlərimiz bu prinsiplər əsasında davam etdirilir: “Hər iki ölkə bu münasibətlərin daha da inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün birlikdə səylərini göstərirlər. Bu gün bizim dünya dövlətləri ilə iqtisadi əlaqələrimiz genişlənir. Azərbaycan dünyada etibarlı tərəfdaşdır. Azərbaycanın Belarus ilə siyasi və iqtisadi münasibətləri də çox yüksək səviyyədədir”.
K.Bayramov qeyd edib ki, Qərb dövlətlərinin, Avropa İttifaqının Belarusa münasibəti birmənalı deyil, burada subyektiv amillər rol oynayır: “Biz indiyə qədər müşahidə etmişik ki, müəyyən dövrlərdə Belarusa qarşı əsassız ittihamlar irəli sürülür, sanksiyalar tətbiq olunur və s. Həmçinin Belarusun daxili işlərinə müdaxilə cəhdləri də var. Azərbaycan daim bu mövqedən çıxış edir ki, ölkələr bir-birilərinin daxili işlərinə qarışmamalıdır. Biz belə cəhdlərin zaman-zaman Azərbaycana münasibətdə də baş verdiyini görmüşük. Təbii ki, belə hallar qəbuledilməzdir. Ona görə də Azərbaycan haqlı olaraq Şərq Tərəfdaşlığının yekun bəyannaməsində Belarusla bağlı nəzərdə tutulan müddəaya qoşulmayıb. Bununla Azərbaycan bir daha nümayiş etdirdi ki, ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi onun üçün qırmızı xətdir. Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir”.
Azərbaycan müəyyən dairələrin maraqlarına xidmət edən addımlara qoşulmur
Politoloq Ramiz Alıyev isə qeyd edib ki, Azərbaycan və Belarus arasında əməkdaşlıq bütün istiqamətlər üzrə inkişaf edir: “Prezident İlham Əliyev hər zaman Belarus-Azərbaycan əlaqələrinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırır. Belarus nəinki MBD məkanında, bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir”.
Onun sözlərinə görə, münaqişənin davam etdiyi dövrdə Belarus Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib: “Ölkələrimizin arasında fəal hərbi-texniki əməkdaşlıq da mövcuddur. Bu gün Azərbaycan-Belarus münasibətləri daim inkişaf edir və bu münasibətlər bütün sahələri əhatə edir. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində Belarusla bağlı 11-ci bənd ilə razılaşmaması və ona qoşulmaqdan imtina edilməsi tamamilə məntiqlidir. Belarusla Azərbaycan dost ölkələrdir və biz müəyyən dairələrin maraqlarına xidmət edən addımlara qoşulmuruq. Bu baxımdan, atılan addım çox düzgündür”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

