Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

17.11.2017 [10:17]

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə, xüsusilə təhsil sahəsində həyata keçirilən layihələrdə Naxçıvan Muxtar Respublikasının iştirakını diqqətə çatdırıb, Naxçıvan Dövlət Universitetinin tələbələrinin Avropanın müxtəlif universitetlərində təhsillərini davam etdirdiyini bildirib. Avropa İttifaqı tərəfindən muxtar respublikada həyata keçirilən birgə tədbirlərin əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri bundan sonra da əlaqələrin inkişafında səylərin göstəriləcəyini vurğulayıb, bu sahədəki fəaliyyətinə görə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərinə təşəkkür edib.
Naxçıvana ilk dəfə səfər etdiyini və burada olmaqdan məmnunluğunu bildirən Kestutis Yankauskas Avropa İttifaqı ilə muxtar respublika arasında əlaqələrin inkişafında və ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə əlaqələrin gələcək inkişafı barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30