Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti olub
28.11.2018 [09:51]
Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun dirijorluğu ilə keçib.
AZƏRTAC xəbər verir ki, Peter Qut bu gözəl şəhərdə - Bakıda, Zaha Hadidin layihə müəllifi olduğu möhtəşəm memarlıq abidəsində artıq üçüncü dəfə çıxış etdiklərini və bundan çox məmnun olduqlarını bildirib. “Vyana musiqisini çoxları sevir. Bu qədər insanın bizi dinləməyə gəlməsindən çox xoşbəxtik”, - deyə Peter Qut vurğulayıb.
Vyana Ştraus Festival Orkestri 2014-cü və 2016-cı illərdə də Heydər Əliyev Mərkəzində çıxış edib. Orkestrin budəfəki konserti də anşlaqla keçib.
Bayram ovqatlı konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohan Ştrausun, həmçinin digər klassiklərin - ata İohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri təqdim olunub. Peter Qut proqramboyu ifa etdikləri əsərlər və onların müəllifləri barədə məlumat verib. Tamaşaçılarla canlı ünsiyyət quran dirijor maraqlı improvizasiyalar edib, izləyiciləri konsertin fəal iştirakçısına çevirib. Peter Qut dirijorluqla yanaşı, həm də skripkada ifa edib. Orkestrin hər çıxışı alqışlarla qarşılanıb.
1978-ci ildən fəaliyyət göstərən orkestr Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə dünyada nüfuz qazanıb.
Peter Qut Vyana Musiqi Akademiyasında təhsil alıb, daha sonra üç il Moskva konservatoriyasında tanınmış skripkaçı və dirijor David Oystraxın sinfində məşğul olub. O, mütəmadi olaraq tanınmış simfonik və kamera orkestrləri ilə qastrollara çıxır və böyük opera teatrlarının səhnəsində təqdim olunan operettalarda dirijorluq edir. Peter Qut dirijor və skripkaçı kimi hazırda bütün dünyada məşhurdur.
Xəbər lenti
Hamısına baxMədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

