Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: Birinci xanımın bu təşəbbüsü ilə 3 mindən çox məhbus azad olunacaq

Məlahət İbrahimqızı: Birinci xanımın bu təşəbbüsü ilə 3 mindən çox məhbus azad olunacaq

19.05.2016 [10:20]

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət etməsinə münasibət bildirib.
Millət vəkili M.İbrahimqızı “Publika.az”a açıqlamasında deyib ki, Azərbaycanın birinci xanımının bu müraciəti ölkə ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir: “Buna qədər də Mehriban xanım bir neçə dəfə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib və Milli Məclis də bu müraciəti çox hörmətlə qarşılayıb. Təkcə parlamentdə deyil, bütövlükdə Azərbaycan cəmiyyəti bu addımı yüksək qiymətləndirib. Həqiqətən də, insan azadlıqlarının qorunması ilə bağlı bu “Amnistiya aktı haqqında” qanun layihəsi böyük əhəmiyyətə malikdir. Bu addım Azərbaycanla yanaşı, beynəlxalq aləmdə, o cümlədən Avropada da çox müsbət qarşılanır. Müraciətin yeni edilməsinə baxmayaraq, artıq bu addım xarici medianın və insan hüquqları sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Onlar da bu addımı çox yüksək qiymətləndirirlər”.
Deputat qeyd edib ki, “Amnistiya aktı haqqında” qanun layihəsi Milli Məclisdə qəbul ediləndən sonra 3 mindən çox məhbus azadlığa qovuşacaq: “Bilirsiniz ki, əfv məsələsi konkret olaraq məhkumların və onların yaxınlarının müraciətləri əsasında aparılır. Ancaq amnistiya isə bundan da böyük humanist addımdır. Ona görə də Mehriban xanımın bu cür böyük humanist addımı hər kəs tərəfindən böyük sevinclə qarşılanır və müsbət qiymətləndirilir”.

Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31