Azərbaycan təhsili inkişafın yeni mərhələsinə qədəm qoyub
06.06.2009 [12:10]
Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev www.yap.org.az saytına müsahibə verib:
- Şəmsəddin müəllim, “Təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşa nə vaxt çıxarılacaq? Sizcə, bu sənəd təhsil sahəsində mövcud olan problemlərin həllini, cəmiyyətin bütün təbəqələrinin maraqlarını özündə ehtiva edirmi?
- Bilirsiniz ki, “Təhsil haqqında” qanun layihəsi ötən ilin dekabr ayında ikinci oxunuşda müzakirəyə çıxarılmışdı. Həmin müzakirələrin gedişində Milli Məclisin deputatları, ayrı-ayrı təşkilatların təmsilçiləri tərəfindən müxtəlif səpkili tövsiyələr, təkliflər və tənqidlər səsləndirildi. Bu müzakirələr zamanı 30-a yaxın millət vəkili çıxış etdi. Keçən müddət ərzində verilən təklifləri araşdırmışıq və onların arasında məqsədəuyğun olanları qanun layihəsində nəzərə almışıq. Bir məsələni unutmaq lazım deyil ki, bu sənəd çərçivə qanunu olacaq və hər bir məsələni xırdalamağa ehtiyac yoxdur. çünki bundan sonra təhsil pillələrinə aid ayrı-ayrı qanunlar qəbul ediləcək və bütün detallar həmin sənədlərdə əks olunacaq. Yəni, heç kim narahat olmamalıdır ki, bəzi təkliflər çərçivə qanununda nəzərə alınmayıb. Bununla yanaşı, ötən müddət ərzində biz qeyri-hökumət təşkilatlarından, hətta Dünya Bankının, BMT-nin ölkəmizdəki nümayəndəliyindən rəylər, tövsiyələr almışıq. Təhsil, Ədliyyə, Xarici İşlər, Səhiyyə, Maliyyə nazirlikləri, Milli Elmlər Akademiyası tərəfindən rəsmi olaraq rəylər daxil olub. Eyni zamanda, ölkənin müxtəlif yerlərindən ziyalılar da bu qanunla bağlı müraciətlər ediblər. Keçən müddət ərzində bu təklifləri ciddi surətdə araşdırmışıq. Və mümkün olanları qanun layihəsində nəzərə almışıq. Bəzən deyirlər ki, nə üçün bu sənəd altı ay ərzində üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb. Təhsil qanunu çox vacib bir sənəddir və cəmiyyətin bütün zümrələrinin marağını əks etdirir. Nəzərə almaq lazımdır ki, 15 ildir ki, bu qanun layihəsinin üzərində iş gedir. ötən 15 ildə isə həm ölkəmizdə, həm də dünyanın təhsil sistemində çox ciddi dəyişikliklər baş verib. Bunların hamısını nəzərə almaq lazımdır. Bəzən dünyada gedən proseslər bizim milli maraqlarımıza uyğun gəlmir. Təhsil strateji sahə olduğu üçün biz dünya təcrübəsinin yalnız mütərəqqi tərəflərini öyrənmişik. Amma qanunun priambluasında yazıldığı kimi, əsas prioritet milli dəyərləri qorumaqdır. Məlumat üçün deyim ki, qanun layihəsi üçüncü oxunuşa tam hazırdır. Sənəd bu ay parlamentin növbədənkənar sessiyasının iclaslarının birində müzakirəyə çıxarılacaq və inanıram ki, qəbul ediləcək.
- Nəzərdə tutulan dəyişikliklər sırasında ən çox müzakirə olunan məsələlərdən biri doktoranturanın iki pilləli olması ilə bağlıdır. Bəziləri bizdə də doktoranturanın birpilləli olmasını təklif edirlər. Sizcə, mövcud reallıqlarla doktoranturanın birpilləli olması mümkündürmü?
- Hazırda bu mümkün deyil. Bu qanun layihəsi ilə Azərbaycanda iki elmi dərəcənin alınması sistemi tətbiq olunacaq. Doktorluğun özü tam başa çatmış təhsil və tədqiqat tsiklidir. Müvafiq şərtlər daxilində doktoranturaya qəbul, doktorluq dissertasiyasının yazılmasına qoyulan tələblər və müdafiəsi, eləcə də, elmi dərəcənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşəcək. Birinci pillədə fəlsəfə doktoru dərəcəsi, ikincidə isə, elmlər doktoru dərəcəsi veriləcək. Mən deyərdim ki, hazırkı şəraitdə bu variant obyektiv səbəblərdən irəli gəlir. Magistratura təhsili bu gün imkan vermir ki, biz birdən-birə birpilləli elmi dərəcələrin verilməsi sisteminə keçək. Yəqin ki, gələcəkdə birpilləli sistemə keçiləcək. Bir neçə ölkə istisna olmaqla, Avropanın bütün dövlətləri bu sistemə keçib. Artıq keçmiş sosialist birliyinin üzvü olmuş dövlətlərdə də birpilləli sistem tətbiq olunub. Nə vaxtsa biz də bu addımı atacağıq. çünki biz də Boloniya prosesinə qoşulmuşuq və 2010-cu ildə bu prosesə keçid tam başa çatacaq. Yəqin ki, təxminən 5 il sonra yeni standartlar işləməliyik.
- Bir sıra dairələr ali məktəblərə qəbul qaydalarının dəyişdiriləcəyini, hətta test üsulu ilə qəbulun ləğv olunacağını iddia edirlər. Bu tip informasiyalar nə dərəcədə həqiqətə uyğundur?
- üçüncü oxunuşa çıxarılacaq qanun layihəsində ötən oxunuşlarla müqayisədə tələbə qəbulu ilə bağlı ciddi dəyişiklik yoxdur. Test üsulunun ləğv olunacağı haqqında məlumatların da heç bir əsası yoxdur. Yeni layihədə şərtlər daha mütərəqqidir. Belə ki, abituriyentlərə həm ixtisas seçimində, həm də ali məktəb seçimində sərbəstlik verilir. Digər tərəfdən, ali məktəblərin reytinqi müəyyənləşməlidir. Hər bir universitetə keçid balı müəyyən olunmalıdır. Hesab edirəm ki, ən yüksək bal toplayan tələbələr pedaqoji kadrlar hazırlayan ali məktəblərə qəbul edilməlidirlər. çünki yüksək talantlı müəllimlər yetişdirməliyik ki, onlar da orta məktəblərdə şagirdlərə yüksək təhsil verə bilsinlər. Əgər tələbə 200 balla pedaqoji universitetlərə qəbul olunacaqsa və ali məktəbi də bu biliyə uyğun bitirəcəksə, həmin şəxs müəllim kimi hansı təhsili verə biləcək? Ona görə də, pedaqoji təhsilin prestijini qaldırmaq lazımdır.
- Gəlin etiraf edək ki, yüksək bal toplamış abituriyentlər pedaqoji ixtisaslara yönəlməkdə o qədər də maraqlı deyillər. Belə olduğu təqdirdə, bunu necə etmək mümkün olacaq?
- Elə sistem yaratmaq lazımdır ki, doğrudan da savadlı uşaqlar pedaqoji sahə ilə məşğul olmaq arzusunda olsunlar. Bu, mənim şəxsi fikrimdir. Yalnız tələbələrə maksimum seçim imkanı verilir. Yəni, bunu proqram yox, tələbənin özü seçəcək. Ola bilər ki, tələbə üç universitetə qəbul olacaq, amma onlardan birini seçəcək. Elə imkan yaratmalıyıq ki, proqram onu yerləşdirməsin. Dünyadakı sistem də belədir. Bunun üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bütün imkanları, təcrübələri var. Nəzərdə tutulmuş müddəaların 90 faizini TQDK yerinə yetirir.
- Bəs, ali məktəblər necə? Onlar tələbələrin seçiminə, müxtəlif ixtisaslar üzrə universitetlərdə yerləşdirilməsinə müdaxilə edə biləcəkmi?
- Qətiyyən yox, ali məktəblər tamamilə passiv mövqedə olacaqlar. Onların bu prosesə təsir etmək imkanı olmayacaq. Amma bu bəndlər ali məktəbləri məcbur edəcək ki, öz fəaliyyətləri ilə bağlı ictimaiyyətə məlumat versinlər. Təhsil vəziyyəti, sosial məsələlər, tələbələrə diqqət və s. Bu yolla ali məktəblər maraqlı olacaqlar ki, savadlı tələbələri özlərinə cəlb etsinlər. Universitet rəhbərliyi məhz bu yolla qəbul prosesində iştirak edə bilər.
- Şəmsəddin müəllim, siz, eyni zamanda, Azərbaycan təhsilinin, elm sahəsinin inkişafına məsul olan qurumlardan birinin rəhbərisiniz. Bir elm xadimi, təhsil işçisi kimi ölkəmizdə təhsilin inkişaf səviyyəsi ilə bağlı, dövlətin bu sahədə gördüyü işlər haqqında nə deyə bilərsiniz?
- Bu inkarolunmaz həqiqətdir ki, son beş il ərzində Azərbaycan təhsilində inqilabi dəyişikliklər baş verib. Demirəm ki, təhsilimizdə çatışmayan cəhətlər yoxdur. İş olan yerdə belə məsələlər də olur. Amma çox ciddi dəyişikliklər baş verib. Azərbaycan təhsili sözün əsl mənasında inkişafın yeni mərhələsinə qədəm qoyub. Təhsilin bütün pillələrində islahatlar daha da dərinləşib. Maddi-texniki baza güclənib. Son beş ildə 2000-ə yaxın orta məktəb tikilib. Heydər Əliyev Fondunun hesabına 240-a qədər müasir məktəblər inşa olunub. Artıq məktəblərin əksəriyyətində müasir texnologiyaların öyrənilməsi üçün lazımi şərait yaradılıb. Eyni zamanda, təhsil işçilərinin əməkhaqları dəfələrlə artırılıb. Bu, xüsusilə, ali məktəblərdə özünü göstərir. Bu gün Dövlət İqtisad Universitetində kafedra müdirlərinin əməkhaqqı 920 manat, prorektorun əməkhaqqı 1000 manatdan yuxarı, vəzifəsi olmayan elmlər doktorunun maaşı isə 800 manatdan çoxdur. Bu, müəllimlərə müəyyən status da verir. Bu proses davam edir. Son beş il ərzində üç dəfə müəllimlərin əməkhaqları artıb. Həmçinin, Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya edir. Təhsillə bağlı 14 dövlət proqramı icra olunur. Bu yaxınlarda ali təhsil sisteminin Avropa məkanına inteqrasiyası ilə bağlı proqram da qəbul olunub ki, burada çox böyük məsələlər nəzərdə tutulur. çünki ümumtəhsil, məktəbəqədər təhsil və digər məsələrlə bağlı dövlət proqramları var. Amma razılaşmaq lazımdır ki, mütəxəssis ali təhsil sistemində formalaşır. Proqramın qəbul olunması bu sahədə daha ciddi irəliləyişlərin olmasına imkan yaradacaq. MDB məkanında Azərbaycan təhsilinin öz mövqeyi var. Bu sahədə çox mütərəqqi dəyişikliklər var, o cümlədən, qanunvericilik baxımından da. “Təhsil haqqında” qanun layihəsi qəbul olunandan sonra başqa qanunlar da qəbul ediləcək. İşçi qrup tərəfindən artıq həmin qanunlar hazırlanıb və yəqin ki, parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bundan sonra isə, Təhsil Məcəlləsi formalaşacaq. Fikrimcə, təhsil qanunu qəbul edildikdən sonra bu sahədə qanundan kənar proseslər baş verməyəcək.
- Eyni zamanda, Azərbaycanda peşəkar kadrların yetişdirilməsi məqsədilə gənclərin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramı qəbul olunub. Bu proqramın əhəmiyyəti barədə nə deyərdiniz?
- Bu proqram Azərbaycanda çox böyük səmərə və uğurlar vəd edir. Bu uğurun nədən ibarət olacağını görmək üçün 1970-ci illəri xatırlamaq lazımdır. Ulu öndər Heydər Əliyev tərəfindən o zaman keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə gənclər təhsil almağa göndərilirdi. Bu siyasətin nəticəsi Azərbaycanın uğurları ilə müşayiət olundu. Bu gün isə həmin siyasət yeni müstəvidə davam etdirilir. Gənclərimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil aldıqdan sonra mütəxəssis kimi geri qayıdacaq, ölkəmizin inkişafına öz töhfələrini verəcəklər. Bu proqrama əsasən, 5 min nəfərin xaricdə təhsil alması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08
