Böyük Qayıdışın əngəllənməsinə hesablanmış xəyanətin xronikası
29.10.2021 [09:22]
24 oktyabr 1992-ci il
4 oktyabr 1994-ci il
19 oktyabr 2019-cu il
Müstəqillik bir dövlətin mənəvi-siyasi ömrünü əks etdirən anlayışdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpası 30 illik zaman müddətini əhatə etsə də, qət edilən zəngin və şərəfli yola, qazanılan tarixi nailiyyətlərə nəzər saldıqda belə bir qənaətə gəlmək olur: Azərbaycan zaman etibarilə gənc, mahiyyət və keyfiyyətcə kamilliyə, müdrikliyə çatmış müstəqil dövlətdir. Çünki 30 illik zaman özündə bütöv siyasi orqanizm olan dövləti müdrikləşdirən çox mühüm tarixi təcrübələri, taleyüklü hadisə və prosesləri ehtiva edir. Bu dövrdə Cənubi Qafqazın lider dövlətinə çevrilməkdən tutmuş nüfuzlu beynəlxalq təşkilatlara sədrlik etməyə, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaratmaqdan başlamış inkişafın milli modelini formalaşdırmağa qədər çox sayda mühüm uğurlara imza atılıb. Nəinki müstəqillik, hətta çoxəsrlik tariximizin zirvə nöqtəsi isə işğal altında olan torpaqların azad, ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasıdır.
Təbii ki, bütün bu strateji nailiyyətlər asanlıqla əldə olunmayıb, yaxud olduqca mürəkkəb şərtlərə və şəraitə rəğmən, qazanılıb. Hətta taleyüklü anlarda ölkəmiz üçün dönüş nöqtəsi olan proseslərin qarşısını almaq üçün müxtəlif cəhdlər edilib. Elə içində olduğumuz oktyabr ayı da buna şahidlik edən təqvim günlərindən ibarətdir. Bu kontekstdə üç məqama xüsusi diqqət yetirməyi məqsədəmüvafiq hesab edirik.
Birinci məqam: ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda xaos və anarxiya mühitinin hökm sürməsi, formal xarakter daşıyan müstəqilliyin itirilməsi təhlükəsinin yaranması ən yeni tariximizin reallığıdır. O da faktdır ki, belə bir vəziyyətdə və şəraitdə xalq vəziyyətdən çıxış yolunu müdrik dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasında görürdü. Eyni zamanda, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. O vaxt hakimiyyətdə olan AXC-“Müsavat” tandemi isə xalqın Naxçıvanda sosial-iqtisadi inkişafı təmin, dövlətçilik ənənələrini bərpa edən Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması istəyinin qarşısını almaq üçün elə həmin tarixdə - 24 oktyabr 1992-ci ildə muxtar respublikada çevrilişə cəhd etdi. Həmin dövr barədə danışan Ümummilli Lider Heydər Əliyev demişdi: “1992-ci ilin oktyabr ayında, biz Naxçıvanda ağır şəraitdə yaşadığımız zaman bəziləri bunu da bizə çox gördülər, Naxçıvanda dövlət çevrilişi etmək istədilər. Xalq Cəbhəsinin böyük bir silahlı dəstəsi Daxili İşlər Nazirliyini zəbt etdi, televiziyanı zəbt etdi. Onların bəzi nümayəndələri televiziya ilə xalqa müraciət edib bizi devirmək çağırışları ilə çıxış etdilər. Ancaq heç bir şey edə bilmədilər. Çünki xalq bizimlə idi”.
Əlbəttə, bu, birbaşa xalqa, dövlətə və dövlətçiliyə qarşı yönəlmişdi. Amma bu “təşəbbüs”ün qarşısı alındı, yaxud bu cəhd Böyük Qayıdışın qarşısını ala bilmədi. 1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya QAYITDI, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başladı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, həmin gün tariximizə Milli Qurtuluş Günü kimi düşdü. Qayıdışdan və Qurtuluşdan başlanan yol Azərbaycanı inkişaf, intibah, tərəqqi və qələbə zirvəsinə yüksəltdi.
İkinci məqam: 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı əsasında Azərbaycan Prezidenti seçilən Heydər Əliyev qısa zamanda ölkədə sabitliyin, milli həmrəyliyin və inkişafın təmin edilməsi, Azərbaycanın beynəlxalq arenada layiqli yer tutması üçün ardıcıl, məqsədyönlü işlər həyata keçirməyə başladı. Xüsusilə də, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması həm sosial-iqtisadi inkişafın, həm də dünya iqtisadiyyatına inteqrasiyanın təmini baxımından mühüm əhəmiyyətə malik idi. Azərbaycan qarşıya qoyduğu strateji hədəflərə doğru irəliləyirdi. Amma ölkə daxilində xaos yaratmaq, beynəlxalq aləmdə Azərbaycanı etimadsızlaşdırmaq üçün növbəti həmlələr edildi. Daha dəqiq desək, 1994-cü il oktyabrın 4-də xalqın iradəsinə, milli maraqlara zidd olaraq dövlət çevrilişinə cəhd göstərildi. Vətənpərvər şəxsiyyət, təcrübəli dövlət xadimi Heydər Əliyev çox müdrik bir addım atdı, oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı. Qısa müddətdə on minlərlə insan öz Liderinin ətrafına toplaşaraq güclü və qətiyyətli dəstək ifadə etdi. Bu, xalq-iqtidar birliyinin, milli həmrəyliyin əyani ifadəsi - bariz sübutu idi. Azərbaycan xalqı bir daha Heydər Əliyevə inam və dəstəyini, dövlətə, dövlətçiliyə sədaqətini nümayiş etdirdi. Beləliklə, xalq-Lider birliyi Azərbaycanın tərəqqiyə və Zəfərə aparan yolunun qarşısını almaq istəyənlərin növbəti mənfur niyyətlərini puç etdi.
Üçüncü məqam: 19 oktyabr 2019-cu ildə AXC-“Müsavat” hakimiyyətində təmsil olunmuş uğursuz persona və siyasi autsayderlərin daha bir xaosyaratma cəhdinə şahidlik etdik. “Milli şura” adlandırılan antimilli proyekt xarakterli qondarma qurumun və AXCP-nin “mitinq” adı altında paytaxtın mərkəzində ictimai asayişi pozmağa çalışması anti-Azərbaycan dairələrin ssenarisinin tərkib hissəsi idi. Həmin dövrdə Azərbaycanda islahatların yeni mərhələsinə start verilmişdi, ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyi daha da güclənmişdi. Üstəlik, daxili və xarici siyasətdə çoxsaylı nailiyyətlər əldə edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına ümidlərin artmasını şərtləndirir - buna əminlik yaradırdı. Məhz bəhs olunan ssenarilər də tormozlayıcı vasitə kimi belə bir tarixi şəraitdə ortaya atılmışdı. Amma nəticə oldumu? Azərbaycanda nəinki sabitlik pozulmadı, xalq-iqtidar birliyinin, milli həmrəyliyin gücləndirilməsi, kompleks islahatların aparılması, praqmatik xarici siyasətin davam etdirilməsi, iqtisadi imkanların və hərbi potensialın artırılması ölkəmizi tarixi ədalətin bərpa olunması hədəfinə doğru apardı. Son sözü döyüş meydanında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dedi: “Qarabağ Azərbaycandır!”. Bu gün isə işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış prosesi başlayıb. Yəni növbəti oktyabr iflası ilə payız qürubu yaşayanların, məğlubiyyətə məhkum olunmuşların daha bir cəhdi də QAYIDIŞIN önünə sədd çəkə bilmədi!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

