/ / Aktau Zirvə toplantısında qəbul edilən qərarlar Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edəcək
Aktau Zirvə toplantısında qəbul edilən qərarlar Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edəcək
14.08.2018 [08:42]
Ekspertlər Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirirlər
Xəbər verildiyi kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
Qeyd etmək lazımdır ki, Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri 1992-ci ildən etibarən keçirilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Xəzərin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasında Azərbaycan diplomatiyasının rolu danılmazdır. Ümumiyyətlə, Azərbaycan bu müddət ərzində Xəzərin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli bölgüsünü təklif edib və bütün tərəflərin mənafelərini nəzərə alıb. Lakin müəyyən süni maneələr yekun statusla bağlı razılaşmanın əldə edilməsinə imkan verməyib. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və bununla da tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıblar. 2010-cu ildə isə Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının III Zirvə toplantısı keçirilib və bu toplantı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfələr verib. Toplantıda “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb ki, bu da regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyətə malik olan saziş kimi qiymətləndirilib. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Rusiyanın paytaxtı Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Konvensiyanın razılaşdırılması üçün Azərbaycanın Qazaxıstan, Rusiya, Türkmənistan və İranla apardığı ikitərəfli danışıqlar mühüm rol oynayıb. Cari ilin mart ayında isə İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olub.
Ekspertlərin qənaətinə görə, Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə xidmət edəcək. Bu, eyni zamanda, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva qeyd edib ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi əhəmiyyətə malikdir: “V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər. Mətbuat üçün bəyanatlarda Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, regionda və qlobal miqyasda təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”.
Dondurulmuş və mübahisəli yataqların Xəzərdə tarixi razılaşma nəticəsində birgə işləniləcəyini, bunun Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcəyini deyən millət vəkili əlavə edib ki, Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması, hər şeydən əvvəl, xoş məram, qarşılıqlı etimad, ortaq maraqlar və mehriban qonşuluq əlaqələri sayəsində baş tutub. Ümumiyyətlə, Azərbaycan hüquqi statusla bağlı danışıqların aparıldığı bütün dövr ərzində beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafelərini müdafiə edib. Konvensiya bütün Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan üçün olduqca faydalıdır. Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlərin çəkilməsi üzərində maneə aradan qaldırılacaq və əməkdaşlıq əlaqələri xüsusilə iqtisadi baxımdan bütün Xəzəryanı dövlətlər üçün mənfəətli olacaq. Xəzərin statusunun müəyyənləşdirilməsi, eyni zamanda, yeni kəmərlərin inşası baxımından da əhəmiyyətlidir. Bu isə Xəzəryanı dövlətlərin əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.
Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Aktauda keçirilən Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının nəticələri strateji önəm kəsb edir: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə 5 Xəzəryanı dövlət arasında tarixi razılaşma əldə edildi. Bu, bəhs olunan dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə xidmət edəcək”.
Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının 5 Xəzəryanı dövlət üçün xüsusi əhəmiyyətə malik olduğunu deyən millət vəkili əlavə edib ki, Konvensiya bəhs olunan dövlətlərin hamısının maraqlarına cavab verir. “V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğuladı ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”, - deyən Elman Məmmədov bildirib ki, Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının nəticələri bu ölkələr arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfələr verəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

