Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AZƏRTAC Çinin HUAWEI şirkətinin “Gözəl Azərbaycan” layihəsində iştirak edəcək

AZƏRTAC Çinin HUAWEI şirkətinin “Gözəl Azərbaycan” layihəsində iştirak edəcək

13.05.2016 [09:40]

AZƏRTAC ilə Çinin HUAWEI şirkəti arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Bu fikir HUAWEI Azərbaycan şirkətinin baş icraçı direktoru Cao Zejun ilə AZƏRTAC-da keçirilən görüşdə səsləndirilib.
Azərbaycan və Çin arasında geniş əlaqələrin olduğunu deyən baş direktor Aslan Aslanov AZƏRTAC-ın Çinin Sinxua agentliyi ilə sıx əməkdaşlığını diqqətə çatdırıb. Qeyd olunub ki, beynəlxalq əlaqələrini dərinləşdirən AZƏRTAC informasiya təminatı sahəsində bir çox uğurlu layihələr həyata keçirib. O cümlədən Çin dilində informasiya yayır və bunun daha da genişlənməsində maraqlıdır. Eyni zamanda, AZƏRTAC-ın əməkdaşları Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin dilini öyrənir, Pekin və digər Çin şəhərlərində reallaşdırılan layihələrdə iştirak edirlər.
“AZƏRTAC nüfuzlu agentlikdir və dürüst xəbərlər üçün bura müraciət edirik”, - deyən HUAWEI Azərbaycan şirkətinin baş icraçı direktoru Cao Zejun əməkdaşlıq üçün mövcud imkanlardan istifadə etməyin zəruriliyini qeyd edib. O, təmsil etdiyi şirkət tərəfindən reallaşdırılacaq “Gözəl Azərbaycan” layihəsi haqqında məlumat verərək deyib: “Bu layihə Azərbaycanın mədəniyyəti, təbiəti və insanlarına həsr olunub. Məqsədimiz Azərbaycanı sosial şəbəkələr və informasiya resursları vasitəsilə daha geniş tanıtmaq, dünyanın hər yerindən insanları bu ölkəyə cəlb etməkdir”.
Görüşdə “Gözəl Azərbaycan” layihəsində AZƏRTAC-ın iştirakı ilə bağlı razılıq əldə edilib, bunun əməkdaşlıq üçün uğurlu başlanğıc olduğu bildirilib. Həmçinin qarşılıqlı əlaqələrin perspektiv istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31