/ / Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb
18.03.2014 [09:26]
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
AzərTAc xəbər verir ki, KİVDF-nin sədri Vüqar Səfərli müsabiqənin məqsəd və məramından danışıb, Azərbaycan dövlətinin mətbuatın inkişafına daim diqqət və qayğı göstərdiyini, bu istiqamətdə müxtəlif proqram və layihələrin həyata keçirildiyini bildirib.
V.Səfərli deyib ki, KİV nümayəndələrinin son illərdəki fəaliyyəti göz qabağındadır və biz bunu qiymətləndirmək üçün bir sıra müsabiqələr təşkil edirik. Belə müsabiqələrdən biri də bu il Novruz bayramı ilə əlaqədar keçirdiyimiz yazı müsabiqəsidir. Ümumilikdə, 10 istiqamət üzrə keçirilən müsabiqəyə 96 yazı təqdim edilib. Yazılar 9 müstəqil ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, müsabiqənin 10 iştirakçısı həvəsləndirici mükafata layiq görülüb.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dövlətimizin kütləvi informasiya vasitələrinin inkişafına, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına xüsusi qayğı göstərdiyini faktlarla diqqətə çatdırıb. Əli Həsənov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun da əsas məqsədi milli jurnalistikamızın inkişafına kömək göstərməkdir.
Əli Həsənov qeyd edib ki, Azərbaycan dövləti hansı cəbhədə fəaliyyət göstərməsinə baxmayaraq, bütün jurnalistlərə hörmətlə, qayğı ilə yanaşır. Əlbəttə, Azərbaycan jurnalistini dövlətçiliyimizə, milli maraqlarımıza qarşı çevirmək cəhdləri də olur. Təəssüflər ki, dövlətçilik təfəkkürü zəif olan bəzi insanlar müəyyən müddət o cərəyanlara qoşulur, o şəbəkələrin tərkibində dövlətimizə, millətimizə qarşı kampaniyalarda iştirak edirlər. Amma bilin ki, heç zaman dövlət bu insanların cəzalandırılması haqqında düşünməyib. Bunların cəzasını ən yaxşı halda cəmiyyət, tarix verir.
Prezident Administrasiyanın rəsmisi bildirib ki, dövlətimizin başçısı dəfələrlə jurnalistlərlə görüşüb və həmişə də çağırışı o olub ki, nə olursunuz olun, dövlətçilik, vətənpərvərlik hisslərinizi heç zaman unutmayın. Bizim bir Vətənimiz var, o da Azərbaycandır. Dünyanın hansı ölkəsinə getsəniz, sizi millətlərin nümayəndələrindən fərqləndirən azərbaycanlı olmağınız, azərbaycançılıq məfkurəsini daşımağınız olacaq. Siz dünyada yalnız azərbaycanlı kimi uğur qazana bilərsiniz. Siz Azərbaycan vətəndaşı olaraq yalnız azərbaycançılıq nümunəsini yarada və azərbaycanlı olmağınızla da fəxr edə bilərsiniz. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bundan artıq nə ola bilər!
Əli Həsənov deyib ki, jurnalistlər yaradıcı insanların ən fəal təbəqələrindən biridir. Ümummilli liderimiz Heydər Əliyev jurnalist əməyini həmişə fərqləndirirdi. Azərbaycan jurnalistikasının tarixində iki şəxsiyyətin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onlardan biri Həsən bəy Zərdabidir ki, o, Azərbaycan mətbuatının əsasını qoyub. Digər şəxsiyyət isə Ümummilli lider Heydər Əliyevdir. Məhz Ulu öndər jurnalistika üzərindən bütün təsir mexanizmlərini yığışdırıb, senzuranı ləğv edib. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderin mediaya göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Jurnalistlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır. Mətbu orqanlara layihələr çərçivəsində maliyyə vəsaiti ayrılır. Elə fərdi jurnalist müsabiqəsi də bu qayğının bir nümunəsidir.
Fərdi jurnalist müsabiqəsində iştirak edənlərin sayının ildən-ilə artdığını vurğulayan Əli Həsənov deyib: “Əvvəllər müsabiqəyə qəzet redaksiyalarında işləyən jurnalistlər qatılırdısa, indi informasiya agentliklərində, televiziya və radiolarda, bölgə mətbuatında, müxtəlif internet saytlarında çalışan jurnalistlər də iştirak edirlər”.
Mətbuat işçilərini Novruz bayramı münasibətilə təbrik edən Əli Həsənov onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək deyib ki, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün dövlət büdcəsindən hər il maliyyə vəsaiti ayrılır və bu siyasət bundan sonra da davam etdiriləcək.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
Müsabiqənin şərtlərinə uyğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilib.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxElm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17

