ABŞ Ermənistana təzyiqləri artırmalıdır
06.06.2013 [02:11]
Mübariz Qurbanlı: ABŞ dövlət katibinin Azərbaycanın terrorizmə qarşı mübarizədə rolunu xüsusi qeyd etməsi ölkəmizin tutduğu mövqenin dəyərləndirilməsidir
Məlum olduğu kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibi Con Kerri ilə görüşüb. Görüş zamanı ABŞ dövlət katibi Con Kerri Azərbaycanın ABŞ-ın önəmli tərəfdaşı olduğunu vurğulayaraq, ölkəmizin Əfqanıstanda NATO-nun Beynəlxalq Sülhə Dəstək Qüvvələrinə (İSAF) yardımını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynadığını qeyd edib. Con Kerri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun sabitliyinə təhdid olduğunu bildirərək, ABŞ-ın Minsk qrupunun həmsədr ölkəsi qismində tərəflərə münaqişənin həllini tapmağa kömək etməyə davam edəcəyini qeyd edib və ABŞ-ın bu münaqişənin həllində çox maraqlı olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Dağlıq Qarabağ probleminin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu baxımdan ABŞ dövlət katibinin münaqişənin həlli ilə bağlı açıqlaması maraq doğurur. Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, ABŞ ilə Azərbaycan arasında əlaqələr inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti müstəqil prinsipə əsaslanır və bu prinsip də milli maraqları özündə ehtiva edir: “Azərbaycanın xarici siyasətində və iqtisadi münasibətlərində çoxşaxəli prinsip özünü göstərməkdədir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində ABŞ ilə münasibətlərə xüsusi əhəmiyyət verir. ABŞ bu gün dünyanın iqtisadi-siyasi mərkəzlərindən biri hesab olunur. Bu gün Azərbaycan dünyanın 150-yə yaxın ölkəsi ilə iqtisadi-ticarət əlaqələrinə malikdir. Cənubi Qafqaz regionunun lideri olaraq Azərbaycan böyük layihələrin iştirakçısıdır, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin aparıcı dövlətidir. Belə olan şəraitdə ölkəmizin ABŞ ilə əlaqələri də müxtəlif istiqamətləri özündə əks etdirir. Xüsusilə bu dövlət Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Biz Con Kerrinin münaqişənin həlli ilə bağlı fikirlərini dəstəkləyirik. Amma dünyanın super dövləti, həm də Minsk qrupunun həmsədrlərindən biri olaraq ABŞ münaqişənin həllinə təsir etmək gücünə malikdir. Bunun üçün ilk növbədə, işğalçı Ermənistana təzyiq göstərilməlidir”.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini bildirib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə real təkliflərlə çıxış edir və sülhə nail olmaq üçün böyük səylər göstərir. Lakin Ermənistan tərəfi əks mövqe nümayiş etdirir və təxribatlarını davam etdirir. Millət vəkili qeyd edib ki, Azərbaycan tərəfi bu münaqişəni sülh yolu ilə həll etməyə çalışır: “Doğrudur, Azərbaycan tərəfi Minsk qrupunun sülh prosesinə təsir imkanlarının daha da artırılmasını zəruri hesab edir. Bu mənada onun fəaliyyətindən narazıdır. Amma bütövlükdə biz danışıqlar prosesində iştirakdan heç zaman imtina etmək xəttini götürməmişik. Hazırda dünya siyasətində mürəkkəb proseslər gedir. Beynəlxalq müstəvidə ikili standartlar açıq şəkildə müşahidə olunmaqdadır. Bir tərəfdən bu və ya digər ölkələrə qarşı koalisiya yaradılaraq həmin ölkələrə hərbi müdaxilədən çəkinmirlər. Digər tərəfdən, təcavüzkar şirnikləndirilir və yaxud da təcavüzkara hansısa formada təzyiqlər göstərilmir. 20 ildən çoxdur ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Həmin ərazilərdə bütün mədəni-tarixi abidələr dağıdılıb, təbii sərvətlər talan olunub, infrastrukturlar məhv edilib. Bütün bunların fonunda biz beynəlxalq təşkilatların - BMT-nin, ATƏT-in və digər qurumların ermənilərin işğalına ciddi və əsaslı şəkildə reaksiya vermədiyini görürük. Bu hadisələr haqqında beynəlxalq təşkilatlar Azərbaycan tərəfindən məlumatlandırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin hücum diplomatiyası, həyata keçirdiyi siyasət ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Amma hələ də aparıcı dövlətlərin, xüsusilə həmsədrlərin qətiyyətli mövqeyini görmürük. Bu baxımdan, hesab edirəm ki, ABŞ münaqişənin həllində öz rolunu daha da artıra bilər. Əgər işğalçı Ermənistana qarşı hər hansı təzyiqlər olarsa, onda sülhə məcbur olacaq. Həmsədrlər, o cümlədən ABŞ bu yöndə də fəaliyyət göstərməlidir”.
M.Qurbanlı, həmçinin, deyib ki, Azərbaycan ABŞ-la birgə terrorizmə qarşı fəal mübarizə aparır və bu istiqamətdə beynəlxalq koalisiyanın aktiv üzvüdür. Onun fikrincə, ölkəmizin bu fəaliyyətinin ABŞ rəhbərləri tərəfindən qiymətləndirilməsi obyektiv yanaşmadır. Millət vəkilinin sözlərinə görə, 2001-ci ildə ABŞ-da baş vermiş terror hadisəsi bütövlükdə terrora qarşı mübarizəni yeni formaya keçirdi. “ABŞ dünyada böyük güc sahibi olan dövlətdir. Lakin həyat göstərdi ki, ən güclü ölkələr belə, terrordan özlərini qoruya bilmirlər. Bütövlükdə, dünyada terrora qarşı geniş, çoxşaxəli mübarizə gedir və Azərbaycan da həmin dövrdə baş verən hadisələr zamanı yaradılan antiterror koalisiyasına daxil olub. Azərbaycanın bu koalisiyaya daxil olması təsadüfi deyil. O dövrdə Ümummilli liderimiz Heydər Əliyev dünyada gedən hadisələri dəqiq müəyyən edərək Azərbaycanın bu prosesdəki yerini və rolunu açıq şəkildə ifadə etdi. Bu gün Azərbaycan beynəlxalq antiterror koalisiyasının fəal üzvüdür. Erməni terroruna məruz qalan ölkə kimi Azərbaycan bu problemin yaratdığı fəsadları aydın şəkildə başa düşür. Prezident İlham Əliyevin xarici siyasət xəttində terrora qarşı mübarizədə beynəlxalq əməkdaşlıq önəmli yerlərdən birini tutur. ABŞ dövlət katibinin də Azərbaycanın terrorizmə qarşı mübarizədə rolunu xüsusi qeyd etməsi ölkəmizin tutduğu mövqenin dəyərləndirilməsidir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08

