/ / Cavid Osmanov: İnanırıq ki, tezliklə bütün torpaqlarımızdan işğalçılar qovulacaq və həmin torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanacaq
Cavid Osmanov: İnanırıq ki, tezliklə bütün torpaqlarımızdan işğalçılar qovulacaq və həmin torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanacaq
31.10.2020 [08:20]
“Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində yeni-yeni qələbələr qazanır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz demək olar ki, hər gün irəliləyir, uğurlar əldə edir. Ordumuzun gücü qarşısında düşmənin hərbi birləşmələri döyüş mövqelərindən qaçır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Cavid Osmanov bildirib ki, döyüşlərin başladığı bir ay ərzində şanlı ordumuz böyük qələbələr qazanıb.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev həm xalqa müraciətlərində, həm də xarici kütləvi informasiya vasitələrinə müsahibələrində münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini dəfələrlə bəyan edib: “Bu mövqe ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Bundan sonra məsələ siyasi müstəvidə həll oluna bilər. Amma biz hələ ki, erməni tərəfindən hər hansı konstruktiv mövqe görmürük. Əksinə, Ermənistanın baş naziri indiyədək mövcud olan münaqişənin həlli ilə bağlı baza prinsiplərini inkar edir. Bilirsiniz ki, oktyabrın 10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında humanitar atəşkəslə bağlı razılaşma əldə olundu. Amma erməni tərəfi dərhal bu razılaşmanı pozdu. Onlar ikinci dəfə də, yəni oktyabrın 18-də atəşkəslə bağlı razılaşmaya əməl etmədilər, döyüş mövqelərimizi və yaşayış məntəqələrini intensiv atəşə tutdular. Oktyabrın 26-da da elan edilmiş atəşkəs Ermənistan tərəfindən cəmi bir neçə dəqiqə sonra pozuldu. Bütün bunlar o deməkdir ki, işğalçı Ermənistan bu razılaşmalardan sui-istifadə edib itirdiyi mövqeləri geri qaytarmağa çalışır. Bu faktlar erməni xislətinin göstəricisidir. Paşinyan hakimiyyəti indi də atəşkəs razılaşmasından öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir. Amma unutmamalıdırlar ki, Azərbaycan 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil”.
“Şübhəsiz ki, indiki şəraitdə ölkəmizdə güclü milli həmrəylik və vətəndaş birliyi mövcuddur. Xalqımızda yüksək vətənpərvərlik ruhu var, hər bir vətəndaş qələbəyə köklənib. Cənab Prezidentin xalqa müraciətində verdiyi növbəti qələbə xəbərləri hər kəsi daha da ruhlandırır. Bütün vətəndaşlarımız yüksək vətənpərvərlik mövqeyi nümayiş etdirirlər. İnanırıq ki, tezliklə bütün torpaqlarımızdan işğalçılar qovulacaq və həmin torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanacaq!”, - deyə C.Osmanov söyləyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

