/ / Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
18.07.2019 [09:24]
Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT-nin İnkişaf Proqramının (BMTİP) Baş direktoru Akim Stayner və onun müavini, BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Spolyariç Eqqer ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə ikitərəfli əməkdaşlığının genişləndirilməsi və birgə həyata keçirilən layihələrdə səmərəliliyin artırılması məqsədilə müzakirələr aparılıb. Azərbaycanın BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğulayan Baş Nazirin müavini 1992-ci ildə BMT-yə üzv olduqdan sonra bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığını qeyd edib. O, ölkəmizin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri qlobal təşəbbüsünə qoşulması ilə bu təşkilatla əməkdaşlıqda yeni səhifə açıldığını vurğulayıb.
Azərbaycanda son dövrlərdə bütün sahələrdə inkişafın dayanıqlılığının təmin edilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verən Əli Əhmədov aparılan islahatlarda BMTİP ilə birgə icra olunan layihələrin mühüm önəm kəsb etdiyini bildirib. Eyni zamanda, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında da ön sıralarda olmağı planlaşdırdığı, bu məqsədlə ölkədə bütün strategiyalar və Dövlət proqramlarının qlobal məqsədlərə uyğunlaşdırıldığı diqqətə çatdırılıb.
Baş Nazirin müavini Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını bildirib.
BMT İnkişaf Proqramının Baş direktoru Azərbaycan Respublikasında aparılan sahəvi islahatları və Azərbaycanın DİM-lərin həyata keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib. O, Azərbaycanda DİM-lərdən irəli gələn öhdəliklərlə bağlı vəzifələrin kompleks əlaqələndirilməsi və icrası üçün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını, qısa müddət ərzində DİM-lərə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunmasını qeyd edib, bütün bunları ölkəmizin DİM-lərə nail olunmasında sərgilədiyi həssas yanaşmanın bariz nümunəsi kimi dəyərləndirib.
BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin hökumətlə çox səmərəli əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın digər region ölkələri üçün nümunə ola biləcəyini qeyd edən Miryana Spolyariç Eqqer dayanıqlı inkişafa nail olunması istiqamətində həyata keçirilən layihələrdə BMT-nin hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19

