/ / ABŞ-ın nüfuzlu “Global Ambassadors” jurnalında Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş məqalə dərc edilib
ABŞ-ın nüfuzlu “Global Ambassadors” jurnalında Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş məqalə dərc edilib
03.08.2018 [09:06]
Amerika Birləşmiş Ştatlarının nüfuzlu “Global Ambassadors” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının İspaniya Krallığındakı və Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmovun müəllifi olduğu məqalə dərc edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məqalədə 1918-ci il 28 May tarixində müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edildiyi, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğu qeyd edilib, habelə gənc respublikada dünyanın bir çox dövlətindən daha öncə qadınlara kişilərlə bərabər hüquqların təmin edilməsi vurğulanıb.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə qazanılan nailiyyətlərdən bəhs edilərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, dövlət himninin, bayrağının və gerbinin təsis olunmasının, ölkədə milli məfkurənin formalaşmasına əhəmiyyətli dərəcədə töhfə vermiş Bakı Dövlət Universitetinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığı əks olunub.
Məqalədə Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qaldığı, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan etdiyi qeyd olunub. Eləcə də Azərbaycan xalqının istəyi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkədə bütün sahələrdə inkişafa nail olunduğu, Azərbaycanın regionda lider ölkəyə çevrildiyi bildirilib.
Məqalədə, həmçinin qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda əhəmiyyətli uğurlar əldə edib. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin böyük səs çoxluğu ilə qələbəsi göstərib ki, Azərbaycan xalqı növbəti dəfə sabitlik, tərəqqi, rifah və dinamik inkişafa səs verib.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və Cümhuriyyətin 100 illiyi həm respublika daxilində, həm də ölkədən kənarda təntənəli şəkildə qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

