Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
18.07.2019 [09:23]
Azərbaycan paytaxtında general T.Volters ilə general V.Gerasimov arasında aparılan danışıqlar ekspertlərin bir neçə aspektdə marağına səbəb olub. Dünyanın iki çox böyük hərbi gücünün Bakıda qlobal əhəmiyyətli məsələləri müzakirə etməsi adi hadisə deyil. Bu baxımdan ekspertlər ABŞ və Rusiyanın görüş yeri kimi məhz Bakını seçməsinin səbəbləri ilə bağlı müxtəlif analizlər aparırlar. Aydın olur ki, burada bir sıra faktorlar rol oynayır. Azərbaycan müstəqil dövlət kimi böyük nailiyyətlər əldə etməkdədir. Beynəlxalq aləmdə onun nüfuzu durmadan artır. Mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycanın sabit ölkə və etibarlı tərəfdaş olması da dünya tərəfindən qəbul edilir. Bütün bunların fonunda Amerika və Rusiyanın mühüm məsələləri Bakıda müzakirə etmələri normal görünür. Həmin kontekstdə iki generalın Bakı görüşünün geosiyasi təsiri üzərində geniş dayanmağa ehtiyac görürük.
Ənənə: Bakı vacib beynəlxalq məsələlərin müzakirə məkanı kimi
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, general Tod Volters ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun növbəti görüşünün Bakıda keçirilməsi müəyyən mənada yaxşı bir ənənənin davamıdır. Artıq dördüncü dəfədir ki, bu cür görüşlər keçirilir. Tərəflərin məhz Bakını müzakirə yeri kimi seçməsi də təsadüfi sayılmır. Bu o deməkdir ki, ABŞ və Rusiya üçün ən uyğun məkan Azərbaycandır. Səbəbi haqqında müxtəlif fikirlər deyilir. Onların hər biri əhəmiyyətlidir. Çünki söhbət müstəqil dövlət quruculuğu kursuna dünyada olan münasibətdən gedir. Şübhə yoxdur ki, Amerika və Rusiya kimi qüdrətli dövlətlər danışıqlar üçün təsadüfi yer seçməzlər. Onlar daha çox inandıqları, əmin olduqları, etibarlı saydıqları ölkədə danışıqlar apararlar.
Cənubi Qafqazda məhz Azərbaycanın müzakirə məkanı kimi seçilməsi böyük məna daşıyır. Hər şeydən öncə, Azərbaycan müstəqil və dinamik inkişaf edən, daxili sabitliyə nail olmuş bir dövlətdir. Uzun müddətdir ki, Azərbaycan regionda bu sabitlik səviyyəsinə görə digər ölkələrdən fərqlənir. Daxili sabitlik sürətli islahatlarla müşayiət olunur. Bu iki faktor Azərbaycanı Cənubi Qafqazın geosiyasi qovşağına çevirib. Bunun əlamətləri əsasən beynəlxalq layihələrdə, irimiqyaslı tədbirlərdə və davamlı inkişafda özünü göstərir.
Beynəlxalq layihələr də başlıca olaraq enerji təhlükəsizliyi, regional və qlobal əməkdaşlıq, nəqliyyat dəhlizlərinin formalaşması və mədəniyyətlərarası dialoqun təşkili ilə əlaqəlidir. Bu, faktiki olaraq, Azərbaycanı bütün istiqamətlərdə Cənubi Qafqazın lider dövləti mövqeyinə çıxarıb. Hazırda burada istənilən mövzuda yüksək səviyyəli müzakirələr təşkil etmək mümkündür.
Nüfuzlu beynəlxalq tədbirlər kimi Azərbaycan sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında dialoqun təşkili ilə bağlı çox vacib mövzularda müzakirələr təşkil edir. İndi bütün dünya Bakı Beynəlxalq Humanitar Forumundan, “Bakı prosesi”ndən və başqa yeni tədbirlərdən bəhs edir. Hər kəs bilir ki, bu möhtəşəm layihələrin və uğurla təşkil edilən tədbirlərin təşəbbüskarı Azərbaycan rəhbərliyidir. Bunlara beynəlxalq idman yarışlarının təşkilini də əlavə etmək gərəkdir. Azərbaycan hər kəsə sübut edib ki, bu cür tədbirləri də yüksək səviyyədə keçirə bilir.
Nəqliyyat dəhlizlərinin formalaşmasında Azərbaycanın oynadığı aktiv rol ayrıca mövzudur. İndi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşır. Bu, yalnız yük daşımaq imkanı deyil, həm də mədəniyyətlərin, sivilizasiyaların dialoqunu, ünsiyyətini təşkil etmək deməkdir. Dünyanın onlarla ölkəsinin nümayəndələri bu dəhlizlər vasitəsilə təmasda olur və səmərəli fəaliyyət göstərirlər. Deməli, Azərbaycan çox sayda ölkələrin səmərəli və qarşılıqlı faydalı əməkdaşlığını ən yüksək səviyyədə təşkil edə bilir.
Bütün bunlarla yanaşı, Azərbaycan Cənubi Qafqazda əməkdaşlığın yeni formatları ilə bağlı ən çox təşəbbüs irəli sürən ölkədir. Prezident İlham Əliyevin ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqla bağlı təklif və təşəbbüsləri artıq özünün yüksək səmərəsini göstərib. Bu baxımdan Bakının Rusiya-İran-Azərbaycan əməkdaşlıq formatını böyük uğurla reallaşdırması ekspertlərin diqqətini daha çox çəkib. Çünki tarixən Azərbaycan Rusiya və İranda imperiya dövründə onların tərkibində olub. İndi isə müstəqil dövlət kimi bu iki böyük dövlətin əməkdaşlığına yeni təkan verir. Bu mənada Prezident İlham Əliyevin əməkdaşlıq formatı təklifi son dərəcə böyük maraq doğurur və Azərbaycan dövlətinə etibarlılıq qazandırır.
Geosiyasi kontekst: perspektivli proses
Əlbəttə, söhbət əməkdaşlıqdan düşərkən Türkiyə və Qərb istiqamətini unutmaq olmaz. Türkiyə Azərbaycana ən yaxın, qardaş dövlətdir. Onunla əməkdaşlıq avtomatik və aksiomatik bir işdir. Ancaq məsələ eyni zamanda müstəqil dövlət kimi qarşılıqlı faydalı və etibarlı əlaqələrin yaradılmasından gedir. Azərbaycan bu istiqamətdə də bir sıra müstəqil dövlətlər üçün səciyyəvi olan “böyük-kiçik qardaş” sindromunu aşmış ölkədir. İndi onun Türkiyə ilə sabit, bərabərhüquqlu, qarşılıqlı faydaya əsaslanan münasibətləri mövcuddur. Deməli, Azərbaycan özünün çox güclü qardaşı ilə belə əməkdaşlığını müstəqil dövlət kimi konstruktiv müstəvidə qura bilir.
Bu baxımdan Bakının dünyanın ən inkişaf etmiş hissəsi olan Qərb dövlətləri ilə münasibətləri çox maraqlıdır. Bu istiqamətdə Azərbaycan rəhbərliyinin yüksək nailiyyətlər əldə etdiyi danılmaz faktdır. İki məqam üzərində dayanaq. Əvvəla, Azərbaycan-ABŞ əlaqələri müasir beynəlxalq hüquq və konstruktiv əməkdaşlıq şərtlərinə tam uyğun inkişaf edir. Amerika Prezidentinin Prezident İlham Əliyevə ünvanladığı məktublarda həmin məqam aydın olaraq öz ifadəsini tapıb.
Donald Tramp Azərbaycanın etibarlı, perspektivli tərəfdaş olduğunu dəfələrlə vurğulayıb, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələri ayrıca qeyd edib, əlavə olaraq, daha geniş geosiyasi məkanda bu missiyanı reallaşdıra biləcəyini ifadə edib. Bu onu göstərir ki, Vaşinqton Azərbaycanın etibarlı, sabit və perspektivli müstəqil dövlət olduğunu, beynəlxalq təhlükəsizliyə qiymətli töhfələr verdiyini etiraf edir. Bu kontekstdə Azərbaycan Prezidentinin bir fikri çox maraqlıdır. Prezident İlham Əliyev ifadə edib: “Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik”.
Nəhayət, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq əlaqələri formalaşıb. Bu, təhlükəsizlik məsələlərini, beynəlxalq terrorla mübarizəni, enerji layihələrini əhatə edir. Brüssel Azərbaycana perspektivli tərəfdaş kimi baxır. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun regiona son səfəri zamanı ifadə etdiyi fikirlər bunu bir daha təsdiq edir.
Beləliklə, dünyanın iki böyük hərbi gücünün vacib və aktual qlobal məsələləri Bakıda müzakirə etməyə qərar verməsi səbəbsiz deyil. Azərbaycan bütün parametrlərinə görə bu cür yüksək səviyyəli müzakirələrə uyğun bir məkandır. Amerika və Rusiya generallarının Bakıda rəsmi şəxslərlə görüşləri zamanı ifadə etdikləri fikirlər bir daha sübut edir ki, bu dövlətlərin hərbi, təhlükəsizlik və müdafiə sahələrində Bakı ilə əməkdaşlığa maraqları az deyil. Hər iki ölkə bundan sonra da Azərbaycanla həmin istiqamətdə əlaqələri gücləndirmək niyyətindədir.
T.Volterslə V.Gerasimovun Bakıda Suriya, Əfqanıstan ixtilafları, beynəlxalq terror, qaçaqmalçılıq və digər aktual məsələlərlə bağlı apardıqları müzakirələr göstərir ki, tərəflər hazırda bütün dünya üçün əhəmiyyətli problemlərin nəzərdən keçirilməsində maraqlıdırlar. Bakı görüşü ayrıca göstərdi ki, hələ Vaşinqton və Moskva ortaq mövqeyə gələ bilmirlər. Lakin qlobal miqyasda aktual olan və dünyanın təhlükəsizliyi üçün əhəmiyyət daşıyan məsələlərin Bakıda müzakirə edilməsi konkret məna daşıyır.
Beləliklə, ABŞ və Rusiyanın Bakıda yüksək səviyyədə müzakirələr aparması Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə daha da artdığını nümayiş etdirir. Qərb və Rusiya üçün önəmli olan hərbi-müdafiə xarakterli mövzuların Azərbaycan paytaxtında müzakirə edilməsi həm də regional münaqişələrin ədalətli həlli üçün bir şansı ifadə edir. Bu cür görüşlərdə Azərbaycanın məsələyə münasibəti haqqında daha dolğun informasiyalar alan generallar, əlbəttə, həqiqəti bilməklə daha qətiyyətli mövqe tuta bilərlər. Xüsusilə onlar digər məsələlərlə yanaşı, həm də separatizm və terrorla mübarizəni də müzakirə edirlər.
Bunlar onu göstərir ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi beynəlxalq nüfuzunu sürətlə yüksəldir və daha etibarlı tərəfdaş kimi qəbul edilir. Bu keyfiyyətdə Azərbaycanın müxtəlif beynəlxalq proseslərdə iştirakı daha intensiv xarakter alır. Bu prosesin yeni səviyyəyə yüksəlməsi, əlbəttə, regionda bir sıra çətinliklərin aradan qaldırılmasına yardım edəcəkdir. İki generalın Bakıdakı son görüşünə bu prizmadan baxdıqda, onun növbəti mərhələnin başlanğıcı olduğu qənaəti yaranır. Yəni ABŞ-Rusiya münasibətlərində konstruktiv bir mərhələ başlaya bilər.
Newtimes.az
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53

