Azərbaycanın vətəndaş cəmiyyəti Avropa Parlamentinə etiraz edir
01.02.2019 [09:41]
QHT-lərin bəyanatlarında Avropa Parlamenti tərəfindən Azərbaycanda insan haqları və demokratiya ilə bağlı vəziyyətə düzgün qiymət verilmədiyi, hadisələrə ikili standartlar və anti-Azərbaycan dairələrin mövqeyindən yanaşıldığı bildirilib
Məlum olduğu kimi, bir sıra beynəlxalq təşkilatlar zaman-zaman ölkəmizə qarşı münasibətdə ikili standartlardan çıxış edir, qərəz nümayiş etdirir. Bunun bariz nümunəsi isə yanvarın 17-də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamədir. Vurğulamaq yerinə düşər ki, işğalçı Ermənistanda baş verən zorakılıqların, qanun pozuntularının, antidemokratik vəziyyətin qarşısında səsini çıxarmayan Avropa Parlamenti bu addımı ilə özünün ikili standartlar siyasəti həyata keçirdiyini bir daha ortaya qoymuş olur.
Qeyd etmək lazımdır ki, qurumun ölkəmizə qarşı qərəzli və ikili standartlardan çıxış etməsi Azərbaycan cəmiyyəti tərəfindən haqlı etirazlarla qarşılanır. Belə ki, cəmiyyətin bütün kəsimləri təşkilatın ədalətsiz mövqeyini pisləyir, Azərbaycana qarşı ikili standartlardan çıxış edilməsinin yolverilməz olduğunu bildirirlər. Yeri gəlmişkən, Avropa Parlamentinin yanvarın 17-də Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ölkədə vətəndaş cəmiyyətinin də kəskin etirazına səbəb olub. Bununla əlaqədar olaraq, yüzlərlə QHT bəyanat verib, mətbuatda çıxış edib, Avropa Parlamentinə və ayrı-ayrı deputatlara məktublar ünvanlayıb. 700-dən çox təşkilatın birləşdiyi Milli QHT Forumunun və həmin koalisiyada olmayan onlarla QHT-nin bəyanatlarında Avropa Parlamenti tərəfindən Azərbaycanda insan haqları və demokratiya ilə bağlı vəziyyətə düzgün qiymət verilmədiyi, hadisələrə ikili standartlar və anti-Azərbaycan dairələrin mövqeyindən yanaşıldığı bildirilib. Ermənistanın keçmiş və indiki hakimiyyəti dövründə həmin ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasına, hələ də həbsxanalarda siyasi məhbusların saxlanılmasına, onlardan bəzilərinin aclıq aksiyası keçirərək vəfat etməsinə, dinc nümayişlərin gülləbaran edilməsinə, siyasi qətllər törədilməsinə və s. hallara qarşı Avropa Parlamentinin indiyədək heç bir münasibət bildirməməsi xüsusi qeyd olunub, bunların haqlı olaraq həmin qurumun obyektivliyinə inamsızlıq doğurduğu diqqətə çatdırılıb.
QHT-lərin bir çoxu öz etiraz müraciətlərini Avropa Parlamenti ilə yanaşı, digər beynəlxalq təşkilatlara, o cümlədən ATƏT və Avropa Şurasının əsas strukturlarına, BMT-nin insan hüquqları üzrə komissarına və Helsinki Komissiyasına da göndəriblər.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

