İnsanlıq yenidən Aya qayıdır - bu dəfə daimi qalmaq üçün
02.06.2026 [08:50]
ABŞ Aya qayıdır
Yarım əsrdən çox əvvəl insan Aya ilk dəfə ayaq basanda bu, daha çox siyasi gücün və texnoloji yarışın simvolu idi. Bayraq sancıldı, tarix yazıldı və insanlar Yerə geri qayıtdılar.
Amma indi məqsəd tamamilə fərqlidir. İnsanlıq yenidən Aya qayıdır - bu dəfə sadəcə ora enmək üçün yox, orada qalmaq üçün.
Agentliyin Ay Bazası Proqramı Ay səthində uzunmüddətli insan mövcudluğunu təmin edəcək infrastrukturun yaradılmasını nəzərdə tutur.
Qurum 30 milyard dollarlıq bir arxitektura vasitəsilə Ayın cənub qütbü yaxınlığında daimi baza qurur. Plan robot və ekipajsız yük missiyaları tərəfindən roverlərin, elektrik şəbəkələrinin və dronların sınaqdan keçirilməsi ilə başlayır.
Aya qayıdış mərhələləri
Azərtacın xüsusi müxbiri xəbər verir ki, birinci mərhələ artıq 2026-cı ilin sonlarından başlayaraq 2028-ci ilə kimi davam edəcək. Bu mərhələdə NASA peykləri, kəşfiyyat dronlarını və roverləri daşımaq üçün çoxsaylı ekipajsız missiyalar həyata keçirəcək. 2029-2032-ci illəri əhatə edəcək ikinci mərhələdə infrastrukturun qurulması, fundament işlərinin görülməsi nəzərdə tutulub. Belə ki, NASA Ayda uzun müddət yaşamağa imkan verən günəş dirəkləri, nüvə parçalanma reaktorları və yerli rabitə şəbəkəsi yerləşdirməyi planlaşdırır. 2036-cı ilə qədər bitməsi planlaşdırılan 3-cü mərhələdə Ay daimi yaşayış məkanına çevriləcək. Əməliyyatlar daha dərin kosmik tədqiqatları və uzunmüddətli elmi missiyaları həyata keçirmək üçün Ayda suyun və oksigenin tapıntısına yönələcək.
NASA rəsmilərinin sözlərinə görə, bu məqsədlərə aparan yolun əsasını “Artemis” proqramı təşkil edir. Bildirilib ki, bu yaxınlarda “Artemis II” missiyası zamanı raket ekipajı orbitə uğurla çatdırıb, “Orion” kosmik gəmisinin həyat təminatı sistemləri, rabitə, naviqasiya və istilik qoruyucu qalxanı uğurla sınaqdan keçirilib.
Agentlik qeyd edir ki, həmin missiya insanların Yerə yaxın orbitdən kənarda necə yaşaması, işləməsi və yeni mühitə uyğunlaşması ilə bağlı mühüm məlumatlar əldə etməyə imkan verib.
Əsas daşıyıcı “Blue Origin” şirkətinə məxsus olacaq
NASA-nın ötən həftə keçirdiyi brifinq zamanı proqram çərçivəsində ilk iri müqavilələr də açıqlanıb. Ay nəqliyyat vasitələrinin səthə çatdırılması üzrə müqavilə Cef Bezosun sahibi olduğu “Blue Origin” şirkətinə verilib. Şirkətin hazırladığı sistemin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Ay Bazası Proqramının Aya yükdaşıyan eniş aparatları üzrə direktoru Rayan Steffen bildirir ki, Aya eniş aparatları təkcə insanları daşımır, onlar gələcək insan missiyalarına hazırlıq görür. Radiasiya, temperatur şəraiti və Ay mühiti ilə bağlı elmi tədqiqatlar aparılır. Məqsəd Ayda insanların uzunmüddətli fəaliyyətini mümkün etmək üçün lazım olan bilikləri toplamaqdır.
NASA, həmçinin Ay səthində fəaliyyət göstərəcək iki yeni ay nəqliyyat vasitəsi layihəsinin qaliblərini elan edib. “Astrolab” və “Lunar Outpost” şirkətlərinin hazırladığı bu nəqliyyat vasitələri həm astronavtlar tərəfindən idarə olunacaq, həm də avtonom rejimdə işləyə biləcək.
Təxminən bir ton ağırlığında olacaq nəqliyyat vasitələrinin eniş nöqtəsindən 200 kilometrədək məsafədə hərəkət etməsi nəzərdə tutulur. Bu göstərici indiyədək Ay və Marsda istifadə olunmuş bir çox roverlərin imkanlarını üstələyir.
Birinci mərhələdə Ay səthinə təxminən 4 metrik ton yük çatdırılması nəzərdə tutulur. Sonrakı mərhələlərdə bu göstəricinin 60, daha sonra isə 150 metrik tona çatdırılması planlaşdırılır.
NASA bildirir ki, gələcək Ay Bazası bir nöqtədə yerləşən tək obyekt olmayacaq. Yaşayış modulları, enerji sistemləri, elmi stansiyalar, resursların çıxarıldığı sahələr və digər infrastruktur elementləri Ay səthinin müxtəlif bölgələrində yerləşəcək.
NASA, eyni zamanda “Moonfall” adlı yeni Ay dronları proqramını da təqdim edib. Bu pilotsuz sistemlər Ayın cənub qütbündə buz və su ehtiyatlarını araşdıracaq, radiasiya səviyyəsini ölçəcək və Ay səthinin santimetr dəqiqliyində xəritələrini hazırlayacaq.
Aydan sonra Mars
NASA-nın hədəfi isə prosesi tək Ayla yekunlaşdırmaq deyil.
Rayan Steffen deyir ki, Ay üçün hazırlanan bir çox texnologiyalar gələcək Mars missiyalarında da istifadə oluna bilər. Naviqasiya, idarəetmə sistemləri, avadanlıqlar və insanların kosmik mühitdə fəaliyyət təcrübəsi Marsa uçuşlar üçün vacib baza rolunu oynayır.
Ay artıq yalnız bir missiyanın hədəfi deyil. O, Marsa gedən yolun ilk dayanacağına çevrilir.
Ayın Cənub Qütbündə daimi kölgədə qalan kraterlərdən su buzunu çıxarmaqla astronavtlar içməli su, oksigen və maye hidrogen/oksigen raket yanacağı istehsal edə və Ayı davamlı dərin kosmos buraxılış meydançasına çevirə bilərlər. Bu isə Marsa gedən yolu asanlaşdıra bilər.
NASA insanları Ay səthinə qaytarmaq üçün Çinlə rəqabət aparır. Çin də 2030-cu ilə qədər insanları Aya göndərmək planlarını açıqlayıb.
Ekspertlər hesab edir ki, gələcəyin ən böyük rəqabəti artıq yalnız Yer üzündə deyil. Kosmos yeni iqtisadiyyatın, yeni texnologiyanın və yeni güc balansının mərkəzinə çevrilir.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

