Avropa Şurasında Azərbaycandakı azad internet mühitindən bəhs edilib
24.01.2019 [09:50]
Jurnalistikanın və mətbuat işçilərinin ən müxtəlif problemləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin daimi diqqətindədir və davam edən qış sessiyasında da gündəlikdə bu komitənin təqdim etdiyi 3 mühüm məruzə yer alıb. Komitənin sessiyası çərçivəsində keçirilən növbəti toplantısında müzakirəyə çıxarılan “İnternet və insan hüquqları” məruzəsi də getdikcə həyatımızda daha artıq yer tutan vacib mövzuya həsr edilmişdi.
AZƏRTAC xəbər verir ki, komitə müzakirələrinə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov uzun illərdən bəri mətbuatla bilavasitə bağlı olduğunu, həm Azərbaycan kütləvi informasiya vasitələrində, həm də beynəlxalq radiolarda çalışdığını söyləyərək müqayisələr aparmaq imkanının olduğunu bildirib.
“Azərbaycanın 2000-ci illərin əvvəlləri ilə indiki mətbuat həyatını, internet şəbəkəsinin, sosial medianın həmin dövrdəki və indiki mənzərəsini tutuşduranda, sözün birbaşa mənasında, çox da böyük olmayan zaman kəsiyində sıçrayışlı irəliləyişlərə nail olunduğunu görürük”, - deyə R. Hüseynov qeyd edib. Bu inkişafla bağlı faktları sadalayaraq, inkişafın yalnız artan rəqəmlərdə deyil, keyfiyyətdə də ifadə olunduğunu, Azərbaycan əhalisinin əksəriyyətinin sosial şəbəkənin fəal istifadəçiləri olduğunu vurğulayıb.
“Bu gün Azərbaycanda kifayət qədər münbit media mühiti var. Azad internet mühitinin olması bunun ən bariz göstəricilərindəndir. İnternet istənilən anda istənilən yazını, istənilən fikri sosial şəbəkəyə çıxarmağa, paylaşmağa imkan verir. Sosial şəbəkə isə ən iti sürətli radio, televiziya, qəzet, informasiya agentliyi deməkdir.
Azərbaycanda bu gün 40-a yaxın gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet var, 100-ə yaxın jurnal nəşr olunur. Eləcə də bölgələrdə 120-yə yaxın qəzet çıxır, 20 informasiya agentliyi, 23 mətbuat yayımı müəssisəsi mövcuddur”, - deyə deputat bildirib.
Qeyd olunub ki, Azərbaycanda ölkə üzrə 11 telekanal fəaliyyət göstərir, 4 peyk televiziyası, 13 region, 17 kabel televiziyası, 2 internet televiziyası işləyir. Azərbaycanda bu gün 3 milyondan çox insan sosial şəbəkədən istifadə edir ki, bunların 1 milyon 800 mini Facebook-un payına düşür. Azərbaycanda 40 internet provayderi var, internet trafikinin giriş-çıxışının həcmi 200 GB-dır. Azərbaycandan kütləvi informasiya mühitinin qısa statistik mənzərəsi belədir və əhalisi 10 milyon olan bir ölkə üçün bu rəqəmlər qənaətbəxş hesab edilir.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

