/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Milli Təhlükəsizlik Nazirliyində təntənəli qeyd edilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Milli Təhlükəsizlik Nazirliyində təntənəli qeyd edilib
09.05.2015 [12:49]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə general-polkovnik Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şəxsi heyəti Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
MTN-in İctimai Əlaqələr Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib, Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və Onun adını şərəflə daşıyan bu ali təhsil ocağının müəllim-professor heyətini, dinləyiciləri və kursantları dahi şəxsiyyətin anadan olmasının ildönümü münasibətilə təbrik edib, onlara Ulu öndərin Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin qorunması irsinin öyrənilməsi və davam etdirilməsi kimi məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu və ölkəmizin müstəqil dövlət kimi əbədi yaşamasının təminatçısı olduğunu diqqətə çatdıran nazir Eldar Mahmudov Ulu öndərin həyatının vətənin, xalqın tarixi və taleyi ilə sıx bağlı olduğunu qeyd edib. Məhz buna görə Heydər Əliyevin anadan olduğu 10 may tarixi hər il ümumxalq bayramı kimi qeyd edilir.
Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev hələ ötən əsrin 60-70-ci illərində Azərbaycanın gələcəyi üçün siyasi, iqtisadi, intellektual zəmin hazırlayırdı. Bu illər həm geniş quruculuq-yaradıcılıq dövrü, həm də təhlükəsizlik orqanlarında milliləşmə prosesi ilə tariximizə yazılıb. Ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarının sıralarında 25 ildən artıq müddətdə fəaliyyət göstərib. Onun səyi nəticəsində Azərbaycanda xüsusi xidmət sahəsinin bütöv bir nəsli formalaşıb. Dahi rəhbərin şəxsən həyata keçirdiyi əks-kəşfiyyat əməliyyat işləri bu gün də metodik vəsait kimi maraqla öyrənilir. Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətinin ən önəmli nəticələrindən biri Azərbaycan Respublikasının milli təhlükəsizlik sisteminin yaradılmasıdır. Bu sistem Ulu öndərin peşəkarlıq irsinə və perspektivli strategiyasına əsaslanır. Milli Təhlükəsizlik Nazirliyində Vətənə, xalqa və dövlətə sədaqət kimi Heydər Əliyev ənənələri bu gün uğurla davam etdirilir. Ümummilli liderin adını şərəflə daşıyan bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin dinləyiciləri və kursantları Akademiyada Heydər Əliyev peşəkarlıq dərslərini öyrənməkdən qürur duymalı və faydalanmalıdırlar.
Nazir Eldar Mahmudov bildirib ki, illər ötdükcə Heydər Əliyevin Azərbaycan naminə tarixi xidmətlərinin miqyası daha aydın görünür. Bu ölçüyəgəlməz xidmətlər sırasında Azərbaycanı məhv olmaqdan qoruması xüsusi qeyd edilməlidir. Yaxın tarixi - 1993-cü ildə baş verən hadisələri yada salmaq kifayətdir. Həmin dövrdə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanı nələr gözlədiyi məlumdur. Bu gün ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Ulu öndərin izləri aydın görünməsin. Onun gərgin fəaliyyəti nəticəsində ölkədə sabitliyin və davamlı inkişafın möhkəm təməlləri qoyulub.
General-polkovnik Eldar Mahmudov deyib ki, Ümummilli lider Heydər Əliyev daim təhsilə xüsusi önəm verirdi. Onun təşəbbüsü ilə hələ SSRİ dövründə hər il yüzlərlə azərbaycanlı Moskva, Leninqrad, Kiyev kimi şəhərlərə ali təhsil almağa göndərilirdi. Hələ o zaman bugünkü Azərbaycanın kadr potensialının əsasları qoyulurdu. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması da Ulu öndərin bu istiqamətdəki çoxşaxəli fəaliyyətinin mühüm nəticələrindən biridir. Dahi şəxsiyyət xüsusi xidmətin əsl peşəkarı kimi, bu orqanların əməkdaşlarının yalnız öz ölkəsində hazırlanmasına prinsipial əhəmiyyət verirdi. Ona görə də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası dahi peşəkarın adını daşıyır.
Bildirilib ki, Ulu öndər Heydər Əliyevin başladığı milli dövlət quruculuğu prosesi hazırda uğurla davam etdirilir. Bu gün mütərəqqi dünyanın sıralarına sürətlə inteqrasiya edən Azərbaycan mühüm regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Azərbaycan artıq neçə illərdir ki, iqtisadi inkişaf sürətinə görə dünyanın lider ölkələri sırasındadır. Bu uğurların qazanılmasında əhəmiyyətli rolu olan Milli Təhlükəsizlik Nazirliyinin dövlətçiliyin və daxili sabitliyin möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyəti bugünkü dinamik inkişafa xidmət edir. Xüsusilə terror-təxribat cəhdlərinin qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə uğurlu nəticələr əldə edilib. Müvafiq tədbirlərin vaxtında görülməsi xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin aşkarlanması, qabaqlanması və ifşa edilməsi istiqamətində səmərəli nəticələrin əldə olunmasına imkan verib.
Nazir Eldar Mahmudov gələcək təhlükəsizlik zabitləri olan kursantların bu prosesdə yaxından iştirak edəcəklərini bildirərək onların təhsildə əldə etdikləri yüksək nəticələrin fəaliyyət sahələrində mühüm əsas olacağını vurğulayıb. Qeyd edib ki, bunun üçün Akademiyada yüksək təhsil üçün hərtərəfli və səmərəli şərait yaradılıb. Bu proses daimi xarakter daşıyır, gənclərin yad təsirlərdən qorunması, ölkədə və dünyada gedən prosesləri düzgün qiymətləndirmək bacarığına yiyələnmələri üçün ardıcıl tədbirlər görülür. Qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə milli təhlükəsizlik əməkdaşından getdikcə daha yüksək peşəkarlıq, bilik səviyyəsi, çeviklik və səriştə tələb edilir. Bu mənada əməkdaşların və kursantların da üzərinə böyük məsuliyyət düşür.
Bizim başlıca məqsədimiz və vəzifəmiz işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “biz nəinki işğal olunmuş Qarabağı azad edəcəyik, həm də tarixi və əzəli torpaqlarımız olan Qərbi Azərbaycana, İrəvana qayıdacağıq. Bu, bizim strateji hədəfimizdir”. Ulu öndərin adını daşıyan Akademiyanın kursantları və məzunları xüsusi fərqlənməlidirlər. Çünki biz həm arxa, həm də ön cəbhədəyik. Dərin bilik, yüksək vətənpərvərlik, fiziki və döyüş hazırlığı, peşəkarlıq, ciddi xidməti və icra intizamı - budur, bizim devizimiz.
Nazir Eldar Mahmudov şəxsi heyətin Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında yaratdığı peşəkarlıq fəaliyyətini şərəflə davam etdirəcəklərini və Azərbaycanın qüdrətlənməsi, milli maraqların, mənafelərin və təhlükəsizliyin etibarlı təmin olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək etimadını doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaqlarını bildirib.
Sonra Akademiyanın kursantları hərbi orkestrin müşayiəti ilə təntənəli marşla tribunanın önündən keçiblər.
Təntənəli mərasim Ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş elmi konfransla davam etdirilib.
MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə çıxış edərək bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun keçdiyi yol heç də hamar olmayıb. Müstəqil dövlətçiliyimiz həmin illər ərzində ciddi problemlərlə, hətta ölüm, ya qalım dilemması ilə üzləşmişdi. Məhz Ulu öndər Heydər Əliyev dühası, qədim dövlətçilik ənənələrinə malik xalqımızın möhkəm iradəsi və xalq-iqtidar birliyi müstəqillik yolumuzda qarşıya çıxmış bütün maneələri qətiyyətlə dəf edərək xarici və daxili düşmənlərimizin ölkədə vətəndaş qarşıdurması və xaos yaratmaq istəklərini puça çıxardı. Şübhəsiz ki, ölkəmizdə ictimai-sosial həyatın bütün sahələrində əldə olunan uğurların əsas səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin milli maraqlara, müasir dəyərlərə, ənənələrə söykənməsi və Heydər Əliyev siyasi kursunun yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla davam etdirilməsidir. Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr hazırda Onun siyasi irsinin layiqli davamçısı, xalqımızın sevimli oğlu İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan Respublikası özünün şərəfli dövrünü yaşayır. Azərbaycan xalqını daha işıqlı gələcəyə aparan və əsası Ulu öndərimiz tərəfindən qoyulmuş İlham Əliyev siyasəti bundan sonra da uğurla davam etdiriləcək və ölkəmiz gündən-günə çiçəklənəcək.
Konfransda çıxış edən Akademiyanın kafedra rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent M.Ramazanov, ali kursların dinləyicisi leytenant T.Ağasiyev, kursantlar N.Niyazov və İ.Əliyev Ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaqlarını, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, vətənimizin daha da qüdrətlənməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

