/ / ATƏT PA-nın vitse-prezidenti: ATƏT/DTİHB-nin Azərbaycanda keçirilmiş seçkiyə mənfi rəy verməsi məni heyrətləndirdi
ATƏT PA-nın vitse-prezidenti: ATƏT/DTİHB-nin Azərbaycanda keçirilmiş seçkiyə mənfi rəy verməsi məni heyrətləndirdi
15.10.2013 [09:36]
“Hesab edirəm ki, seçkilər yaxşı təşkil olunmuşdu, komissiyalar dəqiq işləyirdi”
“ATƏT PA-nın qısamüddətli missiyasının tərkibində Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmişəm. Parlament Assambleyasındakı digər həmkarlarım kimi, mən də bir çox seçki məntəqəsində oldum, Bakı və ətraf ərazilərdə yerləşən məntəqələrdə Slovakiyadan olan nümayəndə heyəti ilə birgə müşahidələr apardıq, səslərin hesablamasında da iştirak etdik. Şəxsən məndə yaranmış təəssürat çox müsbət oldu”.
Bu sözləri Monteneqronun Budva şəhərində ATƏT-in Parlament Assambleyasının sessiyasında iştirak edən qurumun vitse-prezidenti, Gürcüstan parlamentinin üzvü Georgi Sereteli APA-nın Avropa müxbirinə açıqlamasında deyib.
G.Seretelinin sözlərinə görə, bu, yalnız onun deyil, başqa dairə və məntəqələrdə müşahidə aparmış digər həmkarlarının da qənaətidir: “Hesab edirəm ki, seçkilər yaxşı təşkil olunmuşdu, komissiyalar dəqiq işləyirdi. Bizim müşahidə sahəsində yaxşı təcrübəmiz var, çox vaxt komissiya işini düzgün qurmayanda suallarımızı cavab verə bilmir. Burda isə vəziyyət tam əksinə idi, onlar bizim bütün suallarımıza dəqiqliyi ilə cavablandırdılar. Bundan başqa, müşahidə apardığım məntəqələrin hamısında bir neçə müxalifət partiyasını təmsil edən müşahidəçilər gördüm, çoxu ilə də söhbət etdim. Görünən o idi ki, onların da prosesə nəzarət etməsi üçün kifayət qədər imkanları var idi. Məntəqələrdə kameralar quraşdırılmışdı, bu da bir növ nəzarət formasıdır və pozuntular olan zaman, kameralar vasitəsilə görmək olur”.
Ümumilikdə prosesi müsbət dəyərləndirdiyini qeyd edən ATƏT PA-nın vitse-prezidenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB) olan həmkarlarının kəskin dərəcə mənfi bir rəy vermələrinin onu heyrətləndirdiyini vurğulayıb: “Başa düşürəm ki, seçkilərdə hansısa pozuntular olub, hər şeyi dəqiqliyi ilə bilmək mümkün deyil. Əsasən, səslərin hesablanmasında hansısa prosedurları yaxşılaşdırmağa əlbəttə ki, ehtiyac var, mən də bunu qəbul edirəm. Amma bu o demək deyil ki, bütün seçki prosesi mənfi tərzdə keçirilib. Dünənki iclasımızda da Almaniya və Fransadan olan həmkarlarımız bu haqda geniş şəkildə məruzələrini etdilər, onlar da bu və ya digər formada hansısa pozuntuların olduğunu istisna etmədilər, amma onlar da prosesin ümumilikdə müsbət şəkildə keçdiyini vurğuladılar.
ATƏT PA-nın bu sessiyasının əsas məsələlərindən biri, əlbəttə ki, təşkilat daxilində qısamüddətli və uzunmüddətli iki müşahidə missiyasının fərqli mövqe ortaya qoymasıdır. Bizim bu məsələni müzakirə etməyimiz birinci dəfə deyil, təəssüflər olsun ki, əvvəllər də belə fərqli qiymətləndirmə olub. Ümumiyyətlə DTİHB həmişə kəskin tənqidi ilə seçilib, həmişə nədənsə yalnız mənfini görmək siyasətini yürüdüb. Bizim qısamüddətli missiyamızda isə bu məsələ belə formada qoyulmur. Biz siyasətçiyik və gördüyümüzü də obyektiv şəkildə deməliyik, həm mənfisini, həm də müsbət tərəflərini... Ona görə də fikrimcə, Azərbaycanda seçkilərə qiymət verdikdə, təbii ki, burada hansısa pozuntular olduğunu deməliyik. Ola bilsin, həm seçkidən əvvəl, həm seçki günü hansısa pozuntular olub və bunları aradan qaldırmaq lazımdır. Amma yalnız seçki gününü mənfi və sərt tənqid etmək düzgün addım deyil. Həm müsbət addımları qeyd etmək, həm də nöqsanları göstərmək lasımdır. Düzgün və obyektiv yanaşma bu cür olmalıdır. Bizdə - ATƏT PA üzvlərində Azərbaycanda keçirilmiş seçkilərlə bağlı çox müsbət təəssürat yarandı və biz bu seçkiləri növbəti irəliləyiş kimi qiymətləndiririk”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

