Dünyada tolerant ölkə kimi tanınan Azərbaycan din-dövlət münasibətləri baxımından da örnəkdir
19.03.2014 [09:47]
Bir sıra dini təriqət nümayəndələrinin dindən siyasi vasitə kimi istifadə edərək milli maraqlara zərbə vurmaq cəhdləri heç bir nəticə verməyəcək
Azərbaycan təkmil idarəetmə sisteminə malik olan modern dünyəvi dövlətdir. Ölkəmizdə ictimai-siyasi, mədəni və digər sahələrdəki münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası və mövcud qanunvericilik əsasında tənzimlənir. Azərbaycanın gücünü artıran əhəmiyyətli amillərdən biri də bütün sahələrdə, o cümlədən dini zəmində ictimai təhlükəsizliyin təmin olunmasıdır. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın 7-ci maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Həmçinin, Konstitusiyanın 18-ci maddəsinin I bəndində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
Azərbaycanda din-dövlət münasibətləri nümunəvi şəkildə tənzimlənir
Göründüyü kimi, Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə dövlət hər bir fərdin dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də, milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması xüsusilə qeyd edilməlidir. Bir sözlə, dünyaya tolerantlıq nümunəsi bəxş edən Azərbaycan din-dövlət münasibətləri baxımından da müsbət örnək kimi dəyərləndirilir.
Azərbaycan multikulturalizm ənənələrinin mövcud olduğu tolerant ölkə kimi tanınır
Ümumiyyətlə, bu gün Azərbaycan multikulturalizm ənənələrinin mövcud olduğu tolerant ölkə kimi tanınır. Sirr deyil ki, qanunvericiliklə hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və azadlıqlar verən, irqi, dini ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı yaşadığı, möhkəm əlaqələrə malik olduğu və bir-birinə mühüm dəyərlər aşıladığı Azərbaycan mədəni nümunələrin - dəyərlərin əlaqələndiricisi - körpüsüdür. Bu, həm ölkəmizdə din-dövlət münasibətlərinin tənzilənməsinə müsbət töhfələr verir, həm də Azərbaycanın beynəlxalq nüfuzuna pozitiv təsir edir.
İslam dinini təmsil etdiyini bəyan edən bəzi dini cərəyanları islamofob dairələr himayə edir
Lakin bütün bunlara baxmayaraq, bəzi dini təriqətlər və ya cərəyanlar ictimai asayişə və milli dəyərlərə, o cümlədən, ölkə mənafeyinə zidd hallara yol verir, dindən siyasi manipulyasiya vasitəsi kimi istifadə edirlər. Məlumdur ki, Azərbaycanda dini icmaların fəaliyyəti qanunla tənzimlənir və bu qanunlara uyğun fəaliyyət göstərən icmaların hərəkətləri leqal sayılır. Amma qeyri-leqal vasitələrə istinad edən dini icmalar (təriqətlər, yaxud cərəyanlar) da mövcuddur. Hətta bir sıra hallarda İslam dinini təmsil etdiyini bəyan edən bəzi dini cərəyanları islamofob dairələr himayə edir. Bu da birmənalı şəkildə həm ölkəmizin milli maraqlarına, həm də cəmiyyətdə təşəkkül tapmış milli maraqlara ziddir. Həmçinin bu cür dini cərəyanların timsalında dövlət idarəçiliyinə yol tapmaq məqsədi daşıyan cəhdlərə rast gəlinir ki, bu da tamamilə yolverilməzdir.
Dindən siyasi vasitə kimi istifadə olunması yolverilməzdir
Ekspertlər də dini azadlıqdan sui-istifadə olunmasını, eləcə də dinin siyasiləşdirilməsini yolverilməz hal kimi dəyərləndirirlər. Ümumilikdə, dinin siyasiləşdirilməsinin hansı mənfi nəticələrə səbəb olduğu bəzi ölkələrin nümunəsində aşkar görünür. Dindən siyasi vasitə kimi istifadə olunan ölkələrdə bir tərəfdən məzhəb ayrılığının fonunda müşahidə edilən xaotik vəziyyət hökm sürür, digər tərəfdən isə, milli təhlükəsizlik və milli maraqlara zidd proseslər cərəyan edir. Çünki dindən siyasi vasitə kimi istifadə edən təriqətlər dağıdıcı maraqların daşıyıcılarıdır ki, bu da istənilən halda milli mənafeyə ziddir.
Bəzi dini təriqətlərin dağıdıcı fəaliyyətinə qarşı ciddi mübarizə aparılır
Təbii ki, dövlətin müvafiq strukturları bəzi dini təriqətlərin illeqal fəaliyyətlərinə qarşı ciddi mübarizə aparır və bu istiqamətdə adekvat tədbirlər görülür. Yerli qanunvericilik də dini cərəyanların bu cür neqativ fəaliyyət və təbliğatlarını qadağan edir. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinin II bəndində qeyd edilir ki, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Yekun olaraq isə qeyd edə bilərik ki, Azərbaycan dövləti dini platformada edilən istənilən neqativ cəhdlərin qarşısını almaq iqtidarındadır.
Nəticə etibarilə, Azərbaycan güclü dövlətdir və ölkəmizdə dini, ictimai təhlükəsizlik təmin edilib. Ona görə də, bir sıra dini təriqətlərin dindən siyasi vasitə kimi istifadə edərək milli maraqlara zərbə vurmaq cəhdləri heç bir nəticə verməyəcək.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22

