Binəqədi yanğınında ittiham olunan şəxs hakimə təşəkkür etdi
17.08.2016 [16:03]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Əfqan Hacıyev əvvəlcə ifadə verməsi üçün sözü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Əlibəyov Akif Muradəli oğluna verib. A.Əlibəyov isə ifadə verməkdən imtina edərək buna hazır olmadığını əsas gətirib.
Xatırladaq ki, A.Əlibəyov 17 fevral 2016-cı il tarixdə CM-nin 308.2.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, əlavə qətimkan tədbiri olaraq verilmiş təqdimat əsasında Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 17 fevral 2016-cı il tarixli qərarı ilə barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilib. Qərarın surəti həmin tarixdə aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün Respublika Səhiyyə Nazirliyinə təqdim edilib. Nazirliyin 19 fevral 2016-cı il tarixli əmri ilə vəzifədən kənarlaşdırılıb. 13 aprel 2016-cı il tarixdə isə ona CM-nin 308.2-ci maddəsi ilə yenidən ittiham elan edilib.
Daha sonra digər təqsirləndirilən şəxs qismində “Qlobal-Konstrakşn” və “Global Stone” məhdud məsuliyyətli cəmiyyətlərinin təsisçisi Mahmudov Miryusif Mircəfər oğluna söz verilib. O, ifadəsində hakimə məhkəmədə hamıya söz verdiyinə və yanğında zərərçəkmiş şəxslərə məhkəmə prosesində iştirak etdiyinə görə təşəkkürünü bildirib. Miryusif Mahmudov çıxışında bildirib ki, hər zaman Azərbaycan dövlətini sevib və dövlətçiliyə sədaqətli şəxslərdən biri olub.
Qeyd edək ki, M. Mahmudov 19 may 2015-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 21 may 2015-ci il tarixdə CM-nin 225.2. və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib. 12 aprel 2016-cı il tarixdə ona CM-nin 225.2. və 308.2-ci maddələri ilə yenidən ittiham elan edilib. İşin müstəsna mürəkkəbliyi ilə əlaqədar Nəsimi rayon məhkəməsinin 02 sentyabr, 07 dekabr 2015-ci il və 02 mart 2016-cı il tarixli qərarları ilə həbsdə saxlama müddəti 19 iyun 2016-cı il tarixədək uzadılıb.
CM-nin 225.2., 308.2.-ci maddələri ilə təqsirləndirilən şəxs Novruzov Qəzənfər Məhərrəm oğlu isə xəstəliyi imkan vermədiyi üçün ifadə verməyib. Məhz buna görə də hakim Ə.Hacıyevin təklifi ilə ona qarşı məhkəmə tibbi ekspertiziya təyin edilərək qərar qəbul olunub. Beləcə həkimlər onun sağlamlıq durumun hansı vəziyyətdə olmasını müəyyənləşdirəcək.
Bildirək ki, Q.Novruzov 22 may 2015-ci il tarixdə CM-nin 225.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.12 aprel 2016-cı il tarixdə ona CM-nin 225.2. və 308.2-ci maddələri ilə yenidən ittiham elan edilib. İşin müstəsna mürəkkəbliyi ilə əlaqədar Nəsimi rayon məhkəməsinin 02 sentyabr, 07 dekabr 2015-ci il və 02 mart 2016-cı il tarixli qərarları ilə həbsdə saxlama müddəti 19 iyun 2016-cı il tarixədək uzadılıb.
Məhkəmənin növbəti dəfə keçirilmə vaxtı isə hələlik müəyyənləşməyib.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC-nin təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi RİH başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

